14 Noyabr 2026 08:55
133
İQTİSADİYYAT
A- A+
ADY 10 ayda yük daşımaları üzrə yüksək göstəricilər əldə edib

ADY 10 ayda yük daşımaları üzrə yüksək göstəricilər əldə edib


Azərbaycan Dəmir Yollarından (ADY) verilən məlumata görə, 2026-cı ilin yanvar-oktyabr aylarında ADY tərəfindən 15 milyon 691 min ton yük daşınıb. Bu, ötən ilin müvafiq dövründə qeydə alınmış 13 milyon 911 min tonla müqayisədə 13 faiz çoxdur. Təkcə oktyabr ayında yükdaşımaların həcmi 1 milyon 714 min tona çataraq keçən ilin eyni ayına nisbətən 22 faiz artıb.

Tranzit yükdaşımalarında da müsbət dinamika müşahidə olunub. Yanvar-oktyabr aylarında tranzit daşımaların həcmi 6 milyon 582 min ton təşkil edib ki, bu da illik müqayisədə 20 faiz artım deməkdir. Oktyabr ayında isə 817 min ton tranzit yük daşınıb. Bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 49 faiz yüksəkdir.

Konteyner daşımalarında da artım qeydə alınıb. Cari ilin 10 ayında ADY tərəfindən 132500 TEU konteyner daşınıb. Bu, ötən ilin müvafiq dövründəki 112400 TEU ilə müqayisədə 18 faiz artım deməkdir. Oktyabr ayında isə konteyner daşımalarının həcmi 16200 TEU təşkil edərək keçən ilin eyni dövrünə nisbətən 67 faiz artıb.

Çin istiqamətindən blok-qatarların qəbulunda da əhəmiyyətli artım əldə olunub. Belə ki, ilin 10 ayında Çindən 472 blok-qatar qəbul edildiyi halda, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 49 faiz çoxdur.

Astara Terminalında həm oktyabr üzrə aylıq, həm də 10 aylıq yükaşırma göstəricilərində ən yüksək nəticələr əldə edilib. Cari ilin yanvar-oktyabr aylarında terminalda 753 614 ton yük aşırılıb. Bu, ötən ilin eyni dövründəki 550 210 tonla müqayisədə 37 faiz artım deməkdir. Oktyabr ayında isə terminalda 122 216 ton yük aşırılaraq aylıq ən yüksək nəticə müəyyən edilib. Bu göstərici keçən ilin oktyabr ayına nisbətən 65 faiz çoxdur.

Bakı Beynəlxalq Dəniz Limanında da tarixi maksimum nəticə əldə olunub - 10 ay ərzində limanda 112 min TEU-dan çox konteyner aşırılıb ki, bu da limanda konteyner aşırmaları üzrə indiyədək qeydə alınmış ən yüksək göstəricidir. Konteyner aşırılmasının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 31 faiz artıb.

Əldə olunan nəticələr Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində mövqeyinin güclənməsi, tranzit imkanlarının genişlənməsi və ölkənin nəqliyyat-logistika infrastrukturundan istifadənin artması baxımından mühüm əhəmiyyət daşıyır.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

09:05
14 Noyabr

Fransa etirazları susdurmaq üçün antiterror tədbirlərinə əl atır

09:00
14 Noyabr

ADY 10 ayda yük daşımaları üzrə yüksək göstəricilər əldə edib

08:55
14 Noyabr

Orqanizmi səssiz zədələyən "şirinlik"

08:50
14 Noyabr

Azərbaycanda şəhərsalma - zəngin keçmiş, modern müasirlik, texnoloji gələcək

08:45
14 Noyabr

Tanınmış dilçi alim

08:40
14 Noyabr

Dublin görüşü Azərbaycan və Ermənistan arasında sülhün praktiki müstəvidə irəliləməsinin göstəricisidir

08:35
14 Noyabr

Şimali Makedoniya Prezidenti: "Avropa Siyasi Birliyi"nin sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi etimad göstəricisidir"

08:30
14 Noyabr

Təhsil və milli kimlik fenomeninin konseptual əsasları  

08:25
14 Noyabr

Ev təsərrüfatlarının uçotu rəqəmsallaşdırılır

08:20
14 Noyabr

Avropada Azərbaycana yüksək diqqət var

08:15
14 Noyabr

Paytaxt rayonlarında qışa hazırlıqla bağlı müşavirələr keçirilir

08:10
14 Noyabr

Görülən tədbirlər "Azəri-Çıraq-Günəşli"nin ömrünü uzadır

08:05
14 Noyabr

Zəfər yolundan başlayan Böyük qayıdış

08:00
14 Noyabr

“Ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu verilməsi üçün Tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 610 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:38
14 Noyabr

“Dövlət icra məmurları haqqında”, “İcra haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 21 aprel tarixli 389-VIIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

00:37
14 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 may tarixli 92 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında

00:36
14 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında

00:34
14 Noyabr

“Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyun tarixli 257 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:29
14 Noyabr

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

22:27
13 Noyabr

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir

22:17
13 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!