05 Noyabr 2026 10:36
205
SİYASƏT
A- A+
YAP Sədrinin müavini ICAPP Daimi Komitəsinin 46-cı iclasında iştirak edib

YAP Sədrinin müavini ICAPP Daimi Komitəsinin 46-cı iclasında iştirak edib


Noyabrın 4-də Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Daimi Komitəsinin (DK) üzvü Tahir Budaqov Koreyanın Seul şəhərində ICAPP-ın 13-cü Baş Assambleyası çərçivəsində ICAPP DK-nin 46-cı iclasında iştirak edib.

AZƏRTAC xəbər verir ki, iclasda ICAPP-ın cari fəaliyyətinə nəzər salınıb, təşkilatın gələcək iş planı diqqətə çatdırılıb. Təşkilatın fəaliyyətinin daha da təkmilləşdirilməsinin, institusional imkanlarının gücləndirilməsinin və beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb, bu istiqamətdə siyasi partiyalar arasında qarşılıqlı təcrübə mübadiləsinin təşviqinin, dialoq və əməkdaşlıq platformalarının inkişaf etdirilməsinin, eləcə də qlobal çağırışların həllində birgə səylərin artırılmasının vacibliyi qeyd edilib.

Daha sonra 36 ölkəni təmsil edən 83 siyasi partiyanın iştirakı ilə baş tutan ICAPP-ın 13-cü Baş Assambleyasına hazırlıq işləri barədə məlumat verilib, büro üzvlüyünə sədr müavini kimi YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov da daxil olmaqla 5 ölkədən (Azərbaycan, Banqladeş, Çin, Malayziya, Vyetnam) namizəd irəli sürülüb.

DK iclasında Baş Assambleyanın bağlanış sessiyasında qəbul ediləcək Seul Bəyanatının layihəsi və ICAPP Nizamnaməsinə təklif olunan dəyişikliklər ətrafında da fikir mübadiləsi aparılıb. Həmçinin siyasi partiyalar arasında dialoqun inkişaf etdirilməsi, dayanıqlı sülh və sabitliyin təşviqi, demokratik idarəetmənin gücləndirilməsi, süni intellektin imkanlarından ümumi rifah naminə istifadə və iqlim dəyişikliyi ilə mübarizə kimi aktual məsələlər müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bəzi rayonlarda leysan olacaq, dağlıq ərazilərdə qar yağacaq – HAVA PROQNOZU  

12:38
05 Noyabr

“Qərbi Abşeron” yatağında yeni stasionar dəniz özülü istismara verilib  

11:41
05 Noyabr

Fərid Qayıbov Monakoda idmana məsul nazirlərin iclasında iştirak edib

11:39
05 Noyabr

Ryazana kütləvi dron hücumu sənaye obyektlərində yanğınlara səbəb olub  

11:23
05 Noyabr

DSMF-yə ən çox hansı məsələlərlə bağlı müraciət olunub?

11:21
05 Noyabr

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

11:16
05 Noyabr

Fransanın şəhərlərində etiraz nümayişləri və tətillər başlayır

11:04
05 Noyabr

İqtisadi münasibətlərin inkişafı hüquqi öhdəlikləri əvəz edə bilməz  

11:00
05 Noyabr

“ASAN xidmət” Cibuti və Şri-Lanka ilə anlaşma memorandumları imzalayıb  

10:57
05 Noyabr

Rusiyada yaşayan azərbaycanlı “Xalq yazıçısı” ədəbi mükafatının finalçısı olub  

10:52
05 Noyabr

Ötən gün 64 cinayətin açılması təmin olunub

10:43
05 Noyabr

YAP Sədrinin müavini ICAPP Daimi Komitəsinin 46-cı iclasında iştirak edib

10:36
05 Noyabr

Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək  

10:31
05 Noyabr

Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir

10:28
05 Noyabr

Bakıda Birinci Azərbaycan Regional Akvakultura Forumu işə başlayıb  

10:26
05 Noyabr

“BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı” beynəlxalq tədbirinin iştirakçılarına  

10:24
05 Noyabr

Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti işə başlayıb

10:23
05 Noyabr

Azərbaycan nefti 106,81 dollara satılır 

10:22
05 Noyabr

Qızıl və gümüş bahalaşıb

10:01
05 Noyabr

Neft ucuzlaşır

09:49
05 Noyabr

Paytaxtda Zəfər Gününə həsr edilən mini futbol yarışları başa çatıb

09:30
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!