10 İyul 2025 09:35
5338
Səhiyyə
A- A+
Xərçəngin müalicəsində daha effektiv imkanlar yaranacaq

Xərçəngin müalicəsində daha effektiv imkanlar yaranacaq


Təhlükəli xəstəliklərdən hesab edilən xərçəng dünyada ürək-damar xəstəliklərindən sonra ən çox insan ölümünə səbəb olan sağlamlıq problemidir. Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin açıqlamasına görə, hər il dünyada təxminən 19,5 milyon insana xərçəng diaqnozu qoyulur. Mütəxəssislər diqqətli olmasaq, yaxın gələcəkdə bizi böyük bir "xərçəng fırtınası"nın gözlədiyini bildirirlər. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2050-ci ilə qədər xərçəng xəstəliyinin hər il 35 milyona çatacağını proqnozlaşdırır.

Hər il təxminən 10 milyon insanın ölümünə səbəb olan xəstəlik orqanizmdə anormal hüceyrələrin böyüməsi ilə başlayıb sürətlə digər orqanlara yayılır. Genetik meyil, artıq çəki, tütün və spirt istifadəsi, radiasiya, hava çirkliliyi, GMO-lu qidalar, kanserogen və kimyəvi maddələr xərçəngin əsas səbəbləridir.

Hazırda mütəxəssisləri narahat edən məqam isə xərçəng xəstəliyinin gənclər arasında artmasıdır. 2023-cü ildə yayımlanan genişmiqyaslı bir araşdırma 1990-2019-cu illər arasında 50 yaşdan aşağı şəxslər arasında xərçəng hallarının 79 faiz artdığını ortaya qoyub. Xüsusilə bağırsaq xərçənginin gənc yaşlarda daha çox yayılması bu mövzunun dərinləşdirilməsini zəruri edir. Bağırsaq xərçəngi hallarının artmasında işlənmiş qida və spirtin potensial rol oynadığı irəli sürülür.

ABŞ-nin Cincinnati Universiteti Xərçəng Mərkəzinin tədqiqatçısı Cordan Kharofa bu xəstəliyin yaranmasında qeyri-sağlam pəhriz, bağırsaq mikrobiomu və onların qarşılıqlı təsirinin əsas amillərdən biri ola biləcəyini bildirir. Xüsusilə həddindən artıq işlənmiş ət və spirt istehlakı, meyvə-tərəvəz qəbulunun azalması riski artırır. Bu faktorların bağırsaq bakteriyalarının hidrogen sulfid istehsalını gücləndirərək xərçəngin yaranmasına səbəb olduğu bildirilir. Bununla yanaşı, müəyyən sağlam qidalanma vərdişlərinə malik gənclərdə də bağırsaq xərçənginin müşahidə olunması xəstəliyin səbəblərinin tam anlaşıla bilmədiyini göstərir. ABŞ-nin Ümid Şəhəri Tədqiqat Mərkəzinin onkoloqu Marvan Fakih qeyd edir ki, bəzi gənclər 33 yaşında klinikaya dördüncü mərhələ bağırsaq xərçəngi ilə müraciət edirlər ki, bu da müasir diaqnostika və profilaktika səylərinin yenidən nəzərdən keçirilməsini tələb edir. Antibiotiklərin uzunmüddətli istifadəsinin də bağırsaq mikrobiomuna təsir edərək xəstəlik riskini artıra biləcəyi ehtimal olunur.

Ağciyər xərçəngi də məkrli xəstəliyin son illər artan növüdür. ÜST ağciyər xərçəngini bütün dünyada bu xəstəliklə bağlı ölümlərin ən çox görülən səbəblərindən biri kimi müəyyən edir. Xərçəngin bu növündə tütün məhsulları ən böyük risk faktoru olsa da, yeganə deyil. Belə ki, xəstəliyə yaxalanma yalnız 85 faiz halda siqaretlə bağlıdır. 

Xərçəngin inkişafı və aşkar edilə bilən səviyyələrə çatması bir gündə baş vermir. Bəzi istisnaları çıxmaqla bu proses onilliklər çəkən uzun bir "səyahət"dir. Sağlam hüceyrənin əksər orqan və ya toxumalarda xərçəngə çevrilməsi üçün yüzlərlə mutasiya baş verir, həmin hüceyrənin DNT-sində toplanır və nəzarətsiz bir şəkildə çoxalır. Bu səssiz proses bəzən 20-30, hətta 40 il çəkə bilir. Erkən mərhələdə aşkar edildikdə isə beşillik sağ qalma nisbəti 63 faizə qədər ola bilər. Ancaq gec olanda bu nisbət cəmi 8 faizə düşür. Təəssüf ki, xərçəngin yalnız dörddəbiri erkən mərhələdə aşkarlanır. Xərçəngə tutulma riski immunitet sistemi zəiflədiyi, mübarizə qabiliyyəti azaldığı üçün yaşlandıqca artır. Ən təhlükəli tərəfi isə onun simptomsuz başlamasıdır. 

Hazırda xərçəng xəstəliyini önləmədə ən böyük problem onun erkən mərhələdə aşkar edilməməsidir. Önümüzdəki illərdə bütün xərçəng növləri üçün çox erkən mərhələdə belə diaqnoz qoya bilən qoruyucu/profilaktik, inkişaf edən diaqnostik metodlar və daha rasional müalicə üsullarını tapmaq şansımız daha yüksək olacaq. Sürətli elmi-texniki inkişaf nəticəsində xərçəngin müalicəsində daha effektiv üsullar yaranacaq.

