26 Fevral 2026 08:55
235
SİYASƏT
A- A+
Xalqımız Xocalı faciəsini bu gün həm də Xocalıda anır

Xalqımız Xocalı faciəsini bu gün həm də Xocalıda anır


34 il tarix üçün böyük zaman deyil. Amma bu 34 ilin bütün ağrı-acıları, təəssüf və kədər hissləri bir neçə 34 ilin dərd-qəmi qədər ağır və dözülməzdir. Bu baxımdan, Azərbaycan xalqı 34 illik tarixi olan Xocalı faciəsini unuda bilmir. Etiraf edək ki, bu, nə qədər acı və kədərli olsa da, torpaqlarımızın işğaldan azad olunmasından sonra istər-istəməz içimizdən bir qürur hissi də keçir. Bu qürur da Qarabağda və Şərqi Zəngəzurda aparılan möhtəşəm quruculuq işlərindən doğur. 

Həm də qürurlanırıq ona görə ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və şanlı ordumuzun şücaəti sayəsində  ərazi bütövlüyümüz bərpa olunub, 30 ilə yaxın işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində düşmən tapdağından azad edilib, Xocalı faciəsi qurbanları da bura daxil olmaqla, erməni vandalları tərəfindən qətlə yetirilmiş günahsız soydaşlarımızın qanı yerdə qalmayıb. 2023-cü ilin sentyabrında Qarabağda keçirilən antiterror tədbirləri zamanı tutularaq qolu qandallı Bakıya gətirilən Ermənistan Respublikasının vətəndaşları, başda əldəqayırma "respublikanın prezidenti" Arayik Arutyunyan və Rusiyadan qaça-qaça Ermənistana prezident olmaq arzusu ilə Xankəndiyə gələn milyarder Vardanyan və digərlərinin bu günlər Bakı Ağır Cinayətlər Məhkəməsində layiqli cəza almaları dediklərimizə canlı sübutdur. Kədər ovqatlı bu günlərdə həm də sevinirik ona görə ki, 30 il Xocalı həsrəti ilə yaşayan xocalılılar artıq yurdlarına qayıdırlar. Bax bizi sevindirən bu qayıdış, onların ata-baba ocağına qovuşmaq ovqatlarıdır.  

34 il əvvəl qarlı-şaxtalı, tufanlı qış gecəsində mənfur düşmən çox qəddar və amansız əməlləri ilə xocalılılara arxadan zərbə vurdu. Ermənilər xislətlərinə xas olan əməlləri ilə millətimizə bağışlanılmaz xəyanət etdi. Xəyanət etmək, cinayət törətmək, adam öldürmək, torpaq işğal etmək, təcavüzkarlıq, bədxahlıq və digər zərərli əməllər ermənilər üçün çox adi haldır. Yəni gözləniləndir. Bu gözləntilər sırasında isə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda Ermənistan silahlı qüvvələri tərəfindən insanlığa qarşı törədilmiş ən dəhşətli faciənin oxşarı yoxdur. 366-cı motoatıcı alayının iştirakı ilə gerçəkləşən bu qanlı hadisə nəticəsində Xocalı şəhəri qarlı-çovğunlu qış gecəsində ölüm-dirim meydanına çevrildi, qan su yerinə axdı, günahsız insanların ah-naləsi, fəryad səsləri göylərə yüksəldi. 

Ulu Öndər Heydər Əliyevin dediklərini xatırlamaq yerinə düşər: "Xocalı soyqırımı XX əsrin ən böyük insan faciələrindən biridir. Xocalıda misli görünməmiş qəddarlıqla törədilmiş bu insan qırğınının Yer kürəsinin hər hansı bir guşəsində baş verməsinin qarşısını almaq üçün Xocalı soyqırımı həqiqətləri dünya ictimaiyyətinə hərtərəfli çatdırılmalı və humanizm ideallarına sədaqət nümayiş etdirən bütün insanların bu faciəyə öz qəti, birmənalı mövqelərini bildirmələri üçün ciddi və məqsədyönlü iş aparılmalıdır". 

Prezident İlham Əliyev isə bu faciə barədə danışarkən qeyd etmişdir ki, Xocalı faciəsi 200 ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir. Dövlət başçısının uğurlu xarici siyasəti sayəsində dünyanın 18-dən artıq ölkəsi bu faciəni soyqırımı kimi tanıyıb. Çünki XX əsrin sonunda törədilmiş bu qətliam təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. 

Ermənilərin Xocalını hədəfə almaqda məqsədləri bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan strateji əhəmiyyətli "maneə"ni aradan qaldırmaq idisə, digər tərəfdən şəhəri Yer üzündən birdəfəlik silmək idi. Bununla da Qarabağın digər ərazilərində olduğu kimi, min illərlə burada yaşamış yerli azərbaycanlı əhalini öz dədə-baba yurdundan perik salıb, istədiklərinə çatmaq idi. Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər olan tarix və mədəniyyət ənənələrimizi özündə əks etdirirdi. Çox təəssüf ki, erməni işğalından sonra bu ərazidə bütün maddi-mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsilə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla, dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.   

