Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Kəndimizin elektrik təsərrüfatı yeniləndi

28 Fevral 2017
 

Son vaxtlar kəndimizə elektrik enerjisinin verilişində fasilələr yaranırdı. Bu vəziyyət xüsusilə qış aylarında daha da kəskinləşirdi.

Rayonda aparılan infrastruktur dəyişiklikləri və abadlıq tədbirləri çərçivəsində bizim kənddə də xeyli iş görüldü. O cümlədən elektrik şəbəkəsi yenidən quruldu. Onu da qeyd edim ki, digər kəndlərin də fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchizatı üçün rayonun bütün elektrik təsərrüfatında kompleks təkmilləşdirmə aparıldı. Həyata keçirilən bu layihə artıq bəhrəsini verib: rayonun yaşayış məntəqələri, o cümlədən bizim kəndimiz fasiləsiz elektrik enerjisi ilə təmin olunub. Evimizə, obamıza rahatlıq gətirən insanların hamısına sağ olun deyirik. 

           

Ərəstun ƏSƏDOV,

Goranboy rayonu, Faxralı kənd sakini