26 Fevral 2026 08:45
287
SİYASƏT
A- A+
Xocalı soyqırımına obyektiv siyasi-hüquqi qiymətin verilməsi beynəlxalq ictimaiyyətin mənəvi borcudur

Xocalı soyqırımına obyektiv siyasi-hüquqi qiymətin verilməsi beynəlxalq ictimaiyyətin mənəvi borcudur


1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı misli görünməmiş vəhşilik törədib. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı faciə ilə müqayisə oluna bilər. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

Ulu Öndər Heydər Əliyev bu barədə deyib: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir". 

1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə "Xocalı soyqırımı günü haqqında" qərar qəbul edib. Bu qərarla 26 fevral tarixi Xocalı soyqırımı günü elan edilib. Xocalı soyqırımı beynəlxalq səviyyədə də geniş şəkildə tanınıb. Bu günədək bəzi ölkələrin qanunverici orqanları Xocalı faciəsi ilə bağlı müvafiq qətnamələr qəbul edib. Bundan əlavə, Amerika Birləşmiş Ştatlarının 24 ştatı da Xocalı soyqırımını tanıyan və ya pisləyən sənədlər qəbul edib. 20 noyabr 2012-ci il tarixində Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətlərin soyqırımı kimi tanınmasına dair qətnamənin qəbul edilməsi beynəlxalq islam ictimaiyyətinin Xocalı həqiqətlərinə verdiyi siyasi-hüquqi qiymətin mühüm ifadəsidir. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT-in İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul edilən Yekun Kommünikedə də üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılıb. Bu çağırış Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və ədalətin bərpası baxımından mühüm əhəmiyyət daşıyır. 

Xarici ölkələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə 10 abidə ucaldılıb. Bu abidələr faciə qurbanlarının əziz xatirəsinin beynəlxalq miqyasda yad edildiyini və Xocalı həqiqətlərinin dünya ictimai şüurunda öz yerini tutduğunu göstərir. 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq kampaniyası bu həqiqətlərin dünyaya çatdırılmasında mühüm rol oynayır.

"Biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik", - deyən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Qarabağı işğaldan azad etdi. Xüsusilə  2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror tədbirləri nəticəsində Xocalı və digər ərazilər tamamilə Azərbaycanın suveren nəzarətinə qaytarıldı. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının dövlət bayrağını ucaltdı. Bununla da 1992-ci ildə Xocalıda soyqırım törədənlərə və işğalçılara layiqli cavab verildi. Bu zəfər bir daha sübut etdi ki, Azərbaycan heç bir haqsızlığı və ədalətsizliyi unutmur və torpaqlarının bir qarışından belə vaz keçmir. Azərbaycan öz torpaqlarına sahib çıxıb və bu ərazilərdə yenidən üçrəngli bayrağımız dalğalanır. 

İşğaldan azad edilmiş Xocalı şəhəri və rayonun kəndlərində məskunlaşma prosesi mərhələli və planlı şəkildə davam etdirilir. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri nəticəsində Xocalıya həyat yenidən qayıdır, infrastruktur qurulur, sosial obyektlər istifadəyə verilir, iqtisadi fəaliyyət bərpa olunur. Xocalının inkişafı Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlət başçısının Xocalıya mütəmadi səfərləri aparılan işlərin sürətini və keyfiyyətini daha da artırır. Bütün bu addımlar göstərir ki, Xocalı həm də dirçəlişin və quruculuğun simvoluna çevrilir. Dövlətin siyasi iradəsi və xalqın birliyi sayəsində Xocalıda həyat bərpa olunur, sosial-iqtisadi inkişaf təmin edilir və şəhər özünün yeni inkişaf mərhələsinə qədəm qoyur.

Xocalı işğaldan azad edilsə də, Xocalı soyqırımını törədənlərin əksəriyyəti hələ də ədalət məhkəməsi qarşısında cavab verməyib və cəzasını almayıb. Xocalı soyqırımına beynəlxalq aləmdə ədalətli siyasi qiymət verilməsi, onun insanlığa qarşı törədilən soyqırımı kimi tanıdılması və bu soyqırımı törədənlərin məsuliyyətə cəlb edilməsi istiqamətində səylər davam etdirilir. Beynəlxalq hüquq normalarına əsasən, soyqırımı cinayəti zaman aşımına məruz qalmır və bu cinayəti törədən şəxslər məsuliyyətdən yayınmamalıdır. Xocalı soyqırımına obyektiv və prinsipial siyasi-hüquqi qiymətin verilməsi beynəlxalq təşkilatların və dünya dövlətlərinin mənəvi borcudur. Bu, həm də beynəlxalq hüququn aliliyinin təmin olunmasına xidmət edir. İnanırıq ki, ədalət gec-tez zəfər çalacaq, Xocalı soyqırımını törədənlər ədalət məhkəməsi qarşısında cavab verəcəklər və öz layiqli cəzalarını alacaqlar.


Vasif QAFAROV,

Milli Məclisin deputatı, tarix elmləri doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ceyhun Bayramov: Xocalı faciəsi etnik nifrətə əsaslanan siyasətin tərkib hissəsi idi

10:06
26 Fevral

Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir

10:03
26 Fevral

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Almaniyada bir sıra görüşlər keçirib  

09:59
26 Fevral

"Mədəni irs" pərdəsi altında təxribat

09:45
26 Fevral

Rusiya-Ukrayna müharibəsi: 4 ilin dərdləri və dərsləri

09:40
26 Fevral

Bakıda ağacəkmə aksiyası keçirilib

09:35
26 Fevral

Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib  

09:32
26 Fevral

Şəhidlik zirvədir

09:30
26 Fevral

Qısa ömür, əbədi tale

09:25
26 Fevral

Küveyt-Azərbaycan tərəfdaşlığı möhkəm təməllər üzərində qurulub 

09:20
26 Fevral

Bakının "ana"sı - qapalı şəhər nümunəsi

09:15
26 Fevral

Azərbaycan iqtisadiyyatının "yaşıl" gələcəyi

09:10
26 Fevral

Sülh Şurası və Azərbaycanın xarici siyasəti

09:05
26 Fevral

Sülh Şurası böyük gələcəyi olan institutdur

09:00
26 Fevral

Xalqımız Xocalı faciəsini bu gün həm də Xocalıda anır

08:55
26 Fevral

Tarixin haqq divanı

08:50
26 Fevral

Xocalı soyqırımına obyektiv siyasi-hüquqi qiymətin verilməsi beynəlxalq ictimaiyyətin mənəvi borcudur

08:45
26 Fevral

Biz qayıtdıq, Vətən! Xocalıda bir ev var...

08:40
26 Fevral

Məni Xocalı çağırdı

08:35
26 Fevral

Xocalı harayı

08:30
26 Fevral

Şəhidlərimizin ruhu rahatlıq tapıb

08:25
26 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!