14 Noyabr 2026 08:45
130
Mədəniyyət
A- A+
Azərbaycanda şəhərsalma - zəngin keçmiş, modern müasirlik, texnoloji gələcək

Azərbaycanda şəhərsalma - zəngin keçmiş, modern müasirlik, texnoloji gələcək


Memarlıq bir xalqın milli kimliyini, estetik düşüncəsini, tarixi yaddaşını yaşadan, şəhərsalma isə onun gələcək həyatını müəyyənləşdirən mühüm sahələrdəndir. Qurulan şəhərlər, salınan küçələr, ucaldılan binalar yalnız dövrün ehtiyaclarını deyil, həm də cəmiyyətin inkişaf səviyyəsini, dünyagörüşünü və gələcəyə baxışını əks etdirir. 

Memarlıq bir xalqın milli kimliyini, estetik düşüncəsini, tarixi yaddaşını yaşadan, şəhərsalma isə onun gələcək həyatını müəyyənləşdirən mühüm sahələrdəndir. Qurulan şəhərlər, salınan küçələr, ucaldılan binalar yalnız dövrün ehtiyaclarını deyil, həm də cəmiyyətin inkişaf səviyyəsini, dünyagörüşünü və gələcəyə baxışını əks etdirir. 

Bu baxımdan Azərbaycanın çoxəsrlik şəhərsalma ənənələri ilə müasir inkişaf hədəflərinin vəhdəti xüsusi əhəmiyyət daşıyır. Ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq layihələri, tarixi-memarlıq abidələrinin qorunması, yeni yaşayış məkanlarının yaradılması və şəhər mühitinin yenilənməsi məhz belə bir strateji yanaşmanın təzahürüdür.

Prezident İlham Əliyevin sərəncamı ilə 2026-cı ilin ölkəmizdə "Şəhərsalma və Memarlıq İli" elan edilməsi mühüm tarixi və ictimai əhəmiyyət daşıyır. Dövlətimizin başçısının bu qərarı Azərbaycanın zəngin memarlıq irsinin qorunması, milli şəhərsalma məktəbinin inkişaf etdirilməsi, müasir dünyanın çağırışlarına uyğun qabaqcıl yanaşmaların tətbiqi baxımından yeni mərhələnin başlanğıcıdır. Eyni zamanda, bu təşəbbüs şəhər və kəndlərimizin simasının yenilənməsinə, paytaxtla regionlar arasında balanslı  inkişafın təmin edilməsinə, insanlara daha rahat, təhlükəsiz və sağlam yaşayış mühitinin yaradılmasına yönəlmiş dövlət siyasətinin prioritetlərini bir daha ortaya qoyur.

Azərbaycanın şəhərsalma tarixi xalqımızın dövlətçilik və mədəniyyət salnaməsinin ayrılmaz hissəsidir. İpək yolunun üzərində yerləşən qədim şəhərlərimiz əsrlər boyu Şərq və Qərb arasında iqtisadi və mədəni əlaqələrin inkişafında mühüm rol oynayıb. Şamaxı, Gəncə, Naxçıvan, Şəki, Təbriz və digər qədim şəhərlərimizdə formalaşan memarlıq ənənələri milli sənətkarlığın, estetik düşüncənin və şəhərsalma mədəniyyətinin zənginliyini nümayiş etdirir. Əcəmi Naxçıvaninin yaratdığı memarlıq məktəbi, Möminə xatun türbəsi, Xudafərin körpüləri, "Atəşgah", İçərişəhər, Şirvanşahlar Sarayı Kompleksi, Qız qalası və Şəkinin tarixi mərkəzi bu irsin dünya miqyasında tanınan nümunələridir. UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş abidələrimiz milli memarlıq sənətinin bəşər mədəniyyətinə bəxş etdiyi qiymətli töhfələrdir.

XIX əsrdən başlayaraq, sənaye mərkəzinə çevrilən Bakının memarlıq simasında da mühüm dəyişikliklər baş verdi. Şərq və Avropa memarlıq üslublarının qovuşması nəticəsində paytaxtımız özünəməxsus şəhərsalma görkəmi qazandı. XX əsrdə milli memarlıq ənənələrinin müasir tikinti prinsipləri ilə uzlaşdırılmasında Mikayıl Hüseynov və Sadıq Dadaşov kimi görkəmli memarların xidmətləri xüsusi qeyd edilməlidir. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə isə tarixi şəhər mühitinin qorunması, memarlıq abidələrinin bərpası və milli memarlıq irsinin yaşadılması istiqamətində mühüm qərarlar qəbul edildi. Bu siyasət müstəqillik illərində də davam etdirilərək yeni məzmun və miqyas qazandı.

