14 Noyabr 2026 08:15
142
SİYASƏT
A- A+
Avropada Azərbaycana yüksək diqqət var

Avropada Azərbaycana yüksək diqqət var


Prezident İlham Əliyevin "Avropa Siyasi Birliyi"nin Zirvə toplantısında qarşı tərəflərin istəyi ilə görüşlər keçirməsi bunun təzahürüdür 


Noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində 50-yə yaxın dövlət və hökumət başçısının toplaşdığı "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısında diqqətçəkən məqamlardan biri tədbir çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi ikitərəfli görüşlərin qarşı tərəflərin müraciəti əsasında baş tutması oldu. Böyük Britaniyadan Yunanıstana, Ukraynadan Rumıniyaya, Avropa İttifaqı rəhbərliyindən Moldovaya qədər fərqli coğrafiyaların liderləri məhz Bakı ilə dialoq qurmaq təşəbbüsü ilə çıxış etdilər. Liderləri eyni masa arxasında birləşdirən əsas səbəb isə Azərbaycanın artan beynəlxalq nüfuzu, müstəqil siyasi çəkisi və qoca qitəyə təklif etdiyi real iqtisadi enerji dividendləri idi.


Avropanın enerji təhlükəsizliyinin əsas dayaqlarından biri


Reallıqdır ki, diplomatiyada bu cür təşəbbüslər təsadüfi olmur. Bu, ilk növbədə sözü imzası qədər kəsərli olan Azərbaycan liderinə göstərilən ehtiramın, ölkəmizin bu gün Avropa üçün həyati əhəmiyyət daşıyan geosiyasi və iqtisadi çəkisinin göstəricisidir.

 "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" mövzusunda "dəyirmi masa"da Prezident İlham Əliyevin səsləndirdiyi rəqəmlər də bunu təsdiqləyir. 

Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin roluna toxunan dövlətimizin başçısı bu xüsusda Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair 2022-ci ildə imzalanmış Anlaşma Memorandumunu qeyd edib. Bildirib ki, o vaxtdan bəri ölkəmiz Avropa İttifaqına qaz təchizatını səkkiz milyard kubmetrdən on üç milyard kubmetrə qədər artırıb. 

Dövlətimizin başçısı deyib ki, bu gün yeddi ölkənin ərazisindən keçən və Bolqarıstandakı interkonnektorlar vasitəsilə Avropa İttifaqının on ölkəsini təchiz edən, Bakıdan İtaliyaya qədər uzanan boru kəməri tamamilə doludur. Prezident İlham Əliyev onu genişləndirməyin vacibliyinə toxunub, Yunanıstana və İtaliyaya gedən kəmərin ötürmə gücünün 10 milyard kubmetrdən 11,2 milyard kubmetrə qədər artırdığımızı bildirib.

Məhz buna görə Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta, Yunanıstanın Baş naziri Kiriakos Miçotakis, Bolqarıstanın Baş naziri Rumen Radev, Rumıniya Prezidenti Nikuşor Dan və Moldova Prezidenti Maya Sandu görüşlərdə Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin əsas dayaqlarından biri kimi qiymətləndiriblər.

Söhbət təkcə bugünkü qaz təchizatından getmir - Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında "yaşıl enerji"nin Avropaya ixracı razılaşması ölkəmizi qitənin gələcək enerji xəritəsinin də mərkəzinə gətirir.

Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta ilə görüşdə Avropa İttifaqı tərəfindən Naxçıvan dəmir yolu layihəsi üzrə qiymətləndirmənin tezliklə yekunlaşdırılacağı bildirilib.

Orta dəhlizin əhəmiyyəti qeyd edilib, nəqliyyat və bağlantıların inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.


Qlobal nüfuzun təzahürü 


Prezident İlham Əliyev ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem arasında keçirilən görüşdə "Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə"nin mübadilə olunması münasibətləri yeni mərhələyə daşıdı.

Azərbaycanda Avropanın ən böyük investoru olan Britaniya ilə 30 illik neft-qaz əməkdaşlığı artıq bərpaolunan enerji, yüksək texnologiyalar və süni intellekt sahələrinə keçid edir.

Prezident İlham Əliyevin Dublin görüşlərində həm də Cənubi Qafqazda sülh və yeni nəqliyyat dəhlizləri məsələsi gündəlikdə oldu. Ermənistanın baş naziri Nikol Paşinyanın müraciəti ilə baş tutan görüşdə 2025-ci il avqustun 8-də keçirilmiş Vaşinqton Sülh Sammitinin nəticələrinə və həmin tədbirdə imzalanmış Vaşinqton Birgə Bəyannaməsinə əsaslanaraq, Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsi ətrafında fikir mübadiləsi aparıldı. 

