26 Fevral 2026 08:20
364
SİYASƏT
A- A+
Xocalı soyqırımı bəşəriyyətin faciəsi idi

Xocalı soyqırımı bəşəriyyətin faciəsi idi


"Xocalı faciəsi 200 ilə yaxın bir müddət ərzində erməni millətçilərinin və onların havadarlarının xalqımıza qarşı etnik təmizləmə və soyqırımı siyasətinin davamı və qanlı səhifəsi idi". 


İlham ƏLİYEV


Düşünürsən ki, dünyada baş verən heç bir hadisə səbəbsiz deyil. Amma ermənilərin xalqımıza qarşı patoloji nifrətinə səbəb tapmaq çox çətindir. Axı, təqribən, 200 il əvvəl onlar yoxsul, üzülmüş, məzlum halda bizə pənah gətirəndə və göz yaşı töküb kömək istəyəndə xeyirxah xalqımız səmimi qucaq açmış, tikəsini  bölüşmüş, yurdsuz-yuvasızlara yurdundan yurd vermişdi. Deməli, səbəbi hayların xislətində və tarixində axtarmaq lazımdır. 

Dünya xalqlarının dövlət qurmaq üçün qan töküb, ox atıb, qılınc çaldığı vaxtlar olub. Bax həmin çağlarda ermənilər - hay tayfaları qadınlarını irəli salaraq o ölkədə, bu ölkədə sülənir, qaraçı kimi dünyanı dolanırdılar. Bir də bəzi başbilənləri ayıldılar ki, ölkə yaratmaq, dövlət qurmaq fürsətini qaçırıblar. Ayılanlar din (xristianlığın qriqoryan məzhəbi) adamları idi. Bu, heç bir dinə bənzəməyən, xainliyi xislət seçən, qan tökməyi, namərdliyi qoçaqlıq sayan, başqa xalqlara tələ quran irticaçı bir məzhəbdir. İşləri düşəndə yalandan "müsəlman" olduqlarını elan etməkdən belə çəkinməyən qriqoryan keşişləri eyni zamanda yarandığı gündən öz qövmünün başını xarab edib, düşüncəsini pisliyə yönəldən, bir din pərdəsinə bürünmüş iblisvari düşüncə adamlarıdır. Onlar XV əsrdə yurd axtara-axtara Qaraqoyuluların son hökmdarı Cahanşah Həqiqiyə üz tutublar. Cavanşah Həqiqi dövlət adamından çox şair və çox da mərhəmətli idi. O üzdən keşişlərin timsah göz yaşları qarşısında ürəyi yumşalıb. Guya hayların hər yerdə incidildiyi, onların günahları olmaya-olmaya hər ölkədən qovub çıxardıqları yalanlarına inanıb. Onlar da müsəlmanlığı qəbul edərək Qaraqoyunlu dövlətinə sığınmaq qərarına gəliblər. Cahanşah Həqiqi icazə verib ki, bir qrup hay Eçmiədzində məskunlaşsın. Hər yerdə insanları dişlərinə vurmuş hayların bir dəstəsi isə köçlərini salıblar Azərbaycanın dilbər guşələrinə. Bu hadisədən sonra Azərbaycanı hər cəhətdən bəyənən haylar həmin torpaqların hamısını ələ keçirməyi qərara alıblar. Yüz illər o ölkəyə, bu ölkəyə müraciət ediblər, "Azərbaycan torpaqlarını alın, bizə verin, sizin üçün nə desəniz, edərik", - deyiblər. Amma hər yerdən qovulublar. Rus çarı I Pyotra qədər heç kəs onlara əhəmiyyət verməyib. Amma I Pyotrla ermənilərin məqsədləri üst-üstə düşüb. Özü edə bilməsə də, vəsiyyətini yazıb: "Qafqazda erməniləri məskunlaşdırın, onların vasitəsilə Qafqaza əlimiz çatsın, isti dənizləri əlimizə keçirək". 

