12 Avqust 2025 08:30
760
İQTİSADİYYAT
A- A+
14 ölkə son deyil

14 ölkə son deyil


Azərbaycandan qaz idxal etmək üçün yeni müraciətlər var


Son bir ayadək Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı 12 idi. Bunlar Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, İtaliya, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya və Slovakiyadır. Qısa müddətdə bu sıraya daha iki ölkə - Ukrayna və Suriya da qoşuldu. İndi Azərbaycanın qazla təchiz etdiyi ölkələrin sayı 14-dür. 

Azərbaycan qazı Ukraynaya keçən ayın sonundan çatıb. Bununla bağlı məlumatı "Naftogaz" Şirkətlər Qrupu yayıb. Şirkətdən bildirilib ki, ilk dəfə olaraq Azərbaycan qazının Bolqarıstan-Rumıniya-Ukrayna dəhlizi üzərindən Trans-Balkan marşrutu ilə sınaq tədarükü həyata keçirilir.

"Naftogaz" İdarə Heyətinin sədri Sergey Koretski sosial media hesabında yazıb: "Bu, miqyasına görə kiçik, lakin strateji əhəmiyyətli addımdır və uzunmüddətli əməkdaşlığa yol açır". O qeyd edib ki, Azərbaycandan qaz almaq ölkənin təchizatını şaxələndirəcək və enerji təhlükəsizliyini gücləndirəcək.

Azərbaycan qazının Ukraynaya tədarükü geosiyasi və iqtisadi baxımdan nə qədər əhəmiyyətlidir? Ekspertlərin fikrincə, ümumiyyətlə, Azərbaycan qazının ixrac coğrafiyasının genişlənməsinin siyasi-iqtisadi əhəmiyyəti böyükdür. Artıq ölkəmizdən qazın Avropaya çatdırılması və oradan da geriyə dönərək Ukraynaya daxil olması prosesi başlayıb. Doğrudur, bu, əvvəlcədən müəyyən edilmiş həcmdə qazın bölgüsü çərçivəsində baş verir. Lakin hər bir halda Azərbaycanın qaz ixrac coğrafiyasının genişlənməsi və xüsusilə Ukrayna istiqamətində yeni bir mərhələnin başlanması mühüm əhəmiyyət daşıyır. 

Bu layihə həm də siyasi baxımdan ciddi bir yenilikdir. Çünki uzun illər ərzində qaz əsasən Rusiya ərazisindən Ukraynaya nəql olunurdu. İndi isə bu tarixi model dəyişir və Azərbaycanın qazı yeni bir marşrut üzrə Ukraynaya çatdırılır. Bu, Avropanın qaz təchizatı xəritəsində baş verən fundamental dəyişikliyin göstəricisidir.

İndi artıq Suriya da Azərbaycan qazı alır. Hazırda Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verən ölkəmiz bu layihə ilə enerji ixracı coğrafiyasını Yaxın Şərqə doğru genişləndirir. Avqustun 2-də Türkiyənin Kilis şəhərində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlinə başlanılması ilə bağlı tədbir keçirildi.

Xatırladaq ki, Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracına bu il aprelin 11-də Antalyada və iyulun 12-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa arasında keçirilən görüşlərdə əldə edilmiş razılaşmalar əsasında, qısa müddət ərzində start verilib. Əhməd Əl Şaraanın ölkəmizə işgüzar səfəri çərçivəsində iyulun 12-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu da imzalanmışdı. Sənədi Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir imzalamışdılar.

Suriyaya qaz Kilis şəhərindəki "Yavuzlu Ölçmə Stansiyası"ndan ötürülür. Azərbaycan qazını bu  ölkəyə nəql edən boruların günlük potensialı 6 milyon kubmetrdir. Sadəcə, hələlik 3,4 milyon kubmetr qazın nəqli nəzərdə tutulur.

İlkin mərhələdə Suriyaya ildə 2 milyard kubmetrə qədər təbii qaz ixracı mümkün olacaq. Həmin təbii qaz vasitəsilə təqribən 1200 meqavatlıq quraşdırılmış güc aktivləşəcək. Bu layihə Suriyada həyatın normallaşmasına çox ciddi töhfə verəcək, insanların həyat səviyyəsini yüksəldəcək və ölkəyə geri qayıdış prosesini sürətləndirəcək. 

Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir jurnalistlərə açıqlamasında bu barədə belə deyib: "Azərbaycanlı qardaşlarımıza bu dəstəyə görə təşəkkür edirəm. Təbii ki, bu razılaşma hər iki ölkə başçısının sonuncu görüşündən sonra baş tutub. Bu, birbaşa Suriya xalqının rifahına və elektrik enerjisi ilə davamlı təminatına xidmət göstərəcək. Bu layihə sonuncu deyil, ilk layihədir. Bundan sonra da bizim birgə layihələrimiz olacaq. Azərbaycanın iqtisadiyyat naziri, qardaşım Mikayıl Cabbarov ilə də bir az öncə görüləcək işlərlə bağlı müzakirələr apardıq. Texniki qrupların qarşılıqlı şəkildə səfərləri təşkil olunacaq. Azərbaycanın Suriyada investisiya ilə bağlı proqram və layihələrini müzakirə etdik".

SOCAR ilə birlikdə Azərbaycan qazının Türkiyə-Suriya sərhədində təhvil verilməsini nəzərdə tutan SVOP (mübadilə) razılaşmasının imzalandığını bildirən Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar kədərli və sevincli günlərdə daim Türkiyənin yanında olan Azərbaycanın bu layihədə də dəstəyini əsirgəmədiyini vurğulayıb. 

