№ 300
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 17 mart tarixli 379-VIIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 195 (Cild I); 2024, № 2, maddə 210, № 9, maddə 1090; 2025, № 2, maddə 180, № 9, maddə 858; 2026, № 5 (II kitab), maddə 457; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 27 iyul tarixli 239 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının, habelə mopedlərin müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin 2.6-cı bəndinin üçüncü abzasına “57.4-cü” sözlərindən sonra “, 57.6.3-cü” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 40 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 196 (Cild I); 2024, № 1, maddə 111, № 2, maddə 210; 2025, № 2, maddə 196, № 9, maddə 858; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 27 iyul tarixli 239 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”nin 2.5-ci bəndinə “57.4-cü” sözlərindən sonra “, 57.6.3-cü” sözləri əlavə edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 197 (Cild I); 2024, № 1, maddə 111, № 3, maddə 328, № 9, maddə 1090; 2025, № 2, maddə 180, № 3, maddə 282, № 5, maddə 507, № 9, maddə 858; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 27 iyul tarixli 239 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”nin 3.9-4-cü bəndinə “57.4-cü” sözlərindən sonra “, 57.6.3-cü” sözləri əlavə edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 20 dekabr tarixli 345 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 12, maddə 1635 (Cild I); 2024, № 5 (II kitab), maddə 612) ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə rəqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilmə Qaydası”nın 2.2.3-1-ci yarımbəndinə “57.4-cü” sözlərindən sonra “, 57.6.3-cü” sözləri əlavə edilsin.
Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 16 ” “ sentyabr ” 2026-cı il