Rus-erməni gizli sövdələşməsi XIX əsrin əvvəllərindən etibarən Qafqazın işğal edilməsi ilə nəticələnib. Ermənilər Qafqazın işğalında, eyni zamanda rus-İran müharibələrində rusların xeyirinə casusluq etdiklərinə görə mükafatlandırılıblar - Türkiyədən və İrandan Azərbaycanın ən səfalı torpaqlarına köçürülüblər. Bu, beynəlxalq cinayət idi: Azərbaycanın etnik tərkibini dəyişməyə yönəlmiş gizli məqsədlər güdülürdü. 

Ermənilər torpaqlarımıza köçən gündən xalqımıza qarşı xəyanətlərini əvvəllər gizli şəkildə aparırdılarsa, sonra aşkar soyqırımı və deportasiyalara rəvac verdilər. Xüsusən XX əsr belə hadisələrlə zəngindir. 1905, 1907, 1918-ci illərdə, sovet hakimiyyəti qurularkən və ondan sonra azərbaycanlıların kütləvi şəkildə qətliamı, dədə-baba torpaqlarından - Qərbi Azərbaycandan deportasiya edilməsi ilə, Azərbaycan SSR-in torpaqlarını yavaş-yavaş ələ keçirməklə ilk dövlət yaradanda əllərində olan 9 min kvadratkilometr ərazini 29 min kvadratkilometrə çatdırmaları və Azərbaycan torpaqları hesabına Göyçə mahalını, Qərbi Zəndəzuru "öz torpaqları"na qatmaqla, 1923-cü ildə Qarabağın dağlıq hissəsində qanunsuz muxtariyyat əldə etməklə həmişə xalqımıza düşmən münasibət bəsləyiblər. Sovet dönəmində Moskvada kök salmış erməni millətçiləri I Pyotrun vəsiyyətlərini bəhanə edib "imtiyaz"larından istifadə edirdilər. Azərbaycanlıların repressiyaya məruz qalmalarında həmin dövr respublikamızın hüquq-mühafizə orqanlarına dürtülmüş ermənilərin "işverənlik" etməsi də məkrli planın tərkib hissəsi idi. 

Qarabağı Ermənistana qatmaq hayların çoxdankı arzusu idi. Muxtariyyətlə kifayətlənən deyildilər. Hətta sovet dövründə belə, beynəlxalq hüquqa zidd olaraq demoqrafik vəziyyəti dəyişmək üçün dünyanın hər yerindən ermənilər Ermənistana, Ermənistan erməniləri isə Qarabağa köçürülürdü. Paradoksa bax ki, azərbaycanlıların sayını azaltmaq üçün onları yurd-yuvalarından çıxarır, yerinə erməniləri yerləşdirirdilər. 

Ümummilli Lider Heydər Əliyevin Azərbaycana ilk hakimiyyəti dövründə ermənilər Qarabağı Ermənistana ilhaq etmək tələbi ilə Moskvaya müraciət etdilər, amma respublikamızın rəhbərinin qəti etirazı ilə qarşılaşdılar. Beynəlxalq ermənilik işə düşdü, erməni katalikosları, lobbiləri, mafiyaları qollarını çirmələdilər. 1987-ci ildə akademik Aqambekyan həmin məsələni Parisdə yenidən gündəmə gətirdi və beynəlxalq imperializmdən dəstək aldı. 1988-ci ildən Qarabağda - ovaxtkı Stepanakertdə (Xankəndidə) "miatsum" hərəkatı başladı. Münbit şərait yetişmişdi - SSRİ hakimiyyətinə ermənilərin öz adamları saydıqları M.Qorbaçov gəlmiş, Heydər Əliyev Azərbaycandan uzaqlaşdırılmış, çox çəkmədən Moskvadakı vəzifəsi də əlindən alınmışdı. Erməni millətçiləri "miatsum"a uzun illər hazırlaşmışdılar - silahlanmış, öz xalqlarının beynini yumuş, onları münaqişəyə hazırlamışdılar. Bu plandan bizim bəzi ziyalılarımız xəbər tutsalar da, Bakıda rəhbərlik heç bir tədbir görməmiş, verilən məlumatı qulaqardına vurmuşdu. 