Müasir texnologiyanın həyat tərzimizdə dəyişikliklərə gətirdiyi təsirlər xəstəliyin gənc nəsil arasında artmasının mümkün səbəblərindən biri kimi qəbul edilir. Həmçinin mikroplastiklərin və sonsuz kimyəvi maddələrin insan orqanizminə daxil olaraq xərçəngin inkişafına təsir edə biləcəyi də alimlərin diqqətindədir.

Mütəxəssislər xəstəliyin qarşısını erkən mərhələdə almaq üçün araşdırmalar aparırlar. Onlar DNT və gen texnologiyasındakı böyük inkişaflar sayəsində sadə qan analizləri ilə xərçəngə səbəb olan mutasiyaları çox erkən mərhələdə aşkar edərək xərçəng taramasında yeni bir üfüq açmağın ərəfəsində olduğunu bildirirlər. İngiltərəli alimlər xərçənglə bağlı daha bir yenilik edərək prostat vəzi xərçəngini daha erkən aşkarlaya bilən tüpürcək testi hazırladıqlarını açıqlayıblar. DNT nümunəsini ehtiva edən yeni testin mövcud qan testindən daha dəqiq və sürətli olduğu açıqlanıb. Üstəlik, bu testi hər kəs evdə edə biləcək, bunun üçün tibb məntəqəsinə getməyə ehtiyac qalmayacaq. Mütəxəssislər bildiriblər ki, test həm də MRT müayinəsinin "görmədiyi" prostat vəzi xərçəngini də aşkar edəcək.

Xərçənglə mübarizədə peyvəndin də böyük vədlər verdiyi bildirilir. Peyvənd immun hüceyrələrinə şiş hüceyrəsinin necə göründüyünü "öyrədir", onların aşkarlanmasına və zərərsizləşdirilməsinə şərait yaradır. ABŞ-nin Yale Universitetinin tədqiqatçıları tərəfindən hazırlanmış peyvənd doqquz böyrək xərçəngi xəstəsini tam sağaldıb. 2019-2021-ci illər arasında xəstələrə tətbiq edilən eksperimental peyvənd əməliyyatdan sonra bədəndə qalan xərçəng hüceyrələrini hədəf alıb və onları sağlam toxumalara zərər vermədən effektiv şəkildə məhv etməyi bacarıb. Yale Xərçəng Mərkəzi və Dana-Farber Xərçəng İnstitutu tərəfindən hazırlanmış bu innovativ peyvənd hər bir xəstənin bioloji quruluşu üçün xüsusi olaraq hazırlanır. 9 xəstəyə ümumilikdə 7 doza vaksin vurulub.

Peyvənddən sonra pasiyentlərdə heç bir ciddi əlavə təsirin müşahidə edilmədiyini qeyd edən mütəxəssislər onlarda yalnız yüngül qripə bənzər simptomların olduğunu bildiriblər. Peyvənd immunitet sisteminə xərçəng hüceyrələrini tanımağa imkan verən "neoantigenlər" adlı zülal fraqmentlərindən istifadə edilməklə hazırlanıb. Üç il izlənilən pasiyentlərdə xəstəliyin geri qayıtmadığı məlum olub. Alimlər bildirirlər ki, xərçənglə mübarizə istiqamətində aparılan innovativ tədqiqatlar və əldə edilən uğurlu nəticələr xəstəliklə mübarizə sahəsində böyük bir irəliləyişə səbəb olacaq.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

2025: göygöllülər üçün abadlıq, quruculuq və festivallar ili

09:35
13 Dekabr

Goranboylular Ulu Öndərə ehtiramlarını elliklə ifadə etdilər

09:30
13 Dekabr

"Sən elə bir zirvəsən!"

09:25
13 Dekabr

ABŞ-dən tarixi qərar

09:20
13 Dekabr

D-8: Regionla əməkdaşlıq üçün gənclərin işgüzar platforması

09:15
13 Dekabr

Dövlət siyasətinin təntənəsi

09:10
13 Dekabr

Azərbaycanın qlobal humanitar diplomatiyasının növbəti uğurları

09:05
13 Dekabr

Qərbi Avropa Cənubi Qafqazda nə itirib

09:00
13 Dekabr

Azərbaycan-Slovakiya əməkdaşlığı

08:55
13 Dekabr

Cənubi Qafqazda barış və etimad quruculuğu dövrü

08:50
13 Dekabr

Ulu Öndər xalqımızın qəlbində əbədi yaşayacaq

08:45
13 Dekabr

Milli maraqları qətiyyətlə təmin edən çoxvektorlu xarici siyasət kursu

08:40
13 Dekabr

Müasir Azərbaycan dövlətçiliyinin memarı

08:35
13 Dekabr

Xalqımıza misilsiz xidmət nümunəsi

08:30
13 Dekabr

Heydər Əliyev Fondu Ümummilli Liderin ideyalarını fəaliyyətində rəhbər tutur

08:25
13 Dekabr

Azərbaycan-Slovakiya münasibətləri yüksələn xətlə inkişaf edir

08:20
13 Dekabr

Gəncəlilər və samuxlular Ulu Öndərin anım gününü qeyd ediblər

08:15
13 Dekabr

Zəfər ordusunun təməl müəllifi

08:10
13 Dekabr

Müstəqil Azərbaycan Ulu Öndərin, azad Qarabağ isə İlham Əliyevin əsəridir

08:05
13 Dekabr

Milli-mənəvi dəyərlərə sadiqlik örnəyi

08:00
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!