Gələn ildən Albaniyanın da Azərbaycandan qaz alması nəzərdə tutulur. Bu il mayın 16-da Tiranada "Avropa Siyasi Birliyi"nin VI Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Baş naziri Edi Rama ilə görüşündə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin geniş potensiala malik olduğu qeyd edilmişdir. Eyni zamanda vurğulanmışdır ki, əməkdaşlığın əsas meyarı kimi enerji sektoru qalmaqdadır.

Azərbaycan-Albaniya enerji əməkdaşlığı təkcə bu iki ölkə üçün deyil, bir sıra digər ölkələr üçün, eləcə də TAP (Trans-Adriatik Qaz Boru Kəməri) üçün də əhəmiyyətlidir. Belə ki, Azərbaycan qazını Avropaya çatdıran 3500 kilometrlik "Cənub qaz dəhlizi"nin sonuncu seqmenti TAP-ın 210 kilometri Albaniyanın ərazisindən keçir.  Qeyd edək ki, TAP-ın uzunluğu 878 kilometrdir. Bu kəmərin qalan hissəsinin 550 kilometri Yunanıstanın ərazisindən, 105 kilometri Adriatik dənizinin altından çəkilib. Bir neçə kilometrlik kiçik hissəsi isə İtaliyada quru sahəyə çıxaraq kəməri bu ölkənin qaz şəbəkəsinə birləşdirir. 

Ölkəmizin Albaniyanın qaz infrastrukturunun qurulmasına dəstək verəcəyi nəzərdə tutulur. Bu barədə Albaniyanın infrastruktur və energetika nazirinin müavini Seno Klosi belə deyib: "Albaniya dinamik inkişaf edən enerji sektoruna malik bir ölkə olsa da, qaz sahəsində geri qalır". O bildirib ki, bu problemin həll olunmasına Azərbaycanla əməkdaşlıq kömək edəcək. 

Qeyd etdiyimiz kimi, Albaniya gələn il TAP vasitəsilə ölkəmizdən qaz idxalına başlamağa da hazırlaşır. S.Klosi bunu da bildirərək deyib: "Albaniya ilk dəfə TAP boru kəməri ilə qaz alacaq. Qaz kəməri artıq Albaniya ərazisindən keçir və İtaliyaya gedir, lakin gələcəkdə şimala doğru bir qolun çəkilməsi layihəsi müzakirə oluna bilər. Hələlik o, baxılma mərhələsindədir".

Beləliklə, Azərbaycan qazının alıcısı olan ölkələrin sayı getdikcə artır. Artıq yeni müraciətlər də var, bu istiqamətdə növbəti danışıqlar aparılır. Bu il iyulun 21-də Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyev bunu bir daha qeyd etmişdir: "Biz Avropa İttifaqının üzvü olan bir neçə ölkədən təkliflər almışıq. O ölkələr ki, bəziləri artıq bizim qazımızı alır, digərləri isə hələ də Azərbaycan qazını almır. Biz bu təklifləri dəyərləndiririk". 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaz yağışları taxıl əkinlərinin muradını verdi

09:00
02 Aprel

Qədimliklə müasirliyin qol-boyun olduğu Gəncə

08:55
02 Aprel

Ağdamda və Mingəçevirdə Soyqırımı Günü qeyd olunub

08:50
02 Aprel

Zəfərə gedən yolun başlanğıcı 

08:47
02 Aprel

Apreldən Noyabra 54 ay qalırdı

08:45
02 Aprel

Kəlbəcər bizimdir!

08:40
02 Aprel

Humanizm dəyərlərinə bağlılığın nümunəsi

08:35
02 Aprel

Müharibə və mədəniyyət: görünən və görünməyən reallıqların dialektikası

08:30
02 Aprel

Yaxın Şərq müharibəsinin uzaq bədbin proqnozları

08:25
02 Aprel

Azərbaycanın "yaşıl enerji" strategiyası - modernləşmə və davamlı inkişaf yolunda

08:20
02 Aprel

Yeni saziş Azərbaycan-Misir enerji əməkdaşlığını daha da genişləndirəcək

08:15
02 Aprel

Azərbaycan-Çin strateji tərəfdaşlığı yeni mərhələdə sürətlə inkişaf edir

08:10
02 Aprel

NƏHAYƏT!

08:05
02 Aprel

Zamanın çağırışlarını qabaqlayan LİDER

08:00
02 Aprel

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 oktyabr tarixli 320 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"da dəyişiklik edilməsi haqqında

02:05
02 Aprel

"Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Suriya Ərəb Respublikasının Təhsil Nazirliyi ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Suriya Ərəb Respublikasında təhsil infrastrukturunun bərpası üzrə strateji tərəfdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:04
02 Aprel

"Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Mərakeş Krallığının Ali Təhsil, Elmi Tədqiqat və İnnovasiya Nazirliyi arasında elm və ali təhsil sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:04
02 Aprel

Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında 

02:03
02 Aprel

“Məhkəmə ekspertizası idarələrində aparılan məhkəmə ekspertizalarının siyahısı və məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqqın məbləği”nin təsdiq edilməsi barədə

02:02
02 Aprel

“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Notariat haqqında”, “İcra haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “İpoteka haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 250-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 1 avqust tarixli 462 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

02:00
02 Aprel

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında

01:59
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!