13 Dekabr 2025 08:10
304
SİYASƏT
A- A+
Zəfər ordusunun təməl müəllifi

Zəfər ordusunun təməl müəllifi


İllərdən, əsrlərdən bəri yaşanmış və qazanılmış tarixi təcrübə göstərir ki,  xalqın milli-mənəvi irsini, qan yaddaşını, kimliyini, özünəməxsusluğunu gələcək nəsillərə ötürmək, suverenliyinə, ərazi bütövlüyünə qovuşdurmaq, ən ümdəsi isə müstəqilliyini qoruyub saxlamaq kimi çox çətin missiyalar fenomenal şəxsiyyətlərin fəaliyyəti ilə bağlıdır.

Azərbaycan xalqının, Azərbaycan dövlətinin qurtuluşu, tərəqqisi də xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın hərtərəfli inkişafına böyük töhfələr verərək onun gələcək strategiyasını müəyyənləşdirmişdir.

1991-ci ilin sonlarında müstəqilliyini bərpa edən Azərbaycan mürəkkəb ictimai-siyasi vəziyyətlə üz-üzə qalmışdı. Ali Sovet Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılması barədə müvafiq qərar qəbul etsə də, müstəqilliyin ilk illərində başqa sahələrlə yanaşı, ordu quruculuğu istiqamətində də inamlı addımlar atılmırdı. Ciddi qüsurlara yol verilir, ordunun yaranması haqqında qəbul edilmiş qərarlar kağız üzərində qalırdı. Həmin dövrdə hakimiyyətdə olanların yaratdığı mürəkkəb vəziyyət, cəmiyyətdə hökm sürən xaos, özbaşınalıq, hərc-mərclik müstəqilliyimizi təhlükə altında qoyurdu. Ölkədə yaranmış vəziyyətdən istifadə edən erməni separatçıları təkcə Qarabağa deyil, Ermənistanla həmsərhəd olan bölgələrə də hücum çəkərək torpaqlarımızı işğal edirdilər. Evləri yandırır, kəndləri ələ keçirir, azərbaycanlıları doğma ocaqlarından didərgin salırdılar. Həmin dövrdə yaradılmış ayrı-ayrı silahlı birləşmələr isə separatçılarla döyüşmək əvəzinə müxtəlif qrupların maraqlarına xidmət edirdilər.

Qarşısı alınmadığına görə hadisələr getdikcə gərgin xarakter alırdı. 1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başqa sahələrlə yanaşı, ordu quruculuğu istiqamətində də mühüm addımlar atıldı. Ayrı-ayrı silahlı birləşmələr ləğv edildi, vahid komandanlığa tabe olan hərbi hissələr yaradıldı. Bundan sonra ordu quruculuğu daha da sürətləndi. Ulu Öndərin uğurla həyata keçirdiyi siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəlməsinə, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı.

Ümummilli Lider yalnız müstəqillik illərində deyil, keçmiş ittifaqın qadağalarının hökm sürdüyü 1969-cu ildə hakimiyyətə gələndə də Azərbaycanda hərbi kadrların hazırlanması prosesinə böyük önəm vermişdir. Ulu Öndərin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır. O zaman bu qərarı vermək böyük cəsarət tələb edirdi. Sonralar həmin illəri xatırlayan Ulu Öndər deyirdi: "Biz Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ilk bünövrə daşlarını qoyanda o bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə, Azərbaycanın gələcəyinə baxış idi. Azərbaycanın milli zabit kadrlarının hazırlanması üçün ilk uğurlu addımlar idi. Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığına qovuşacaq, öz dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaq. Yarandı da. Məhz bugünkü müstəqilliyimizə görə mən bu məktəbi yaratdım, yaşatdım, böyütdüm. Bilirsiniz, sizə səmimi deyirəm, C.Naxçıvanski adına lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram və nə qədər yaşayıramsa, ona bax, bu cür baxacağam".

Heydər Əliyevin uğurla həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin əsasını qoyduğu milli dövlətçilik düşüncəsi müstəqil Azərbaycan dövlətinin yaradılması ilə reallığa çevrildi. Ümummilli Liderin böyük fədakarlıqları hesabına ata-babalarımızın qurub-yaratdığı dövlətin sarsılmazlığı, demokratik yüksəlişi, müstəqilliyinin əbədiliyi təmin olundu. Ulu Öndərin Azərbaycanın sosial-iqtisadi, siyasi, hərbi və mədəni yüksəlişi üçün həyata keçirdiyi tədbirlər milli şüurun oyanışına təkan verdi.

Azərbaycanın qarşılaşa biləcəyi çətinlikləri böyük uzaqgörənliklə əvvəlcədən hiss edib proqnozlaşdıran Ümummilli Lider Heydər Əliyev zamanı qabaqlayaraq ölkəmizin sürətli və davamlı inkişafı, strateji maraqlarının təmin olunması üçün zəruri və qəti addımlar atdı. Ulu Öndər dövlətin suverenliyinin və ərazi bütövlüyünün təminatçısı olan ordu quruculuğuna böyük önəm verdi. Vahid komandanlıq sisteminə əsaslanan nizami və mütəşəkkil, müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı bir təhlükənin qarşısını almağa qadir və hazır olan ordu yaratmağa başladı.

Ümummilli Lider Azərbaycan Ordusunu və onun formalaşması prosesini daim diqqət mərkəzində saxlayırdı. Apardığı məqsədyönlü, qətiyyətli siyasət, eləcə də göstərdiyi diqqət və qayğı nəticəsində qısa müddətdə nizami Silahlı Qüvvələrin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü, hərbi hissə və birləşmələrdə intizam möhkəmləndirildi. Eyni zamanda dövlətin və cəmiyyətin orduya münasibəti kökündən dəyişdi, gənclər böyük həvəslə ali hərbi məktəblərə və orduya axışdı.

