13 Noyabr 2024 08:10
494
SİYASƏT
A- A+
Azərbaycan sülh təklif edir

Azərbaycan sülh təklif edir


"Bakı platforması COP29 - BMT İqlim Dəyişiklikləri üzrə Konfransı çərçivəsində dünya siyasi liderlərini və iqlim diplomatiyasının əsas simalarını bir araya gətirib. Azərbaycanın evsahibliyi etdiyi bu nüfuzlu tədbir, iqlim dəyişikliyi ilə mübarizədə qlobal həmrəyliyi və əməkdaşlığı gücləndirmək məqsədi daşıyır". 

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib. Deputat bildirib ki, COP29 konfransının Bakıda keçirilməsi, Azərbaycanın regionda və qlobal səviyyədə iqlim problemlərinin həllində aparıcı rol oynamağa hazır olduğunu göstərən Prezident İlham Əliyevin siyasi kursunun təsdiqidir. Bu diplomatik addım, Azərbaycanın dayanıqlı iqtisadi inkişafına, təmiz enerji istehsalının artırılmasına və ətraf mühitin qorunmasına yönəlmiş təşəbbüslərinin qlobal müstəvidə təqdimatına xidmət edir. Azərbaycan iqlim dəyişikliyinə qarşı mübarizədə həm inkişaf etməkdə olan, həm də inkişaf etmiş ölkələrlə əməkdaşlığı irəlilədərək, bu sahədə əhəmiyyətli bir vasitəçiyə çevrilib. "Bu cür təşəbbüslər Azərbaycanın beynəlxalq nüfuzunu artırır. Azərbaycan tədbirdə ambisiyalı Fəaliyyət Planını təqdim edib, bu isə maliyyə, insan kapitalı və sülh kimi sahələri əhatə edən 14 təşəbbüsü özündə ehtiva edir. Bakı iqlim platforması, həmçinin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin birgə iştirakı ilə enerji keçidi, karbon emissiyalarının azaldılması və ekoloji dayanıqlılığın artırılmasına dair hədəflərin müzakirəsini mümkün edib", - deyə o əlavə edib.

R.Nəbiyev qeyd edib ki, Bakı platformasında, əsasən, Yeni Maliyyə Hədəflərinin müzakirəsi aparılır. COP29-un əsas maliyyə hədəfləri inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşma və dayanıqlılıq qabiliyyətlərini artırmaq üçün yeni maliyyə mexanizmləri yaratmaq və mövcud maliyyə dəstəyini genişləndirməkdir. Bu konfransda 2025-ci ildə müddəti bitən və sənayeləşmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə illik 100 milyard dollar dəstək verməsini nəzərdə tutan əvvəlki hədəfi əvəz edəcək Yeni Kollektiv Kəmiyyət Məqsədi (NCQG) müzakirə olunur. 

Yeni maliyyə hədəfləri həm dövlət, həm də özəl sektorun iqlim dəyişikliyi ilə mübarizədə daha fəal iştirakını təşviq etmək məqsədini daşıyır. COP29-da Azərbaycan beynəlxalq iqlim maliyyəsinin daha geniş əsaslara keçməsi üçün bu maliyyə dəstəyinin artırılmasını və iqlim layihələrinə yeni sərmayələrin qoyulmasını təşviq edəcək. Bu hədəflər, həmçinin inkişaf etmiş ölkələrin, iqtisadi gücə malik digər dövlətlərin və özəl sektorun bərabər şəkildə töhfə verməsi üçün çağırışları əhatə edir.

Konfransda, həmçinin Azərbaycanın COP29 Atəşkəs Təşəbbüsünün diqqət çəkdiyini vurğulayan deputat bildirib ki, bu da bütün ölkələri konfrans müddətində sülhə çağırır və qədim Olimpiya oyunları ənənəsinə bənzər bir truce (atəşkəs) ideyasını vurğulayır: "Əraziləri beynəlxalq hüquqazidd olaraq 30 il işğal altında qalan Azərbaycanın bu təşəbbüslə çıxış etməsi regionda dayanıqlı sülh və sabitlikdə maraqlı olduğunu dünyaya bəyan edir. Qlobal tədbirdə iştirakla paralel olaraq, ölkəmizə səfər edən çoxsaylı dövlət və hökumət başçıları, hökumət üzvləri, digər siyasi, ictimai, elm xadimləri, QHT nümayəndələri hökumətimizin fossil enerjidən əldə edilən gəlirləri ölkənin hərtərəfli dirçəlişinə və insan kapitalının inkişafına yönəltməsinin şahidi olurlar. Onlar həmçinin İslam Əməkdaşlıq Təşkilatının üzvü, əhalisinin böyük əksəriyyəti islam dininə etiqad edən Azərbaycanda paralel olaraq dünyəvi dəyərlərin cəmiyyətdə harmoniyalı şəkildə yer tutması nümunəsi və ölkənin inklüziv inkişafına xidmət etməsi ilə tanış olurlar".

R.Nəbiyev yekunda qeyd edib ki, ölkəmiz əleyhinə aparılan intensiv qarayaxma kampaniyalarına rəğmən, ümumilikdə bu nüfuzlu qlobal tədbir Azərbaycanın inkişafına dair beynəlxalq səviyyədə müsbət qiymətləndirmələrin artmasına töhfə verəcək.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılmışdır

08:45
04 Mart

Rəqəmsallaşma vahid mərkəzdən idarə olunacaq

08:40
04 Mart

907-ci düzəliş birdəfəlik ləğv edilməlidir

08:35
04 Mart

"Şimal-Cənub" beynəlxalq marşrut üzrə əməkdaşlıq məsələləri müzakirə olunub

08:30
04 Mart

Sənaye zonaları: regionların iqtisadi potensialının lokomotivi

08:25
04 Mart

Azərbaycan sabitliyin unikal məkanıdır

08:20
04 Mart

Sarsılmaz iradə, mütləq qələbə

08:17
04 Mart

Xocalıya dönüş - ədalətin qələbəsi

08:15
04 Mart

Qarabağ və Şərqi Zəngəzurun minalardan təmizlənməsi davam edir

08:10
04 Mart

Avropa mavi yanacaq və "yaşıl enerji" sahəsində Azərbaycanla əməkdaşlıqdan məmnundur

08:05
04 Mart

Düşmənlərimiz İLHAM ƏLİYEVƏ nələri bağışlaya bilmirlər?!

08:00
04 Mart

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında

01:15
04 Mart

“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2023-cü il 8 fevral tarixli 2035 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 oktyabr tarixli 504 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:14
04 Mart

“Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 avqust tarixli 491 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və Qərarının ləğv edilməsi barədə

01:13
04 Mart

Komissar: Azərbaycanla enerji tərəfdaşlığımız Avropanın təmiz enerjiyə keçidinə paralel şəkildə inkişaf edir  

00:20
04 Mart

Şuşada Od çərşənbəsi coşqusu

23:47
03 Mart

Birinci vitse-prezident Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib

23:44
03 Mart

Rusiya FHN-in təyyarəsi Rusiya vətəndaşlarını Azərbaycandan təxliyə edir  

22:40
03 Mart

Bir qrup Rusiya vətəndaşı İrandan təxliyə olunub

21:23
03 Mart

İranın ali rəhbərini seçən Ekspertlər Assambleyasının binası dağıdılıb

21:22
03 Mart

Laslo Vaşa: Azərbaycandan sualtı enerji kabeli Avropa üçün yeni texnoloji üfüqlər açır  

21:20
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!