№ 243
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 225-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 iyul tarixli 446 nömrəli Fərmanının 3.4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “İnzibati xəta haqqında protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın və inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadın formalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 466 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1954 (Cild I); 2024, № 3, maddə 294, № 4, maddə 438; 2025, № 2, maddə 196) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci hissədə “İnzibati xəta haqqında Protokol” sözləri “Nömrələnmiş blankda tərtib edilmiş İnzibati xəta haqqında Protokol” sözləri ilə əvəz edilsin;
1.2. 2-ci və 3-cü hissələrdən “və bu qaydaların pozulması ilə əlaqədar digər” sözləri çıxarılsın;
1.3. 2-1-ci hissədə “Əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər, işsizlikdən və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar tərtib edilən inzibati xəta haqqında Elektron Protokol” sözləri “Səlahiyyətli orqanların informasiya sistemlərində tərtib edilən inzibati xəta haqqında Elektron Protokol” sözləri ilə əvəz edilsin;
1.4. 3-1-ci hissədə “Əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər, işsizlikdən və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar çıxarılan inzibati tənbeh vermə haqqında Elektron Qərar” sözləri “Dövlət informasiya sistemlərindən (ehtiyatlarından) istifadə edilməklə aşkar olunmuş inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında Elektron Qərar”sözləri ilə əvəz edilsin;
1.5. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə – “İnzibati xəta haqqında Protokol” yeni redaksiyada verilsin (əlavə olunur);
1.6. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə – “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən İnzibati xəta haqqında Protokol” yeni redaksiyada verilsin (əlavə olunur);
1.7. həmin Qərarla təsdiq edilmiş 2-1 nömrəli əlavə – “Əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər, işsizlikdən və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar tərtib edilən inzibati xəta haqqında Elektron Protokol” yeni redaksiyada verilsin (əlavə olunur);
1.8. həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə – “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında Elektron Qərar”da aşağıdakı dəyişikliklər edilsin:
1.8.1. adından “və bu qaydaların pozulması ilə əlaqədar digər” sözləri çıxarılsın;
1.8.2. mətni üzrə:
1. “yalnız bank, poçt, plastik kart və ya internet, o cümlədən “ASAN ödəniş” informasiya sistemi” sözləri “ödəniş kartı və digər ödəmə alətləri” sözləri ilə əvəz edilsin;
2. “və ya məhkəməyə” sözləri “və məhkəməyə” sözləri ilə əvəz edilsin;
3. “dərhal və ya” sözləri çıxarılsın və “5 iş günü” sözləri “10 gün” sözləri ilə əvəz edilsin;
1.9. həmin Qərarla təsdiq edilmiş 3-1 nömrəli əlavə – “Əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər, işsizlikdən və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar çıxarılan inzibati tənbeh vermə haqqında Elektron Qərar” yeni redaksiyada verilsin (əlavə olunur);
1.10. həmin Qərarla təsdiq edilmiş 4 nömrəli əlavə – “İnzibati tənbeh vermə haqqında Qərar”ın mətnində “57.1-57.5-ci maddələrində” sözləri “57-ci maddəsində” sözləri ilə, “və ya məhkəməyə” sözləri “və məhkəməyə” sözləri ilə əvəz edilsin;
1.11. həmin Qərarla təsdiq edilmiş 5 nömrəli əlavə – “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar”ın mətnində “57.1-57.5-ci maddələrində” sözləri “57-ci maddəsində” sözləri ilə, “və ya məhkəməyə” sözləri “və məhkəməyə” sözləri ilə əvəz edilsin;
1.12. həmin Qərarla təsdiq edilmiş 6 nömrəli əlavə – “İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında Qərar”ın mətnində aşağıdakı dəyişikliklər edilsin:
1.12.1. “Qərarın surəti iki gün müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə və zərər çəkmiş şəxsə, 48 saat ərzində isə müvafiq prokurora verilir (göndərilir).” sözləri “Qərarın surəti iki gün müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə və zərər çəkmiş şəxsə verilir. Qərar 48 saat ərzində səlahiyyətli orqanların informasiya sistemləri vasitəsilə, bu mümkün olmadıqda isə onun kağız daşıyıcıda surəti poçt vasitəsilə müvafiq prokurora göndərilir.”;
1.12.2. “57.1-57.5-ci maddələrində” sözləri “57-ci maddəsində” sözləri ilə, “və ya məhkəməyə” sözləri “və məhkəməyə” sözləri ilə əvəz edilsin;
1.13. həmin Qərarla təsdiq edilmiş 7 nömrəli əlavə – “İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Qərar”ın mətnində “57.1-57.5-ci maddələrində” sözləri “57-ci maddəsində” sözləri ilə, “və ya məhkəməyə” sözləri “və məhkəməyə” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 25 iyul tarixli 305 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 7, maddə 1502 (Cild I) ilə təsdiq edilmiş “İnzibati xəta haqqında protokol, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad) blanklarının aidiyyəti orqanların sifarişi əsasında hazırlanması, saxlanılması, uçotu və təqdim edilməsi Qaydaları”na 1 nömrəli əlavə - “Protokol, qərar (qərardad) blanklarının spesifikasiyası”nın 2-ci hissəsinin birinci cümləsində “İnzibati xəta haqqında protokol” sözləri “Nömrələnmiş blankda tərtib edilmiş İnzibati xəta haqqında Protokol” sözləri ilə əvəz edilsin və “və bu qaydaların pozulması ilə əlaqədar digər” sözləri çıxarılsın.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 29 ” “ iyul ” 2026-cı il