16 Mart 2017 12:03
352
SİYASƏT
A- A+
Azərbaycan ilə Fransa arasında yüksək səviyyədə iqtisadi əlaqələr mövcuddur

Azərbaycan ilə Fransa arasında yüksək səviyyədə iqtisadi əlaqələr mövcuddur

 

İki ölkə arasında imzalanan yeni 5 saziş əməkdaşlığın daha da inkişaf etdirilməsinə mühüm impuls verəcək

 

Martın 12-15-də Fransada rəsmi səfərdə olan Prezident İlham Əliyev bir sıra önəmli və vacib görüşlər keçirdi. Həm Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşdə, həm də Fransa Prezidenti Fransua Ollandla keçirdiyi görüşlərin yekununda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistana və ona havadarlıq edən bir sıra dövlətlərə konkret mövqeyini çatdıraraq Ermənistan prezidenti Serj Sarkisyanın növbəti yalanını ifşa etdi.
Öncə onu vurğulayaq ki, Azərbaycanla Fransa arasında güclü siyasi əlaqələr iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlığın inkişafına müsbət təsir göstərir. Bu səfər zamanı iki ölkə arasında imzalanan 5 saziş isə iki ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsinə yeni impuls verəcək.
Fransanın siyasi rəhbərliyi, biznes dairələri də Azərbaycan Prezidentinin bu səfərinə mühüm əhəmiyyət vermişdir. Prezident İlham Əliyevin Fransanın aparıcı şirkət rəhbərləri ilə çoxsaylı görüşləri Fransanın biznes dairələrinin Azərbaycana böyük marağının ifadəsidir. Martın 13-də Parisdə Fransa Şirkətlər Hərəkatının
(MEDEF) biznes şurasının üzvləri ilə görüş zamanı dövlət başçısı Azəbaycan iqtisadiyyatı, həyata keçirilən iqtisadi islahatlar barədə geniş məlumat verərək qeyd etdi ki, son 20 ildə Azərbaycan iqtisadiyyatına 200 milyard dollardan artıq investisiya yatırılıb. Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar ölkədə uzunmüddətli dayanıqlı inkişafa, ölkənin daha da müasirləşdirilməsinə nail olmaq imkanı verir. Ölkəmizdə əlverişli biznes və yüksək investisiya mühiti var və Azərbaycanın böyük inkişaf potensialı dünyanın aparıcı iqtisadi və maliyyə qurumlarının diqqətini cəlb edir. Hazırda Azərbaycanda 50-dən çox fransız şirkəti uğurla fəaliyyət göstərir və onların ölkə iqtisadiyyatına yatırdıqları investisiyaların həcmi 2 milyard dollardan çoxdur. Fransa-Azərbaycan iqtisadi əlaqələrinin uğurla inkişafı həm Azərbaycanın potensialını, həm də fransız biznes dairələrinin Azərbaycanda fəaliyyət göstərməyə marağını nümayiş etdirir.
Dövlət başçısı bildirdi ki, Azərbaycanın həyata keçirdiyi siyasət regionda yeni reallıq və qonşularla yeni əməkdaşlıq formatı yaradıb. XXI əsrin layihəsi olan “Cənub qaz dəhlizi” layihəsi Avropanın enerji xəritəsini dəyişir və Avropa istehlakçıları üçün yeni təbii qaz mənbəyidir. Əlverişli coğrafi mövqeyə, müasir nəqliyyat infrastrukturuna malik Azərbaycan regionun nəqliyyat qovşağına çevrilib.
Prezident həmçinin Avropa və Fransanın bəzi şirkətlərinə xəbərdarlıq da etdi. Bildirdi ki, bəzi xarici şirkətlər Azərbaycanın işğal olunmuş ərazilərində risk altında, qanunsuz fəaliyyət göstərməsi narahatlıq doğurur. Çünki həmin ərazilərdə qanunsuz fəaliyyət göstərən şirkətlər bu fəaliyyətlə bağlı riskləri göz altına almalı və belə fəaliyyətdən çəkinməlidirlər.
Dövlət başçısı bir neçə gün əvvəl Ermənistan prezidenti Serj Sarkisyanın MEDEF-də etdiyi çıxışına da öz münasibətini bildirib. Qeyd edib ki, S.Sarkisyan investorları öz ölkəsinə investisiya yatırmağa inandırmaq əvəzinə, tamamilə əsassız iddialarla Azərbaycanı, onun iqtisadiyyatını nüfuzdan salmağa çalışıb. Bu da təəccüb doğurub. Çünki Ermənistan prezidenti ölkəsini “innovasiyalar ölkəsi” kimi qələmə verməyə çalışıb: “Ermənistan prezidenti fransız şirkətlərinə nağıl danışmaq əvəzinə, yaxşı olardı ki, diqqəti əhalisinin yarısından çoxu gələcək üçün heç bir perspektivi olmayan, yoxsulluq həddindən də aşağı yaşayan ölkədəki dəhşətli iqtisadi vəziyyətə cəmləsin. Onların rəsmi statistikasına görə, hər il Ermənistanı 60 min insan tərk edir, bizdə olan məlumata görə isə bu rəqəm 100 minə yaxındır. Əgər bu ölkə belə yaxşı və cəlbedici olsaydı, ola bilsin ki, insanlar qalmağı tərk etməkdən üstün tutardılar”.
Həqiqətən də Ermənistanı “innovasiyalar ölkəsi” kimi qələmə verən Serj Sarkisyanın iddiaları gülüş doğurur. Əgər Ermənistanda iqtisadi vəziyyət yaxşıdırsa, hansı səbəbdən ermənilər bu ölkədən baş götürüb qaçırlar?!
Dəfələrlə beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə fikirlər səsləndirib qarayaxma kampaniyası aparmağa cəhd edən Serj Sarkisyanın yalanları bu dəfə Fransada Azərbaycan Prezidenti tərəfindən ifşa edildi.
Prezident İlham Əliyev həmçinin vurğuladı ki, Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Fransanın göstərdiyi səyləri yüksək qiymətləndirir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında tezliklə həllinin tərəfdarı olan Azərbaycan istəyir ki, münaqişə ilə bağlı status-kvo dəyişdirilsin, münaqişəyə son qoyulsun, bölgədə sülh təmin edilsin. Elə martın 14-də Parisdə sənədlərin imzalanması mərasimindən sonra prezidentlərin mətbuata bəyanatlarla çıxışı zamanı Fransa Prezidenti Fransua Olland da bəyan etdi ki, mövcud status-kvo qəbuledilməzdir.
Onu da qeyd edək ki, Prezident İlham Əliyevin səfəri Avropada yaşayan azərbaycanlıların böyük marağına səbəb odu. Diaspor nümayəndələri Fransanın paytaxtı Parisin Joffr meydanında - Sülh divarının yaxınlığında dövlət başçısına dəstək aksiyası keçirdilər.
Beləliklə, iki ölkə rəhbərləri arasında aparılan danışıqlar deməyə əsas verir ki, Fransa-Azərbaycan əlaqələri gələcəkdə daha da möhkəmlənəcək, əlaqələr daha yüksək səviyyəyə qalxacaq.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Slovakiya Baş nazirinin müavini Azərbaycana səfərə gəlib

