05 Noyabr 2026 13:41
206
SİYASƏT
A- A+
2020-ci il noyabrın 8-də xalqımızın tarixinə ən parlaq və möhtəşəm qələbələrdən biri yazıldı  

2020-ci il noyabrın 8-də xalqımızın tarixinə ən parlaq və möhtəşəm qələbələrdən biri yazıldı  


“Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncama əsasən 8 Noyabr - Şuşa şəhəri günü kimi təntənəli şəkildə qeyd olunur. İşğaldan azad edilmiş şəhər günlərinin təsis olunması Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən deyirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Ona görə də, rəşadətli ordumuz hər gün, hər saat, hər dəqiqə Şuşaya doğru dayanmadan, inamla irəliləyirdi. Qəhrəman əsgər və zabitlərimiz çətin və mürəkkəb relyefə, ağır hava və yolsuzluq şəraitinə baxmayaraq, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Şuşadan qovub çıxardı”. 

Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib. Onun sözlərinə görə, 2020-ci il noyabrın 8-də xalqımızın tarixinə ən parlaq və möhtəşəm qələbələrdən biri yazıldı. Azərbaycan hərbçiləri dağlar qoynunda yerləşən Şuşa şəhərini erməni işğalçılarından azad etdi. Prezident İlham Əliyevin Sərəncamı ilə həmin tarixi hadisənin baş verdiyi gün - noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaltdı. 

Prezident İlham Əliyev Şuşanın azad edilməsinin və 8 noyabrın tarixi əhəmiyyətini belə səciyyələndirir: “Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik”.

Deputat bildirib ki, bəziləri düşünürdü ki, Azərbaycan 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatla təsbit edilmiş status-kvonu dəyişməyə cürət etməyəcək və Şuşanın azad edilməsi ilə kifayətlənəcək. Hadisələrin sonrakı gedişi bu cür düşünənlərin yanıldığını göstərdi. 2023-cü ilin sentyabrın 19-20-də Zəfər yürüşünün davamı olan antiterror əməliyyatı uğurla nəticələndi. Cəmi 23 saat 48 dəqiqə davam edən antiterror əməliyyatı Ali Baş Komandanın qətiyyətini, dəmir yumruğun yerində olduğunu, Ordumuzun gücünü bir daha nümayiş etdirdi. Düşmən üç il əvvəl olduğu kimi, yenə ağ bayraq qaldıraraq təslim olmağa məcbur edildi. Bununla da Qarabağda terrorçuların və separatçı rejimin mövcudluğuna birdəfəlik son qoyuldu;

“Beləliklə, xalqımız uzun illər davam edən ayrılıqdan sonra doğma Şuşaya qayıtdı. Bu qayıdışla Şuşaya yeni ruh, yeni nəfəs gəldi. Azadlığına qovuşmuş qədim şəhər artıq böyük quruculuq, təmir-bərpa işlərinin, möhtəşəm tədbirlərin şahidinə çevrilib. Düşmən tapdağından azad edilmiş Şuşanın yeni inkişaf dövrü başlayıb. Ötən dövr ərzində Şuşa şəhərində bir sıra mühüm infrastruktur layihələri icra olunub” – deyən Samir Vəliyev əlavə edib ki, bu ilin 23 oktyabr ayınadək Şuşa şəhərində 377 ailə olmaqla, 1.411 nəfər, Böyük Qaladərəsi kəndində 17 ailə olmaqla, 78 nəfər, Kiçik Qaladərəsi kəndində 26 ailə olmaqla, 90 nəfər – cəmi 420 ailə, 1579 nəfər məskunlaşıb. Hazırda tarixi şəhərimizdə quruculuq işləri sürətlə davam edir.

“Cəmi altı ildir ki, işğaldan azad olunmasına baxmayaraq, Şuşa mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib, bir sıra beynəlxalq təşkilatlar tərəfindən mədəniyyət və turizm paytaxtları seçilib. 2022-ci il isə ölkəmizdə “Şuşa İli” elan olunub. Beləliklə, qədim Şuşa şəhəri öz sahiblərinə qovuşub və bu şəhər ildən ilə daha da gözəlləşir, inkişaf edir” – deyə deputat vurğulayıb.

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bavariya əyalətinin iqtisadiyyat naziri Berlində oteldə ölü tapılıb  

14:08
05 Noyabr

Nazir: Gələn il DSMF-nin özünü maliyyələşdirmək qabiliyyəti 17 faiz ətrafında olacaq  

14:06
05 Noyabr

Gəncədə Nizami Gəncəvinin 885 illiyi beynəlxalq tədbirlərlə qeyd edilib  

14:03
05 Noyabr

Samuxda Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib  

14:02
05 Noyabr

Salyanda Zəfər Gününə həsr olunmuş tamaşa nümayiş olunub  

13:53
05 Noyabr

Şirvanda şəhid Yusif Cəfərovun xatirəsi anılıb  

13:48
05 Noyabr

Nazir: Vətəndaşların pensiya sisteminə daxil olmaq imkanları asanlaşdırılır  

13:41
05 Noyabr

2020-ci il noyabrın 8-də xalqımızın tarixinə ən parlaq və möhtəşəm qələbələrdən biri yazıldı  

13:41
05 Noyabr

Polşa portalı: Çindən Azərbaycana gələn qatarların sayı artır, Orta Dəhlizin əhəmiyyəti yüksəlir  

13:36
05 Noyabr

Şanlı Zəfərimizin ildönümü münasibətilə İstanbulda yeni ağaclar əkiləcək

13:29
05 Noyabr

BDYPİ küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib  

13:24
05 Noyabr

Sahib Ələkbərov: Neftin qiyməti 65 dollar götürülməklə makroiqtisadi sabitliyin qorunması hədəflənir  

13:17
05 Noyabr

Süni intellekt hazır məlumatlar olmadan yeni biliklər əldə edə biləcək

13:13
05 Noyabr

Nazir müavini: Əhalimizin real gəlirləri 3,7 faiz artıb  

13:02
05 Noyabr

Məcnun Məmmədov: Məqsəd odur ki, əkinçilik və kənd təsərrüfatı ilə məşğul olan fermer mütləq gəlir əldə etsin  

12:59
05 Noyabr

Sahib Ələkbərov: 2027-ci ilin qanun layihəsində yaşayış minimumu ölkə üzrə 314 manat müəyyən edilib

12:53
05 Noyabr

Nazir müavini: Neft-qaz sektorunda 1,2 faiz azalmaya baxmayaraq, qeyri-neft-qaz sektorunda 2,6 faiz artım olub  

12:50
05 Noyabr

Dövlət Sosial Müdafiə Fondunun xərclərinin maliyyələşdirilməsinə 9,2 milyard manat vəsait nəzərdə tutulub  

12:49
05 Noyabr

Nazir: Hər il ölkədə 800 min – 1 milyon hektar ərazidə taxıl əkilir  

12:43
05 Noyabr

Bəzi rayonlarda leysan olacaq, dağlıq ərazilərdə qar yağacaq – HAVA PROQNOZU  

12:38
05 Noyabr

DTX Biləsuvarda dron vasitəsilə narkotik vasitələrin qaçaqmalçılığını edənləri saxladı  

12:37
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!