26 Aprel 2024 08:15
135
SİYASƏT
A- A+

Azərbaycan suverenliyini tam təmin edib

 

Sülhməramlıların ərazilərimizdə işi olmadığına görə Rusiyaya qayıdıblar

 

"Prezident ADA Universitetində keçirilmiş forumda Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi, Cənubi Qafqazdan çıxması və onun yerinin kənar qüvvələrlə əvəz olunması ilə bağlı ünvanlanan suala cavabında Qafqazın bir hissəsinin Rusiya daxilində olduğunu və əlbəttə ki, Rusiyanın bu regionu heç vaxt tərk etməyəcəyini bildirib. Rusiya region ölkəsidir və bizim qonşumuzdur, ölkələrimiz arasında çox möhkəm əməkdaşlıq və dostluq münasibətləri var". 
Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Deputat bildirib ki, sülhməramlıların ərazilərimizdən çıxması ölkələrarası münasibətlərimizə xələl gətirmir, əksinə, gücləndirir. Sülhməramlıların Qarabağda yerləşdirilməsi 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanata əsaslanır. Bu gün isə Azərbaycan öz ərazilərində tam şəkildə suverenliyi təmin edib və Qarabağda sülhməramlıların görməyə bir işi qalmayıb. Odur ki, ərazilərimizi vaxtından əvvəl tərk etmələri üçün qərar verildi. Burada Rusiya ilə Azərbaycan münasibətlərində fikir ayrılığı yaradacaq bir məqam yoxdur. O cümlədən Cənubi Qafqazın bütün respublikaları Rusiya ilə sıx bağlıdırlar. Regionumuzun Rusiya ilə iqtisadi, humanitar və mədəni əlaqələri mövcuddur. Biz Rusiya ilə münasibətlərin möhkəmlənməsinə yüksək dəyər veririk. "Cənab Prezident İlham Əliyevin Moskvaya işgüzar səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Əməkdaşlığımız qarşılıqlı hörmət və fayda əsasında qurulub. Halbuki keçmiş sovetlər birliyində birgə yaşamış, eyni dilə və dinə malik respublikalar arasında münaqişələr və müharibələr davam edir. Həmin respublikalar da Azərbaycandan nümunə götürməli və Rusiya ilə münasibətlərin normallaşdırılmasına çalışmalıdırlar", - deyə deputat əlavə edib. 
Azər Badamov qeyd edib ki, regiona kənar güclərin gəlməsi cəhdi var ki, bu da qəbulolunan deyil. Bunu  Ermənistanla Qərb arasında baş verən danışıqlar prosesində müşahidə etməmək qeyri-mümkündür. Aprelin 5-də Brüsseldə keçirilmiş görüşün əsl məqsədi hamıya bəllidir, o cümlədən Fransa, Yunanıstan və Hindistanın Ermənistanı yenidən silahlandırmasını görməmək mümkün deyil. Onlar Ermənistana forpostları kimi yanaşaraq regionda öz maraqlarını reallaşdırmağa çalışırlar. Əlbəttə ki, Ermənistanın silahlanması onun daxili işidir. Amma bu, ölkəmizə qarşı təhdid yaradacağı halda, təbii ki, lazımi tədbirlər görüləcəkdir. 
A.Badamov vurğulayıb ki, Ermənistan və onu revanşizmə hazırlayanlar Azərbaycana qarşı öz çirkin niyyətlərini reallaşdıra bilməyəcəklər: "Dünya Vətən müharibəsində və 23 saat aparılan lokal xarakterli antiterror tədbirlərində ordumuzun gücünü gördü. Ermənistan aldığı ağır zərbədən nəticə çıxarmalı və Azərbaycanla münasibətlərin normallaşdırılmasına çalışmalıdır. Dövlət başçımız forumda Ermənistana və havadarlarına birbaşa mesajlar göndərərək onları bu əməllərdən çəkinməyə çağırdı".

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video