Liderlər bu kontekstdə Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) inkişafı istiqamətində əldə olunmuş irəliləyişləri, o cümlədən onun dəmir yolu və avtomobil yolu komponentlərinin planlaşdırılması və layihələndirilməsini, həmçinin TRIPP marşrutu boyunca tranzit əlaqələrinin perspektivlərini müzakirə ediblər.

Azərbaycanın beynəlxalq nüfuzu yalnız enerji və nəqliyyat sahəsindəki strateji rolu ilə ölçülmür. Prezident İlham Əliyevin Dublində Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirilən görüşündə ölkəmizin Ukraynaya göstərdiyi humanitar yardımlara, xüsusilə elektrik avadanlıqlarının təchizatına görə səmimi təşəkkür ifadə olundu. Diqqətçəkən məqam isə odur ki, rəsmi Kiyev Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda apardığı genişmiqyaslı quruculuq işlərini yaxından izləyir və postmünaqişə dövrünün bərpa təcrübəsini öz ölkəsi üçün mühüm nümunə hesab edir.

Noyabrın 12-də Litva Prezidenti Gitanas Nauseda ilə keçirilən görüşdə də regional sabitlik və Bakı-Brüssel əlaqələrinin genişləndirilməsi əsas müzakirə mövzusu oldu.

Dublində keçirilən bu sıx diplomatik görüşlərin hamısının qarşı tərəflərin təşəbbüsü ilə baş tutması, əslində, bir gerçəyin təsdiqidir. Bu gün Avropanın enerji təhlükəsizliyi, yeni nəqliyyat xətləri və regional sabitlik Bakının iştirakı olmadan təsəvvür edilmir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti və etibarlı tərəfdaş imici Azərbaycanı qoca qitənin, sadəcə, enerji tədarükçüsünə deyil, həm də həlledici siyasi tərəfdaşına çevirib.

Cənubi Qafqazda yaradılan yeni reallıqlar, sülh gündəliyinin irəlilədilməsi və qitələri birləşdirən strateji layihələr ölkəmizin beynəlxalq nüfuzunu keyfiyyətcə yeni mərhələyə yüksəldib. Sözü imzası qədər kəsərli olan Azərbaycan liderinə göstərilən bu ali ehtiram bir daha göstərir ki, Bakı artıq qlobal proseslərin, sadəcə, iştirakçısı deyil, həm də bu proseslərə istiqamət verən əsas güc mərkəzlərindən biridir.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tanınmış dilçi alim

08:40
14 Noyabr

Dublin görüşü Azərbaycan və Ermənistan arasında sülhün praktiki müstəvidə irəliləməsinin göstəricisidir

08:35
14 Noyabr

Şimali Makedoniya Prezidenti: "Avropa Siyasi Birliyi"nin sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi etimad göstəricisidir"

08:30
14 Noyabr

Təhsil və milli kimlik fenomeninin konseptual əsasları  

08:25
14 Noyabr

Ev təsərrüfatlarının uçotu rəqəmsallaşdırılır

08:20
14 Noyabr

Avropada Azərbaycana yüksək diqqət var

08:15
14 Noyabr

Paytaxt rayonlarında qışa hazırlıqla bağlı müşavirələr keçirilir

08:10
14 Noyabr

Görülən tədbirlər "Azəri-Çıraq-Günəşli"nin ömrünü uzadır

08:05
14 Noyabr

Zəfər yolundan başlayan Böyük qayıdış

08:00
14 Noyabr

“Ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu verilməsi üçün Tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 610 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:38
14 Noyabr

“Dövlət icra məmurları haqqında”, “İcra haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 21 aprel tarixli 389-VIIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

00:37
14 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 may tarixli 92 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında

00:36
14 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında

00:34
14 Noyabr

“Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyun tarixli 257 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:29
14 Noyabr

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

22:27
13 Noyabr

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir

22:17
13 Noyabr

İraq boru kəmərlərinin mühafizəsi üzrə ixtisaslaşmış təhlükəsizlik qüvvələri yaradıb

22:01
13 Noyabr

Maliyyə Nazirliyinin kollegiyasında dövlət müəssisələri ilə işin təşkili nəzərdən keçirilib

21:53
13 Noyabr

Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib

21:31
13 Noyabr

“Sky”: Britaniyada “Microsoft” servislərində problemlər parlamentin və təcili xidmətlərin işinə təsir edib

20:43
13 Noyabr

Azərbaycanla Vyetnam arasında qarşılıqlı investisiyaların təşviqi imkanları nəzərdən keçirilib

20:27
13 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!