18 Mart 2024 19:40
295
CƏMİYYƏT
A- A+

Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib

 

Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümünə həsr olunan tədbirlər keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə Müdafiə Nazirliyi və Milli Müdafiə Universitetinin nümayəndələri, hərbi qulluqçular, kursantlar, xüsusi təyinatlı təhsil müəssisələrinin professor-müəllim heyəti, eləcə də digər qonaqlar iştirak ediblər.

Əvvəlcə Ulu Öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün, Çanaqqala savaşında, eləcə də hər iki ölkənin ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla anılıb.

Hərbi orkestrin müşayiəti ilə Azərbaycan və Türkiyə respublikalarının Dövlət Himnləri səsləndirilib.

Tədbirlərdə 109 il əvvəl Çanaqqalada qəhrəman millətimizin böyük bir tarix yazmasından, bu savaşın hərb tarixinin şərəfli səhifələrindən birinə çevrilməsindən, Azərbaycan igid və mərd oğullarının Anadoluda, Çanaqqalada türk qardaşları ilə birlikdə şücaət nümunələri göstərməsindən danışılıb, bu haqq savaşında şəhid olan qəhrəmanlarımızın xatirələrinin daim qəlblərdə yaşayacağı xüsusi vurğulanıb.

Qeyd olunub ki, iki qardaş ölkənin birlik və bərabərliyinin bariz nümunələrindən biri də Vətən müharibəsində Azərbaycanın haqlı mövqeyinə Türkiyənin bütün imkanları ilə öz mənəvi dəstəyini göstərməsidir.

Bildirilib ki, Azərbaycan və Türkiyə qardaşlığı Ulu Öndərlər Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” ideyasına sadiq olaraq sarsılmaz və əbədi təməllər üzərində qurulub.

Sonra Çanaqqala zəfərinin 109-cu ildönümü həsr olunan videoçarx nümayiş etdirilib.

Sonda şeirlər səsləndirilib, hərbi orkestrlərin müşayiəti ilə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tərəfindən vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər ifa olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video