14:17
17 May

Rumıniyalı ekspert: Avropanın yeni təhlükəsizlik arxitekturasında Ukrayna,Türkiyə və Azərbaycanın rolu artır  

14:16
17 May

Sabah yağış yağacaq, bəzi yerlərdə arabir intensivləşəcək

14:14
17 May

Bakıda intensiv yağışların yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər davam edir  

14:13
17 May

“Euronews”: Bakıdakı WUF13-ün bu günə qədər keçirilən ən böyük sessiya olacağı gözlənilir  

14:07
17 May

Şri -Lankalı nazir: Müzakirələr şəhərsalma sahəsində yeni yanaşmaların formalaşmasına töhfə verir

14:06
17 May

UN-Habitat: İqlim dəyişikliyi və sürətli urbanizasiya inkişaf nailiyyətlərinə təsir göstərən əsas çağırışlardır

14:05
17 May

Nazirlər səviyyəsində görüş: Yeni şəhərsalma təşəbbüslərinin həyata keçirilməsi konkret nəticələrlə müşayiət olunmalıdır 

14:04
17 May

Qvineyalı nazir: WUF13 beynəlxalq əhəmiyyətə malikdir  

13:53
17 May

Serbiya Prezidenti Azərbaycana səfərə gəlib

13:51
17 May

WUF13 çərçivəsində Xidmət Təchizatçıları Maraqlı Tərəflər Qrupunun açılış iclası başlayıb  

13:47
17 May

Türkiyə eksperti: WUF13 bəşəriyyətin gələcəyini və onun təbiətlə harmoniyasını müzakirə etmək üçün vacib platformadır  

13:41
17 May

UN-Habitat-ın baş eksperti: Dünyanın bir çox ölkələrinin nümayəndələrini bir araya gətirən Azərbaycan çox mühüm iş görüb 

13:31
17 May

WUF13: Yerli və regional hökumətlərin Ümumdünya Assambleyası keçirilir

13:23
17 May

Mexiko şəhər hökumətinin başçısı: Açıq, inklüziv şəhərlərə və çoxtərəfli əməkdaşlığa ehtiyacımız var  

13:19
17 May

Akademik Rasim Əliquliyev: Kommunikasiya kanalları rəqəmsal dayanıqlığın əsasını təşkil edir  

13:16
17 May

Qarabağ atları Avropada yenidən diqqət mərkəzində  

13:08
17 May

Mixail Qusman: WUF13-də bütün ölkələrin nümayəndələrinin iştirakı urbanizasiyanın qlobal xarakter daşıdığını göstərir  

13:03
17 May

Musadik Malik: WUF13-də mənzil təminatı ilə bağlı əsas problemlər gündəmə gətirilir  

13:01
17 May

Prezident İlham Əliyev Türkmənistanın Arkadağ şəhərinin Tikinti üzrə Dövlət Komitəsinin sədrini qəbul edib YENİLƏNİB

12:57
17 May

Hindistanlı ekspert: WUF13 müxtəlif ölkələrin təcrübələrinin müzakirəsi üçün mühüm məkandır  

12:47
17 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!