29 Aprel 2024 20:11
274
SİYASƏT
A- A+

     Heydər Əliyev Fondu və Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası arasında gələcək əməkdaşlıq müzakirə olunub

 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov ölkəmizdə səfərdə olan Çin Xalq Respublikasının Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanminlə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə iki qurum arasındakı əməkdaşlıq, eyni zamanda, bu əməkdaşlığın dövlətlərarası və xalqlararası əlaqələrin inkişafına verəcəyi töhfə müzakirə edilib.

Anar Ələkbərov Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ötən illərdə Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının rəhbərliyi ilə görüşlərini xatırladıb, iki qurum arasında imzalanan Azərbaycan-Çin dostluğunun və əməkdaşlığının genişlənməsinə dair Memorandumu, həyata keçirilən layihələri qeyd edib.

Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının Heydər Əliyev Fondunun strateji tərəfdaşı olduğu, bu il hər iki qurumun yubileyinin - Heydər Əliyev Fondunun yaradılmasının 20, Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının 70 illiyinin qeyd edilməsinin rəmzi məna daşıdığı bildirilib.

Ölkəmizə Heydər Əliyev Fondunun dəvəti ilə səfər etdiyini deyən Yan Vanmin Azərbaycan Prezidentinin Çinlə əlaqələrə xüsusi önəm verdiyini, budəfəki görüşlərin və müzakirələrin Azərbaycanla Çin arasında əməkdaşlığın genişlənməsinə əlavə təkan olacağını qeyd edib.

Görüşdə Heydər Əliyev Fondunun 20 illiyi ilə əlaqədar Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası tərəfindən Fondun prezidenti Mehriban Əliyevaya ünvanlanan təbrik məktubu təqdim olunub.

Həmçinin Heydər Əliyev Fondu ilə Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası arasında əməkdaşlığın əhatəsinin genişlənməsinə yönələn sahələr nəzərdən keçirilib. Dövlət səviyyəsində möhkəm təmələ söykənən əlaqələrlə yanaşı, iki xalq arasında əlaqələrin, xalq diplomatiyasının da genişlənməsinin vacibliyi vurğulanıb. Qonaq bu istiqamətdə Heydər Əliyev Fondunun böyük rol oynayacağını bildirib. Azərbaycan və Çində mədəniyyət günlərinin təşkili, mədəniyyət sahəsində müxtəlif tədbirlərin keçirilməsi, gənclərin, eyni zamanda, yeni media nümayəndələrinin qarşılıqlı səfərləri, şəhərlərarası əməkdaşlıqların artırılması təklif olunub.

Ölkəmizin bu il COP29-a ev sahibliyi müzakirə edilən məsələlərdən biri olub. Bildirilib ki, Çin Xalq Respublikası, o cümlədən Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası COP29 çərçivəsində lazımi dəstək göstərməyə və əməkdaşlığa hazırdır.

Heydər Əliyev Fondunun nümayəndə heyəti Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının 70 illiyi ilə əlaqədar tədbirlərdə iştirak üçün Çinə dəvət olunub.

Görüşdən sonra qonaqlar Heydər Əliyev Mərkəzindəki ekspozisiyalar – “Azərbaycan xalçası-ilmələrin rəqsi”, “Mini Azərbaycan”, “Musiqi alətləri: birlik və müxtəliflik”, “Klassik avtomobillər” sərgiləri ilə tanış olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video