Biz artıq 34 il əvvəlki Azərbaycan Respublikasının vətəndaşları  deyilik. Biz azad, müstəqil, demokratik, dünyəvi, unitar, suveren, hüquqi bir dövlətin vətəndaşlarıyıq. Biz həm də qalib bir ölkənin zəfər çalmış sakinləriyik. 44 günlük Vətən müharibəsi ilə qəhrəman Azərbaycan Ordusu bütün dünyaya sübut etdi ki, Xocalı bizim müqəddəs tarixi yurd yerlərimizdən biridir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və ordumuzun şücaəti sayəsində doğma Xocalının qisası yetərincə alınmışdır. 

İctimaiyyətdə məmnunluq doğuran həm də odur ki, dövlət başçısı İlham Əliyevin, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti sayəsində işğaldan azad edilən bütün el-obalarımız, yurd yerlərimiz kimi,  Xocalı da yenidən qurulur. 

Ötən ilin dekabrında  ilk qayıdış köçü həyata keçirilən Xocalının Ballıca kəndində artıq 460 keçmiş  köçkün yerləşib. Dövlət başçısı Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, kəndə köçən bir qrup sakinlə görüşəndə  Xocalının Azərbaycan üçün əhəmiyyətini xüsusi olaraq vurğulayaraq bildirib ki, Ballıca kəndi bərpa etdiyimiz və keçmiş köçkünlərin qayıtdığı 1-ci yaşayış məntəqəsidir. Hazırda kənddə  460 keçmiş məcburi köçkün yerləşib. Dövlət başçısı qeyd edib ki, Vətən həsrəti ilə yaşamış insanlar üçün ən yaxşı şəraiti yaratmaq  dövlətimizin borcudur. Xatırladaq ki, 1992-ci ildə ermənilərin ən böyük terror dəstələri məhz Ballıca kəndində məskunlaşmış və burada öz çirkin əməllərini həyata keçirməyə başlamışlar. 

Hazırda Xocalıda həyat yenidən qaynayır. İşğaldan azad edilən yurd yerlərimizə qayıdan, orada yaşayan insanların üzlərində sevinc, gözlərində inam, xoşbəxtlik görünür. Prezident İlham Əliyevin Xocalı rayonunun Ballıca kəndində öz doğma evlərinə qayıdan soydaşlarımızla görüşməsi və səmimi söhbət etməsi dövlət başçımızın xocalılılara olan sevgisinin nümunəsidir. 

Bəli, Xocalı faciəsi və Xocalıya qayıdış unudulmaz tarixdir. 30 illik erməni işğalından azad olunan rayonlarımız, kəndlərimiz başdan-başa yenidən qurularaq mərhələ-mərhələ sakinlərinin ixtiyarına verilir. Xalqımız bu gün Xocalı faciəsini həm də Xocalıda anır. 


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ceyhun Bayramov: Xocalı faciəsi etnik nifrətə əsaslanan siyasətin tərkib hissəsi idi

10:06
26 Fevral

Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir

10:03
26 Fevral

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Almaniyada bir sıra görüşlər keçirib  

09:59
26 Fevral

"Mədəni irs" pərdəsi altında təxribat

09:45
26 Fevral

Rusiya-Ukrayna müharibəsi: 4 ilin dərdləri və dərsləri

09:40
26 Fevral

Bakıda ağacəkmə aksiyası keçirilib

09:35
26 Fevral

Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib  

09:32
26 Fevral

Şəhidlik zirvədir

09:30
26 Fevral

Qısa ömür, əbədi tale

09:25
26 Fevral

Küveyt-Azərbaycan tərəfdaşlığı möhkəm təməllər üzərində qurulub 

09:20
26 Fevral

Bakının "ana"sı - qapalı şəhər nümunəsi

09:15
26 Fevral

Azərbaycan iqtisadiyyatının "yaşıl" gələcəyi

09:10
26 Fevral

Sülh Şurası və Azərbaycanın xarici siyasəti

09:05
26 Fevral

Sülh Şurası böyük gələcəyi olan institutdur

09:00
26 Fevral

Xalqımız Xocalı faciəsini bu gün həm də Xocalıda anır

08:55
26 Fevral

Tarixin haqq divanı

08:50
26 Fevral

Xocalı soyqırımına obyektiv siyasi-hüquqi qiymətin verilməsi beynəlxalq ictimaiyyətin mənəvi borcudur

08:45
26 Fevral

Biz qayıtdıq, Vətən! Xocalıda bir ev var...

08:40
26 Fevral

Məni Xocalı çağırdı

08:35
26 Fevral

Xocalı harayı

08:30
26 Fevral

Şəhidlərimizin ruhu rahatlıq tapıb

08:25
26 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!