09 Yanvar 2024 10:10
1420
Mədəniyyət
A- A+
Alov evi - Atəşgah 

Alov evi - Atəşgah 

 

Dünyanın müqəddəs məbədlərindən biri

 

Uzaq məmləkətlərdən gələn karvan böyük İpək yolu ilə min kilometrlərlə məsafəni qət edərək Xəzəryanı ərazilərə çatanda artıq qaş qaralmış, ətrafa qaranlıq çökmüşdü. Axşamın qəribə sakitliyində qarşıdakı qumsallıqlarda sanki düşərgah salınmış kimi neçə-neçə tonqal alovlanırdı. Sarvan heyrətamiz mənzərə qarşısında bir anlıq çaşdı, əlinə doladığı ovsarı bərk-bərk çəkib dəvəsini dayandırdı, yerə enib möcüzəyə daha yaxından baxmağa başladı. Burada nəinki torpaq, kiçik su hövzələri də yanaraq şölələnirdi... 
Tacirlər öz el-obalarına qayıtdıqdan sonra ölkəmizdə şahidi olduqları bir çox mətləblər, xüsusən yerdən çıxan təbii alov dilimləri barədə də söhbət açdılar. Nəticədə əbədi odun, atəşin sorağı bütün Şərqə, dünyaya yayıldı - hər yandan inanclı insanlar, zəvvarlar, oda tapınanlar axışıb gəlməyə başladılar. Artıq Bakı-Suraxanı onlar üçün müqəddəsləşmişdi, qutsal əhəmiyyətə malik idi. Burada müxtəlif dini təlimlərin ardıcılları - zərdüştilər, hinduistlər və siqhlər ibadətə toplaşardılar. Atəşgah abidə kompleksi 1713-cü ildə inşa olunsa da, məbədin özü daha qədimdir - tikiliş tarixi II, III əsrlərə gedib çıxır - ilkin quruluşunu dövrümüzə qədər saxlayıb. Müxtəlif diyarlardan, o cümlədən də Hindistandan gələn atəşpərəstlər burada alova sitayiş edirdilər. Tanınmış hind alimi Mode yazırdı ki, Azərbaycanda - Suraxanıda dünyanın ən müqəddəs məbədlərindən biri yerləşir.
Atəşgah Qərb mütəfəkkirlərinin də daim diqqət mərkəzində olub. Zaman-zaman müxtəlif dünyagörüşlü insanlar, o cümlədən səyyahlar, yazarlar, alimlər məbədin ziyarətinə gəliblər. Onların arasında Düma, Kenfr, Villot, Berezin və başqaları vardı. XVIII əsrdə İngiltərənin görkəmli ictimai xadimi, səyyah və publisist Conas Hanuey (1744) Bakı ətrafında ayrı-ayrı dövrlərdə tikilən müxtəlif tipli qədim od məbədlərinin tam komplekslərinin mövcudluğu haqqında xəbər verirdi. Məşhur yazıçı Aleksandr Düma "Qafqaz səfəri" əsərində yazırdı: "Nahar qurtaran kimi qapıda hazır dayanan faytonlara minib məşhur Atəşgaha getdik. Bakı Atəşgahı, az səyahət edən fransızlar istisna olmaqla, bütün aləmə bəllidir. Biz tamamilə alova bürünmüş qapıdan həyətə girdik. Böyük dördkünc həyətin ortasında günbəzli səcdəgah ucalır. Səcdəgahın tən ortasında əbədi alov şölələnir". Məbəd D.Mendeleyevin də diqqətini çəkmişdi. Tacir Konerevin 1855-ci ildə Atəşgah yaxınlığında tikdirdiyi kerosin zavodunda tədqiqatları üzrə çalışan böyük rus kimyaçısı həyat yoldaşına məktubunda bunun çox maraqlı məbəd olduğunu və indiyədək beləsini görmədiyini bildirirdi. Şərqşünas İlya Berezinin fikirləri də maraqlıdır: "Rusiyanın cənub qurtaracağında yerləşən Bakı şəhəri hər növ turistlərin tam və dərin marağına layiq bir çox möcüzələrdən ibarətdir; lakin heç şübhəsiz ki, sönməyən odlar özünə görə yeganə bir hadisədir, səyyahların nəzərini hər şeydən cox cəlb edir".
VII əsrdə Azərbayçanda islam dininin qəbulu ilə bağlı oda sitayiş məkanları tədricən unuduldu və sıradan çıxdı. "Atəşgah məbədi" bir də XVI-XVII əsrlərdə ikinci həyatına qədəm qoydu. Hansı ki elmi intibah və beynəlxalq ticarət əlaqələrinin canlanması səbəbindən Azərbaycandan keçən məşhur İpək yolu da xeyli fəallaşmış, ekspedisiyalar, karvan səfərləri intensivləşmişdi. Yenidən səsi-sorağı aləmə yayılan ziyarətgaha üz tutan atəşpərəstlər hücrələrdə məskunlaşırdılar. Bir hücrədə 4-5 nəfər qalırdı. Başqa ölkələrdən gələn tacirlər də müqəddəs yer kimi mütləq Atəşgaha baş çəkirdilər. Onlar tərəfindən atəşpərəstlərə, zərdüştlərə maliyyə vəsaiti də ayrılırdı.
Memarlıq kompleksi beşguşəli çıxıntılı və iri giriş yerinə malik müdafiə divarları, eləcə də ərazinin mərkəzində yerləşən dördguşəli altar - alov məbədindən ibarətdir. Giriş üzərində Şirvan-Abşeron memarlıq məktəbi üçün xarakterik olan qonaq otaqları - balaxana inşa edilmişdir. Alov altarı Azərbaycan ərazisində hələ Midiya dövründən yayılmış qədim altar inşası ənənələrini özündə yaşadır.
Atəşgah 26 hücrə və mərkəzi ibadətxananı birləşdirir. Mərkəzi ibadətxana ən müqəddəs yer sayılırdı. Ora ancaq baş kahinlər keçə bilər və sitayiş edərdilər. Məbəddə hücrələrin üstündə yerləşdirilmiş 20 qiymətli daş kitabə var. Birini Zərdüşt, 19-nu isə atəşpərəstlər qoymuşlar. Onlardan 19-u hind, biri fars dilində yazılıb. 
"Atəşgah məbədi" əvvəllər "Şirvanşahlar Sarayı Kompleksi Dövlət Tarix-Memarlıq Qoruq Muzeyinin filialı kimi fəaliyyət göstərirdi. Onun unikallığını, özünəməxsusluğunu və UNESCO-nun Dünya İrsinin ilkin siyahısına daxil edilməsini nəzərə alan dövlətimizin başçısı 19 dekabr 2007-ci ildə "Bakı şəhəri Suraxanı rayonunda Atəşgah məbədi ərazisinin "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu elan edilməsi haqqında" sərəncam imzalayıb.
Hər il muzeyi orta hesabla 130-140 min nəfər ziyarət edir. 2009-cu ildə Bakının islam mədəniyyəti paytaxtı elan olunması münasibətilə burada "Sönməyən alovlar" fotosərgisi və başqa maraqlı tədbirlər keçirilib. Həmin il iyulun 1-də Prezident İlham Əliyev "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizəsinin təkmilləşdirilməsi və onun maddi-texniki təminatının yaxşılaşdırılması məqsədilə sərəncam verib. 
"Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Ramin Quliyev deyir: "2012-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə məbəddə bərpa işləri aparılaraq ətraf ərazilər abadlaşdırılmış və açıq səma altında muzey yaradılmışdır. Dövlətimizin turizm sektorunda apardığı uğurlu siyasət Azərbaycanın hər bir turizm obyektlərində olduğu kimi, "Atəşgah məbədində də öz əksini tapır. Təqribi hesablamaya görə, Atəşgah memarlıq qoruğunu hər ay mindən çox turist ziyarət edir. Turistlər, əsasən, Pakistan, Hindistan, Rusiya, Avropa və ərəb ölkələrindən olur".
Bəli, Azərbaycan torpağında minlərlə belə ocaq yanır. İstər möhtəşəm məbədlərdə, istərsə də səcdəgahlarda səndəl və şümşad ağaclarının ətrini ətrafa yayan "müqəddəs od" alovlanır. İnsanlar ta uzaq keçmişdən bədbəxtlik və zülmdən müdafiə axtarışında, xoşbəxtlik və əmin-amanlıq haqqında dualarla oda ibadət edirdilər. "Atəşgah"ın tarixi taleyində xalqımızın çoxəsrlik ənənələri, qəhrəmanlıq hadisələri, dünya sivilizasiyası xəzinəsinə töhfələri, tolerant, multikultural dəyərləri ilə zəngin böyük mərhələləri - keçmişi və bu günü bir-birinə qovuşmuşdur. Və beləcə, qədim əbədi alovlara görə də Vətənimiz "Odlar yurdu" adını almışdı. Həmin qığılcımlar, közərtilər nəzərləri cəlb edərək, əsən meh istiqamətində haçalanan təbii alov dilimlərinin həyəcanlandırıcı gözəlliyi ilə bəşər övladlarını ovsunladılar. 