Azərbaycanda ali hərbi məktəblər sisteminin təkmilləşdirilməsi, onun tədris prosesinin NATO-ya üzv olan ölkələrin hərbi təhsil sisteminə uyğun olaraq qurulması müsbət nəticələr verdi.  Aparılan islahatlar nəticəsində Azərbaycan Ordusu ciddi, hazırlıqlı, vətənpərvər zabit kadrları ilə təchiz edildi, maddi-texniki bazası daha da möhkəmləndirildi. Dövlətçiliyi və hərbi andı uca tutan, həyat amalı hesab edən, hərbçi olmağı özünə şərəf bilən zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi istiqamətində də səmərəli addımlar atıldı. Silahlı Qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı.

Ulu Öndər Heydər Əliyev Azərbaycan Ordusunun təşkilatlanmasını, qurulmasının böyük qüvvəyə çevrilməsini məmnunluqla qeyd edərək demişdir: "1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində Milli Ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Hazırda Azərbaycanın Silahlı Qüvvələri müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordudur. Milli Ordumuz müstəqil dövlətimizin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısıdır".

Qısa zamanda Azərbaycan Ordusunun bölgənin ən güclü silahlı qüvvəsinə çevrilməsinin başlıca səbəbi Heydər Əliyevin onu daim diqqət mərkəzində saxlaması, ordu quruculuğuna rəhbərlik etməsi idi. Azərbaycanın müstəqilliyinə, xalqının milli maraqlarına ürəkdən bağlı olan Ulu Öndər ordu quruculuğu prosesinin gedişini böyük incəlik və dəqiqliklə müəyyənləşdirmiş və sonda müqəddəs məqsədinə nail olmuş, güclü və qüdrətli, düşmən üzərində Zəfər qazanmağa qadir olan ordunun təməlini qoymuşdur.

Ulu Öndər Heydər Əliyev tərəfindən 1993-cü ildə başladılan ordu quruculuğu istiqamətində aparılan islahatlar sonrakı illər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Dünyanın ən güclü orduları sırasında layiqli yer tutan ordumuz özünü beynəlxalq aləmə qalib ölkənin qalib ordusu kimi tanıtdı. Əsasını Ümummilli Lider Heydər Əliyevin qoyduğu ordumuz 30 il həsrətini çəkdiyimiz  Qarabağı, eləcə də işğal olunmuş başqa bölgələrimizi 44 gün davam edən İkinci Qarabağ müharibəsində Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi altında erməni işğalçılarından azad etdi. Ermənistan silahlı qüvvələri darmadağın olundu.

 2020-ci il dekabrın 10-da keçirilən Azərbaycan Ordusunun Zəfər paradında Prezident, Müzəffər Ali Baş Komandan bununla bağlı demişdir: "Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir "dəmir yumruq" yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim "dəmir yumruğ"umuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu "dəmir yumruq" düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi".

 

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqı ilə MERCOSUR arasında azad ticarət sazişi imzalanıb  

23:41
17 Yanvar

Müasir İncəsənət Muzeyində "Qeyzer" adlı müasir incəsənət sərgisinin açılışı olub  

23:03
17 Yanvar

Ukrayna Rusiyanın hava hücumundan müdafiə vasitələrini və dron anbarını vurub  

20:16
17 Yanvar

Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə görüşüb  

19:46
17 Yanvar

Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

19:33
17 Yanvar

Serdar Ünsal: Azərbaycan xalqı müstəqilliyin əldə olunmasında iradə nümayiş etdirib  

19:25
17 Yanvar

ABŞ konqresmenləri Danimarka və Qrenlandiyaya dəstək verdiklərini bəyan ediblər  

19:03
17 Yanvar

Sabah Səudiyyə Ərəbistanında çoxmillətli hərbi təlimlərə start verilir  

18:51
17 Yanvar

Alman mediası Azərbaycan qazının Almaniya və Avstriya bazarına ixracına geniş yer verib  

18:27
17 Yanvar

Pediatr: Antibiotiklərin səbəbsiz istifadəsi uşağın immun sisteminə mənfi təsir göstərir  

18:13
17 Yanvar

Vitali Kliçko: Kiyevdə 6000 evin istilik problemi həll edilib  

17:49
17 Yanvar

CAR mətbuatında “Azərbaycan 20 Yanvar faciəsinin 36-cı ildönümünü qeyd edir” adlı məqalə dərc edilib  

17:43
17 Yanvar

Suriyanın Əl-Məşrəfa kəndi qaçaqmalçılıq mərkəzindən turizm məkanına çevrilib  

17:01
17 Yanvar

ABŞ Prezidenti Türkiyə Prezidentini Qəzza Sülh Şurasında təsisçi üzv olmağa dəvət edib  

16:23
17 Yanvar

Afrikanın cənubunda daşqınlar nəticəsində 200-dən çox insan ölüb  

15:49
17 Yanvar

Suriya ordusu Hələbin şərqindəki Deyr Hafir şəhərini nəzarətə alıb  

15:11
17 Yanvar

Nizami rayonunda hüquqi yardım aksiyası keçirilib

14:45
17 Yanvar

Səudiyyə Ərəbistanının nüfuzlu “əl-Cəzirə” qəzetində 20 Yanvar faciəsi barədə məqalə dərc olunub  

14:38
17 Yanvar

WUF13 tədbiri üzrə media nümayəndələrinin akkreditasiyasına start verilib  

14:31
17 Yanvar

Mütəxəssis: Qarın yağması taxıl əkinləri üçün çox əhəmiyyətlidir  

13:42
17 Yanvar

Bakıda sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacaq - PROQNOZ  

13:25
17 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!