29 Aprel 2024 19:17
303
DÜNYA
A- A+

Jerar Depardye Parisdə saxlanılıb


Məşhur fransız aktyor Jerar Depardye saxlanılıb.
Bu barədə Fransanın BFMTV telekanalı məlumat yayıb.
Bildirilib ki, aktyor bu gün səhər saatlarında Parisdə polis bölməsinə çağırılıb və barəsində saxlanılma qərarı verilib.
BFMTV qeyd edib ki, aktyor iki qadına qarşı cinsi təcavüz ittihamı ilə bağlı saxlanılıb.
Vurğulanıb ki, ilk hadisə 2014-cü ildə “Sehrbaz və siamlar” (“Magicien et les Siamois”, 2015) filminin, ikinci hadisə isə 2021-ci ildə “Yaşıl panjurlar” (“Les Volets verts”, 2022) filminin çəkiliş meydançasında baş verib. Aktyor özü bütün ittihamları rədd edir.
Trend qeyd edir ki, daha əvvəl Jerar Depardyeyə qarşı bir neçə analoji şikayətlər verilib. Ən son şikayətlərdən biri ispaniyalı jurnalist Rut Basa tərəfindən qalıdırlıb. Basanın sözlərinə görə, hadisə 1995-ci ildə, o, 23 yaşında ikən Parisdə “Cinemania” jurnalı üçün aktyordan müsahibə aldığı zaman baş verib.

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video