Bu gün Bakının memarlıq siması tarixi irslə müasirliyin vəhdətində formalaşır. İçərişəhərin qədim qala divarlarından Heydər Əliyev Mərkəzinədək, XIX əsrin memarlıq nümunələrindən "Alov qüllələri"nədək paytaxtın çoxqatlı inkişaf tarixini əks etdirir. Dənizkənarı bulvarın genişləndirilməsi, yeni parkların salınması, ictimai məkanların abadlaşdırılması, sənaye tullantıları ilə çirklənmiş ərazilərin müasir yaşayış və biznes zonalarına çevrilməsi şəhər mühitinin keyfiyyətcə dəyişməsinə xidmət edir. Vaxtilə "Qara şəhər" kimi tanınan ərazidə "Ağ şəhər"in salınması ekoloji bərpa və müasir şəhərsalmanın uğurlu nümunələrindəndir. 

Paytaxtın gələcək inkişafı isə 2040-cı ilədək Bakı şəhərinin Baş planı əsasında müəyyənləşdirilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin koordinasiyası ilə hazırlanan və 2023-cü il dekabrın 30-da təsdiq edilən bu strateji sənəd paytaxtın daha balanslı, dayanıqlı və çoxmərkəzli şəhərə çevrilməsini nəzərdə tutur. Baş planın əsas istiqamətləri tarixi-memarlıq irsinin qorunması, nəqliyyat və sosial infrastrukturun təkmilləşdirilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıq sahələrinin genişləndirilməsidir. Sənəddə nəqliyyat sıxlığının azaldılması, metro və dəmir yolu şəbəkələrinin genişləndirilməsi, ictimai nəqliyyatın inkişafı, velosiped yollarının yaradılması, piyada hərəkəti üçün əlverişli məkanların artırılması kimi məsələlər xüsusi yer tutur. "Hibrid Yaşıl Dəhlizlər" konsepsiyası isə şəhərin müxtəlif ərazilərini yaşıllıq məkanları ilə əlaqələndirməklə həm ekoloji tarazlığın qorunmasına, həm də insanların istirahət imkanlarının genişləndirilməsinə xidmət edir. Bu yanaşma Bakının gələcək inkişafında ekoloji amillərin və insan rahatlığının əsas meyarlardan biri olacağını göstərir.

Şəhərsalma siyasətinin mühüm istiqamətlərindən biri də paytaxtla regionların inkişafı arasında tarazlığın təmin edilməsidir. Bu gün Azərbaycanın şəhər və rayonlarında infrastrukturun yenilənməsi, yolların, məktəblərin, xəstəxanaların, sosial obyektlərin tikintisi, yeni yaşayış məhəllələrinin salınması geniş vüsət alıb. Regionların iqtisadi potensialının gücləndirilməsi, müasir xidmət və istehsal sahələrinin yaradılması insanların yaşadıqları ərazilərdə rahat həyat sürməsinə, məşğulluq imkanlarının artmasına və daxili miqrasiyanın tarazlaşdırılmasına xidmət edir.

44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə başlanılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycan şəhərsalma tarixində tamamilə yeni mərhələ açıb. Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlərin müasir planlaşdırma prinsipləri əsasında yenidən qurulması, "yaşıl enerji" həllərinin tətbiqi, ekoloji tarazlığın qorunması və müasir infrastrukturun yaradılması dövlətin gələcəyə hesablanmış inkişaf strategiyasının mühüm istiqamətidir. Şuşanın tarixi-memarlıq görkəminin bərpası, Ağdamın müasir şəhərsalma prinsipləri ilə yenidən qurulması, Füzuli, Zəngilan, Cəbrayıl, Laçın və digər yaşayış məntəqələrində həyata keçirilən layihələr bu siyasətin miqyasını aydın nümayiş etdirir. Burada əsas məqsəd təkcə dağıdılmış şəhər və kəndləri bərpa etmək deyil, həm də insanların doğma yurdlarında təhlükəsiz, müasir və firavan həyatını təmin etməkdir.

2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi Azərbaycanın bu sahədə qazandığı təcrübənin beynəlxalq müstəvidə təqdim olunması baxımından da yeni imkanlar yaradıb. Mayın 17-22-də Bakıda BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) təşəbbüsü ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası - WUF13 bunun mühüm nümunəsi oldu. 182 ölkədən 45 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi forum Azərbaycanın şəhərsalma və dayanıqlı inkişaf sahəsində beynəlxalq əməkdaşlığa verdiyi əhəmiyyəti nümayiş etdirdi. Forumun açılış mərasimində Prezident İlham Əliyev çıxış edərək ölkəmizin qədim şəhərsalma ənənələrindən, Bakının Şərq və Qərb memarlığını özündə birləşdirən simasından, son illər həyata keçirilən yenilənmə və quruculuq layihələrindən danışdı. Dövlətimizin başçısı vurğuladı ki, ölkəmizdə şəhərsalma və şəhər inkişafına verilən önəmin əsas məqsədi insanların həyat şəraitini yaxşılaşdırmaq, onlara rahat yaşayış üçün zəruri imkanlar yaratmaqdır. Prezidentin Bakının tarixi İçərişəhəri ilə müasir bulvarın yanaşı mövcudluğunu nümunə göstərməsi paytaxtın memarlıq müxtəlifliyini və özünəməxsus inkişaf yolunu aydın ifadə edirdi.

