29 Aprel 2024 19:15
240
SİYASƏT
A- A+

Ukraynalı deputat: Ruben Vardanyanın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi qəbuledilməzdir

 

Sülh, ilk növbədə, ərazi bütövlüyünə, suverenliyə hörmət deməkdir. Sülh mükafatı separatizmdə ittiham olunan insana necə verilə bilər?

Bu sözləri AZƏRTAC-a açıqlamasında Ruben Vardanyanın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsini şərh edən Ukrayna Ali Radasının üzvü Aleksey Qonçarenko deyib.

Bu mükafatın Ruben Vardanyana verilməsinin qəbuledilməz olduğunu vurğulayan deputat bildirib. “Əvvəla qeyd edim ki, Ruben Vardanyan Ukraynanın sanksiya siyahısındadır. Ukrayna hökuməti onun adını Rusiya oliqarxı kimi sanksiya siyahısına daxil edib. Rusiya oliqarxı olmaq bu və ya digər şəkildə Putinin pul kisəsi olmaq deməkdir. Belə bir insanın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi şok effekti yaradır və qəbuledilməzdir. Bu şəxs çirkli pulların yuyulmasında və digər cinayətlərdə ittiham olunur”.

A.Qonçarenko bildirib ki, Ukraynada sanksiya siyahısı xüsusi xidmət və hüquq-mühafizə orqanları tərəfindən tərtib edilir. Əgər kimsə bu siyahıya daxil edilirsə, bunun üçün əsaslı səbəblər var. Vardanyanla bağlı səbəb onun rəhbərlik etdiyi müəssisələrin Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə təhdid törətməsidir. “Artıq Ukrayna parlamentinin bir sıra üzvləri bunun qəbuledilməz olmasına dair məktub imzalayıblar. Əminəm və inanıram ki, Nobel Mükafatı Komitəsi sadaladığım bu faktları nəzərə alacaq”, - deyə Ali Radanın üzvü əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video