06 Noyabr 2026 22:01
212
Elm və texnika
A- A+
ÜST-5 Rifah İndeksinin Azərbaycan versiyası Ümumdünya Səhiyyə Təşkilatının saytında yerləşdirilib

ÜST-5 Rifah İndeksinin Azərbaycan versiyası Ümumdünya Səhiyyə Təşkilatının saytında yerləşdirilib


Psixologiya Elmi-Tədqiqat İnstitutunun Azərbaycan dilinə tərcümə və adaptasiya etdiyi ÜST-5 Rifah İndeksi (WHO-5) Ümumdünya Səhiyyə Təşkilatının rəsmi saytında yerləşdirilib. Azərbaycan versiyası alət səhifəsinin “digər dil versiyaları” bölməsində əlçatandır.

Beləliklə, psixoloji rifahın ölçülməsində geniş istifadə olunan bu alətin ÜST saytındakı dil versiyaları sırasına Azərbaycan dili də əlavə olunub.

ÜST-5 son iki həftə ərzində şəxsin subyektiv psixoloji rifahını ölçür: müsbət əhval, sakitlik, enerji, dincəlmə və gündəlik həyata maraq. Alət 5 sualdan ibarətdir. Elmi tədqiqatlarda, klinik praktikada və əhali sağlamlığının monitorinqində geniş tətbiq olunur.

Adaptasiya tədqiqatını AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev, İnstitutun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov, Yıldız Texniki Universitetinin professoru Seydi Ahmet Satıcı və İnstitutun Şəxsiyyət psixologiyası laboratoriyasının müdiri, elmi tədqiqatlar üzrə koordinator Ülkər Zalova Nuriyeva aparıb.

Azərbaycan versiyası Beaton və həmmüəlliflərinin beynəlxalq adaptasiya təlimatlarına uyğun hazırlanıb. Proses iki müstəqil tərcümə, komitə rəyi, geri tərcümə və psixometrik yoxlama mərhələlərindən keçib.

18–89 yaş aralığında 875 nəfərlik nümunədə alətin birfaktorlu strukturu və yüksək etibarlılığı (α = .83) təsdiqlənib. Nəticələr 2024-cü ildə beynəlxalq hakimli jurnal olan BMC Psychology-də dərc olunub.

“ÜST-5-in Azərbaycan versiyası tədqiqatçılara və mütəxəssislərə psixoloji rifahı ana dilində, elmi yoxlamadan keçmiş alətlə ölçmək imkanı verir. Məqsədimiz bu aləti ölkəmizdə daha geniş elmi və praktik istifadəyə çatdırmaqdır”, – deyə İnstitutun sədri Elnur Rüstəmov bildirib.

Alət tədqiqatçılar, klinik psixoloqlar, psixiatrlar və tələbələr üçün qeyri-kommersiya məqsədilə ödənişsizdir. Azərbaycan versiyasını Ümumdünya Səhiyyə Təşkilatının rəsmi səhifəsindən yükləmək olar: https://www.who.int/publications/m/item/WHO-UCN-MSD-MHE-2024.01

Məqalə: https://doi.org/10.1186/s40359-024-01593-0

Diqqət! qeyd: Yerləşdirmə ÜST-ün təsdiqi və ya dəstəyi kimi təqdim olunmamalıdır. Bu tərcümə ÜST tərəfindən hazırlanmayıb. ÜST onun məzmununa və dəqiqliyinə görə məsuliyyət daşımır; orijinal ingilis nəşri məcburi və mötəbər nəşrdir. Nümunənin 86,2%-i qadın, 85%-i ali təhsillidir, buna görə nəticələr bütün əhalini təmsil edən kimi təqdim olunmamalıdır.

Orijinal alət: ©️ WHO, 2024. Lisenziya: CC BY-NC-SA 3.0 IGO. Azərbaycan tərcüməsi: Psychology Scientific Research Institute, Baku.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÜST-5 Rifah İndeksinin Azərbaycan versiyası Ümumdünya Səhiyyə Təşkilatının saytında yerləşdirilib

22:01
06 Noyabr

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsinin layihəsi müzakirə olunub

19:37
06 Noyabr

Bakıda keçirilən BMT İdarəetmə İnnovasiyaları Sammiti başa çatıb

19:18
06 Noyabr

Parlamentin komitəsində büdcə zərfinə daxil olan qanun layihələri müzakirəyə çıxarılıb

18:59
06 Noyabr

Qarğıdalı genləri düyünün məhsuldarlığını onlarla faiz artıra bilər  

18:58
06 Noyabr

Kaliforniya qubernatoru 548 məhkumun cəzasını ömürlük həbslə əvəz edib

18:46
06 Noyabr

Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər

18:36
06 Noyabr

İnternetə yeni qoşulanları kiberfırıldaqçılardan necə qorumaq olar?

18:34
06 Noyabr

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı

18:32
06 Noyabr

Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

18:23
06 Noyabr

Göbələk infeksiyalarına qarşı yeni molekullar hazırlanıb  

18:23
06 Noyabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər YENİLƏNİB

18:19
06 Noyabr

Çin dizel ixracını azaltmağı planlaşdırır

18:17
06 Noyabr

“ASAN xidmət”in və BMT-nin sammitində innovativ idarəetmə həlləri hazırlanıb

18:13
06 Noyabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər YENİLƏNİB

18:09
06 Noyabr

Rubio istefa verəcəyi barədə məlumatları təkzib edib

18:09
06 Noyabr

Donald Tramp: ABŞ Hörmüz boğazında tam nəzarəti təmin edib

17:59
06 Noyabr

XVI əsrə aid şifrəli qıfılın kodu açılıb  

17:47
06 Noyabr

Azərbaycan ilə BMT arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub  

17:36
06 Noyabr

"Qırmızı qızıl" azalır  

17:31
06 Noyabr

Fransada aksiyaçıların sayı artıb

17:15
06 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!