Bu il noyabrın 4-də Bakı-Ekspo Mərkəzində keçirilən "AIREX 2026" - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi də şəhərsalma və memarlıq sahəsindəki inkişafın mühüm təqdimat meydanına çevrildi. Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın sərgi ilə tanışlığı bu sahələrin inkişafına göstərilən diqqətin növbəti nümunəsi oldu. "PASHA Property Management" şirkətinin təşkilatçılığı ilə keçirilən sərgidə 47 yerli və 14 xarici şirkət olmaqla ümumilikdə 61 şirkət iştirak edir. Burada daşınmaz əmlak, müasir tikinti texnologiyaları, memarlıq həlləri, investisiya imkanları və yeni yaşayış layihələri təqdim olunur. Sərgi həmçinin yerli və xarici şirkətlər arasında təcrübə mübadiləsinin genişləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və investisiyaların cəlb edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Beləliklə, "Şəhərsalma və Memarlıq İli" çərçivəsində həyata keçirilən tədbirlər və layihələr bir daha göstərir ki, Azərbaycanda bu sahəyə yanaşma yalnız tikinti və abadlıq işləri ilə məhdudlaşmır, həmçinin tarixi irsin qorunması, müasir texnologiyaların tətbiqi, ekoloji tarazlığın təmin edilməsi, sosial infrastrukturun inkişafı və insan amilinin ön plana çəkilməsi vahid strategiyanın əsasını təşkil edir.

Şəhərin əsl dəyəri onun insanlara yaratdığı həyat şəraiti, qoruduğu tarixi yaddaş və gələcəyə verdiyi imkanlarla ölçülür. Azərbaycanın şəhərsalma siyasətinin əsas məzmunu da məhz bu prinsiplərdə ifadə olunur - qədim memarlıq irsimizi yaşadaraq müasir dünyanın tələblərinə cavab verən şəhərlər qurmaq, paytaxtın və regionların inkişafını uzlaşdırmaq, gələcək nəsillərə sağlam, təhlükəsiz və estetik yaşayış mühiti miras qoymaq. Bu gün Azərbaycan şəhərsalma və memarlıq sahəsində öz tarixi təcrübəsinə söykənərək yeni inkişaf mərhələsinə qədəm qoyur. Bakıdan Qarabağa, Şərqi Zəngəzurdan ölkəmizin digər bölgələrinə qədər uzanan quruculuq yolu milli memarlıq ənənələrinin müasir düşüncə ilə qovuşmasının ifadəsidir. Bu yolun başlıca məqsədi keçmişin zəngin irsini qorumaqla gələcəyin müasir, dayanıqlı Azərbaycanını qurmaqdır.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ADY 10 ayda yük daşımaları üzrə yüksək göstəricilər əldə edib

08:55
14 Noyabr

Orqanizmi səssiz zədələyən "şirinlik"

08:50
14 Noyabr

Azərbaycanda şəhərsalma - zəngin keçmiş, modern müasirlik, texnoloji gələcək

08:45
14 Noyabr

Tanınmış dilçi alim

08:40
14 Noyabr

Dublin görüşü Azərbaycan və Ermənistan arasında sülhün praktiki müstəvidə irəliləməsinin göstəricisidir

08:35
14 Noyabr

Şimali Makedoniya Prezidenti: "Avropa Siyasi Birliyi"nin sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi etimad göstəricisidir"

08:30
14 Noyabr

Təhsil və milli kimlik fenomeninin konseptual əsasları  

08:25
14 Noyabr

Ev təsərrüfatlarının uçotu rəqəmsallaşdırılır

08:20
14 Noyabr

Avropada Azərbaycana yüksək diqqət var

08:15
14 Noyabr

Paytaxt rayonlarında qışa hazırlıqla bağlı müşavirələr keçirilir

08:10
14 Noyabr

Görülən tədbirlər "Azəri-Çıraq-Günəşli"nin ömrünü uzadır

08:05
14 Noyabr

Zəfər yolundan başlayan Böyük qayıdış

08:00
14 Noyabr

“Ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu verilməsi üçün Tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 610 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:38
14 Noyabr

“Dövlət icra məmurları haqqında”, “İcra haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 21 aprel tarixli 389-VIIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

00:37
14 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 may tarixli 92 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında

00:36
14 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında

00:34
14 Noyabr

“Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyun tarixli 257 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:29
14 Noyabr

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

22:27
13 Noyabr

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir

22:17
13 Noyabr

İraq boru kəmərlərinin mühafizəsi üzrə ixtisaslaşmış təhlükəsizlik qüvvələri yaradıb

22:01
13 Noyabr

Maliyyə Nazirliyinin kollegiyasında dövlət müəssisələri ilə işin təşkili nəzərdən keçirilib

21:53
13 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!