№ 309
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 7 iyul tarixli 434-VIIQD nömrəli Qanununun tətbiqi və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 22 iyul tarixli 729 nömrəli Fərmanının 2.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 3, maddə 273 (Cild I) ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 1.4-1-ci və 1.4-2-ci bəndlər əlavə edilsin:
“1.4-1. Təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir.
1.4-2. Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı ilə milli geyimlərdən və ya milli geyim elementlərindən istifadə edilməsinə yol verilir.”.
2. 1.8-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Valideynlər və ya digər qanuni nümayəndələr övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) tərəfindən geyim forması ilə bağlı tələblərə riayət olunmasını təmin etməlidirlər.”.
3. Aşağıdakı məzmunda 1.10-cu bənd əlavə edilsin:
“1.10. Bu Sənədin tələblərinə təhsilalanlar tərəfindən riayət olunması ilə bağlı məsələlər məktəbin Pedaqoji Şurası tərəfindən həll edilir.”.
4. 3.2-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Qərar qəbul edildiyi tarixdən 5 (beş) iş günü müddətində məktəbin rəsmi internet səhifəsində və ya məktəbin məlumat lövhəsində yerləşdirilir.”.
5. Həmin təsvirlərə 1 nömrəli əlavə – “Təhsilalanların geyim formalarının Nümunələri”nin “Oğlanlar üçün yay və qış geyim forması dəsti: şalvar, qısaqol polo tipli köynək, uzunqol polo tipli köynək, önü bağlanılan cibli jaket” hissəsindən “üçdüyməli qısaqol köynək və şalvardan” sözləri çıxarılsın.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 21 ” “ sentyabr ” 2026-cı il