Nəticəsi ağır oldu. Ermənilər öncə qərbi azərbaycanlıların hamısını Ermənistandan qovdular. Ardınca təcavüzə başladılar və minlərlə soydaşımızı öz ölkəsində köçkünə çevirdilər. Mərkəz isə gözgörəsi tərəf tuturdu. Respublikada hakimiyyəti də xalqı yetərincə müdafiə etmir, meydanda müdafiəsiz buraxırdı. Sanki bu millətin sahibi yox idi. Münaqişə əvvəldən soyqırımı, etnik təmizləmə zəminində aparılırdı. Ermənistandan 300 mindən çox azərbaycanlı qovulandan sonra Sumqayıt hadisələri, ardınca 20 Yanvar qətliamı, Qarakənd faciəsi (20 noyabr 1990), 150 insanın şəhid olduğu Kərkicahanın boşaldılması (1991, 28 dekabr), Daşaltı faciəsi (1992, 25-26 yanvar), Malıbəyli faciəsi (1992, 10-11 fevral), Şuşa səmasında 40 nəfərin ölümü ilə nəticələnən vertolyot qəzası, Qaradağlı faciəsi (1992, 16-17 fevral) Xocalıdan əvvəl soydaşlarımıza qarşı həyata keçirilən soyqırımları idi. Qaradağlı hadisəsi miqyasına dörə Xocalı faciəsinə yaxın bir qətliam olmuşdu. Uşaqlı-böyüklü 174 nəfər öldürülmüş, silos quyularında basdırılmışdı.  Xalqın qanı batırılır, dövlət öz vətəndaşını müdafiə etmirdi. SSRİ rəsmən süqut edəndən sonra 7-ci ordunun 366-cı motoatıcı diviziyası da silahları ilə bir yerdə ermənilərin ixtiyarına verilmişdi. Cinayətlər həmin diviziyanın əli, iştirakı, hətta rəhbərliyi ilə törədilirdi. 

Amma həmin faciələr içərisində Xocalı soyqırımı miqyası etibarilə ən böyüyü idi. 1992-ci ilin fevralın 25-dən 26-na keçən qarlı-şaxtalı o məşum gecədə saat 23 radələrində iriçaplı silahlardan, tanklardan, qradlardan əliyalın, dinc, öz dövləti tərəfindən müdafiə edilməyən, yalnız kiçik könüllü ordunun primitiv silahlarla qoruduğu xalqın başına od-alov yağmağa başladı. Əhali başıaçıq, ayaqyalın çöllərə səpələndi. İki istiqamətdə (Əsgəran və Ağdam) qaçmağa başlayan sakinlər canlarını qurtarmağa çalışırdılar. Birinci istiqaməti düşmənlər əhalinin çıxması üçün dəhliz elan etsələr də, bu, bir tələ idi - əhalini atəşə tutdular. Ağdam istiqamətinə qaçanları da təqib edir, vəhşicəsinə öldürürdülər. 

Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 soydaşımız qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. 76-sı uşaq olmaqla 487 nəfər yaralandı, 1275 nəfər əsir götürüldü. 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi isə indiyədək məlum deyil. Milli Qəhrəman Allahverdi Bağırov 1003 əsiri danışıqlar yolu ilə əsirlikdən xilas edə bilmişdi.  

Bakıda ilk günlər hadisəni gizlətmək istədilər, "2 nəfər ölüb" dedilər. Xalq Cəbhəsi və Müsavat partiyası isə ovaxtkı Prezident Ayaz Mütəllibovu devirmək üçün yaxşı fürsət tapmış oldu. Amma yeni hakimiyyət də cəbhədə dönüş yarada bilmədi. Çox çəkmədi ki, soyqırımlar silsiləsi davam etdi: Ağdaban (1992, 8 aprel), Başlıbel (1993, aprelin 2-dən başlayaraq, bir neçə gün), Şuşanın, Kəlbəcərin, digər rayonların süqutu, hərc-mərclik, qarşıdurmalar, orduda itaətsizlik ölkəni yox olmaq, xəritədən silinmək vəziyyətinə gətirdi. Çünki rəhbərlik yerində deyildi, yarıtmaz idi. 

Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ordu quruculuğu, vahid komandanlıq məsələləri həllini tapdı. Uzun müddətli strategiya və taktika seçildi. Ölkə müəyyən strategiya və istiqamətlə irəliləyir, ərazilərimizin işğaldan qurtarması istiqamətində ardıcıl işlər görülürdü. Bu işləri isə 2003-cü ilin oktyabrından Ali Baş Komandan Prezident İlham Əliyev davam etdirdi. 2020-ci ilin sentyabrında Zəfərlə başa çatdırdı.  

Bakıda Xocalı qurbanlarının xatirəsinə "Ana harayı" abidəsi ucaldılıb. 

Baxın, baxın, yaxşı baxın, 

Gəlin yaxın, dönə-dönə bir də baxın. 

O, anadır, Xocalıdan olan ana.

 Görürsünüz, haray çəkir, 

Fəryad edir yana-yana. 

O ananın var kimsəsi, var bir kəsi. 

Onun adı bu ölkədir: Ana Vətən - Azərbaycan! 

Oğulları, igidləri, ərənləri 

Onun üçün hər gün, hər an 

Hazırdırlar verməyə can. 

Bu günlərdə qondarma artsaxın "rəhbər"ləri - xalqımızın başına o müsibətləri gətirənlərin bir sürüsü ədalət məhkəməsində layiqli cəzalarını aldılar. Gün olsun ki, digərləri - Ermənistanda gizlənənlər də cəzalarına çatçınlar və biz buna əminik. Çünki onların başladıqları müharibə adi savaş deyildi, əvvəldən sona kimi soyqırımı idi və yalnız xalqımıza qarşı deyil, bütün bəşəriyyətə qarşı cinayət idi. 

Biz Xocalıya ədalət istəyirik və ona nail oluruq. Hazırda dünyanın 40 ölkəsi və ABŞ-nin 22 ştatı Xocalı soyqırımını tanıyıb. Bu yolda mübarizəmiz isə davam edir. Qoy erməni xalqı da gözünü açsın, dostunu, düşmənini tanısın, qonşularla sülh şəraitində yaşasın. Bilsin ki, xoşbəxtlik, əmin-amanlıq savaşda, işğalda yox, barışda, dinclikdədir. 


Seyran CAVADOV, 

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ceyhun Bayramov: Xocalı faciəsi etnik nifrətə əsaslanan siyasətin tərkib hissəsi idi

10:06
26 Fevral

Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir

10:03
26 Fevral

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Almaniyada bir sıra görüşlər keçirib  

09:59
26 Fevral

"Mədəni irs" pərdəsi altında təxribat

09:45
26 Fevral

Rusiya-Ukrayna müharibəsi: 4 ilin dərdləri və dərsləri

09:40
26 Fevral

Bakıda ağacəkmə aksiyası keçirilib

09:35
26 Fevral

Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib  

09:32
26 Fevral

Şəhidlik zirvədir

09:30
26 Fevral

Qısa ömür, əbədi tale

09:25
26 Fevral

Küveyt-Azərbaycan tərəfdaşlığı möhkəm təməllər üzərində qurulub 

09:20
26 Fevral

Bakının "ana"sı - qapalı şəhər nümunəsi

09:15
26 Fevral

Azərbaycan iqtisadiyyatının "yaşıl" gələcəyi

09:10
26 Fevral

Sülh Şurası və Azərbaycanın xarici siyasəti

09:05
26 Fevral

Sülh Şurası böyük gələcəyi olan institutdur

09:00
26 Fevral

Xalqımız Xocalı faciəsini bu gün həm də Xocalıda anır

08:55
26 Fevral

Tarixin haqq divanı

08:50
26 Fevral

Xocalı soyqırımına obyektiv siyasi-hüquqi qiymətin verilməsi beynəlxalq ictimaiyyətin mənəvi borcudur

08:45
26 Fevral

Biz qayıtdıq, Vətən! Xocalıda bir ev var...

08:40
26 Fevral

Məni Xocalı çağırdı

08:35
26 Fevral

Xocalı harayı

08:30
26 Fevral

Şəhidlərimizin ruhu rahatlıq tapıb

08:25
26 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!