13 Oktyabr 2026 22:25
188
CƏMİYYƏT
A- A+
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib

Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində oktyabrın 13-də Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən müəssisələri ziyarət edib.

AZƏRTAC xəbər verir ki, H.Manetin müdafiə sənayesi nazirinin müavinləri Mehman Baxışov və Hidayət Əzimovun iştirakı ilə müəssisələrin iş prinsipləri, istehsal imkanları və texnoloji potensialı ilə yaxından tanış olub.

Ziyarət zamanı qonağa Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkənin müdafiə sənayesinin inkişafı istiqamətində həyata keçirilən ardıcıl tədbirlər, son illərdə əldə olunan nailiyyətlər və tətbiq edilən müasir texnoloji həllər barədə ətraflı məlumat verilib. Bildirilib ki, yerli istehsal imkanlarının genişləndirilməsi, innovativ texnologiyaların tətbiqi, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi və yüksəkixtisaslı kadr potensialının formalaşdırılması müdafiə sənayesinin əsas inkişaf istiqamətlərindəndir.

H.Manetinə, həmçinin müəssisələrdə aparılan modernləşmə işləri, istehsal proseslərinin müasir standartlara uyğun təkmilləşdirilməsi, yeni texnoloji avadanlıqların tətbiqi və mövcud infrastrukturun yenilənməsi istiqamətində görülən işlər barədə məlumat verilib.

Səfər çərçivəsində müdafiə sənayesinin inkişaf perspektivləri və bu sahədə beynəlxalq əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Bu cür səfərlərin ölkələr arasında əlaqələrin genişləndirilməsi və yeni tərəfdaşlıq imkanlarının dəyərləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

22:34
13 Oktyabr

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib

22:25
13 Oktyabr

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

21:43
13 Oktyabr

Rusiyada hibrid qatar idarəetmə modeli hazırlanıb  

20:46
13 Oktyabr

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

20:18
13 Oktyabr

Alimlər adi buzdan 10 dəfə möhkəm yeni material hazırlayıblar  

20:17
13 Oktyabr

Azərbaycan–Kamboca münasibətlərinin inkişafı daha da sürətlənəcək  

19:52
13 Oktyabr

İspaniyada neandertallara aid taxta alətlərin izləri aşkar edilib  

19:45
13 Oktyabr

  Papa XIV Lev əməliyyata hazırlanır

19:35
13 Oktyabr

Laos Prezidenti Milli Məclisdə olub  

19:28
13 Oktyabr

Kosmetik vasitələrin gözlərdə ciddi zədələnmələrə səbəb olduğu üzə çıxıb   

19:18
13 Oktyabr

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

19:03
13 Oktyabr

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

18:53
13 Oktyabr

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi inteqrasiya genişlənir  

18:42
13 Oktyabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb  

18:31
13 Oktyabr

Kredit tarixçəsi olmayanlara da şans  

18:30
13 Oktyabr

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

18:19
13 Oktyabr

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub  

18:17
13 Oktyabr

Alimlər hüceyrələrin cavanlaşdırılmasına nail olublar  

18:13
13 Oktyabr

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb  

18:07
13 Oktyabr

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib  

18:01
13 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!