26 Fevral 2026 08:15
180
SİYASƏT
A- A+
Azərbaycan dövləti öz gücü hesabına ədaləti bərqərar etdi

Azərbaycan dövləti öz gücü hesabına ədaləti bərqərar etdi


1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində bəşər tarixinin ən qanlı faciələrindən biri yaşandı. Azərbaycan tarixinə qanlı hərflərlə yazılan həmin gecə silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın bu qədim şəhərinə hücum edərək  dinc sakinlərimizə qarşı dəhşətli qırğın törətdi.  Faciə günü Xocalı şəhərini tərk edən əhali pusquya salındı və Naxçıvanlı, habelə Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü.  Bu soyqırımı zamanı 613 nəfər öldürüldü, onlardan 63-ü uşaq, 106-sı qadın, 70 nəfəri isə qoca idi. Bu amansız qırğında 8 ailə tamamilə məhv edildi.

Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məntəqəyə çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd göstərdilər. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda düşməndən gizlənən zaman donvurma nəticəsində həlak oldu.

İyirminci əsrin sonlarında bütün bəşəriyyətin gözü önündə törədilən bu cinayət erməni millətçilərinin təcavüzkar siyasətinin əyani sübutudur. Azərbaycan dövləti ötən illər ərzində bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün bütün zəruri addımları atdı. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı soyqırımı günü haqqında" qərar qəbul etdi. Bu cinayətlə bağlı həqiqətlərin dünya birliyinə çatdırılması üçün davamlı fəaliyyət həyata keçirildi.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başladılan "Xocalıya ədalət!" kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrində mühüm tədbirlər həyata keçirildi. Çoxsaylı sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar, aksiyalar və digər tədbirlər təşkil olundu, həmçinin sosial media üzərindən uğurlu təşviqat həyata keçirildi. 

Ali Baş Komandanın müdrik sərkərdəliyi, ordumuzun gücü və xalqımızın sarsılmaz iradəsi, birliyi nəticəsində ədalət bərpa olundu. Tarixi torpaqlarımız işğalçılardan təmizləndi, ərazi bütövlüyümüz və dövlət suverenliyimiz tam bərpa olundu. 

Bu gün bütün şəhidlərimizin, Xocalı qurbanlarının ruhları rahatdır. Artıq Xocalıda üçrəngli bayrağımız qürurla dalğalanır. Xalqımıza qarşı cinayətlər törətmiş şəxslər Azərbaycanın ədalət mühakiməsi qarşısında cavab verdilər və layiqli cəzalarını aldılar. Azərbaycan xalqı və dövləti öz gücü hesabına ədaləti bərqərar etdi.

Bu gün digər azad olunmuş ərazilərimiz kimi Xocalıda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, xocalılıların öz doğma torpaqlarına qayıdışı təmin olunur. Dövlətimizin gücü hesabına bölgəmizdə sülh, əmin-amanlıq təmin edilir. 

Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, xalqımız bu ağır faciələri heç zaman unutmayacaq. Soyqırımı qurbanlarının, şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.


Şahin İSMAYILOV,

Milli Məclisin Gənclər və idman komitəsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!