Qurban MƏMMƏDOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

R.M.Fətəliyevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında

00:21
09 İyun

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında" 2015-ci il 23 iyul tarixli 571 nömrəli, "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında" 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" 2019-cu il 27 iyun tarixli 759 nömrəli və "Elektron kənd təsərrüfatı" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

00:20
09 İyun

Azercell abunəçilərinin nəzərinə

00:19
09 İyun

Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb

23:36
08 İyun

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb  

23:24
08 İyun

"AzInTelecom” Milli Kibertəhlükəsizlik Forumunda rəqəmsal həllərini təqdim edib

20:29
08 İyun

Aİ İtaliyanın 23 milyard avroluq “yaşıl enerji” dəstəyi proqramını təsdiqləyib

20:23
08 İyun

“Startap” şəhadətnaməsi alan KOB subyektlərinin sayı 282-yə çatıb

20:17
08 İyun

Anomal istilər səyahət vərdişlərini necə dəyişir?

20:08
08 İyun

Uşaqlıqdakı yuxu problemləri yeniyetməlikdə depressiya riskini ikiqat artırır

19:57
08 İyun

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları ilə bağlı səyyar görüşlər keçirilib  

19:53
08 İyun

Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1,5 milyard dolları ötüb

19:49
08 İyun

Okeanların istiləşməsi rekord həddə çatdı

19:38
08 İyun

Serbiyanın idman naziri Azərbaycana gəlib

19:31
08 İyun

Filippində güclü zəlzələ baş verib

19:26
08 İyun

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir 

19:24
08 İyun

Laboratoriyada yaradılan süni göz modeli korluğun müalicəsində yeni səhifə açır

19:09
08 İyun

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir  

18:59
08 İyun

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik  

18:47
08 İyun

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub  

18:43
08 İyun

Yeni qanun layihəsi uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına xidmət edir 

18:34
08 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!