13 Dekabr 2025 09:25
134
CƏMİYYƏT
A- A+
"Sən elə bir zirvəsən!"

"Sən elə bir zirvəsən!"


Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Lənkəran şəhərində "Sən elə bir zirvəsən!" adlı fotosərgi keçirilib. Şəhər icra hakimiyyəti  və Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbir Ulu Öndərin abidəsinin ziyarəti ilə başlamışdır.

Tədbirdə çıxış edən ŞİH-in başçısı Taleh Qaraşov bildirib ki, Heydər Əliyev Azərbaycan tarixində yalnız böyük dövlət xadimi kimi yox, həm də xalqına sevgi və sədaqət nümunəsi ilə iz qoyub: "Onun müdrikliyi, qətiyyətli siyasi iradəsi və yorulmaz zəhməti sayəsində Azərbaycan dövlətçiliyinin təməlləri möhkəmlənib, ölkəmiz çətin sınaqlardan alnıaçıq və üzüağ çıxıb. 1990-cı illərin ağır, taleyüklü günlərində xalqın təkidli tələbi ilə Ulu Öndərin hakimiyyətə qayıdışı Azərbaycanı parçalanma təhlükəsindən xilas edib, sabitlik və inkişafın bünövrəsini qoyub. Bu gün iqtisadiyyatımızın, ordu qüdrətimizin, beynəlxalq nüfuzumuzun əsasını məhz onun uzaqgörən siyasəti formalaşdırıb".

T.Qaraşov qeyd edib ki, Ulu Öndərin ən böyük arzusu azad, güclü, müasir Azərbaycan idi və bu gün əsası onun özü tərəfindən qoyulan müstəqil Azərbaycan dövlətinin bütün sahələr üzrə dayanıqlı və əsaslı inkişafı, bu strategiyanın isə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Heydər Əliyev ideyalarının əbədi yaşarlığının ən böyük sübutudur.

Milli Məclisin deputatı Fariz İsmayılzadə də çıxışında bildirib ki, Ulu Öndər Azərbaycan tarixinin ən parlaq şəxsiyyətlərindən biridir və onun dövlətçilik təfəkkürü, siyasi iradəsi, xalqına olan sonsuz sevgisi hər bir azərbaycanlı üçün, o cümlədən gənclərimiz üçün nümunədir. Sərginin təşkil olunmasında və arxiv materiallarının bir araya gətirilməsində əsas məqsədin lənkəranlı gəncləri Ümummilli Liderin Lənkərana olan səfərləri ilə tanış etmək, onlara yeni ilham və motivasiya vermək olduğunu deyən F.İsmayılzadə  bildirib ki, nümayiş olunan hər bir foto Ulu Öndərin xalqa xidmət yolunu, onun prinsipiallığını, dövlətə bağlılığını və son nəfəsinə qədər Azərbaycan uğrunda çalışmasını əks etdirir.

Tədbirin bədii hissəsində şagirlərin ifasında Ümummilli Lider Heydər Əliyevə həsr olunan şeir və musiqilər səsləndirilib. Sonra tədbir iştirakçıları Hacıağa Səlimovun lentə aldığı Ümummilli Lider Heydər Əliyevin Lənkərana səfərlərini özündə əks etdirən fotolardan ibarət sərgiylə tanış olublar.

Həmin gün Lənkəran Şəhər İcra Hakimiyyətinin, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə  "Gənclərin inkişafında Heydər Əliyev irsinin rolu" mövzusunda forum keçirilib. Forumda panel müzakirələrdən sonra gəncləri maraqlandıran suallar cavablandırılıb. 


Seyran CAVADOV,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti cüzi bahalaşıb

10:48
13 Dekabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

10:47
13 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:47
13 Dekabr

İraqın keçmiş prezidenti BMT-nin qaçqınlar üzrə ali komissarı seçilib  

10:43
13 Dekabr

Polad Bülbüloğlu: Heydər Əliyevin adı və obrazı həmişə mənimlə olacaq  

10:42
13 Dekabr

Mixail Qusman: Heydər Əliyev xalqın etibar etdiyi lider idi  

10:41
13 Dekabr

Londonda Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib  

10:09
13 Dekabr

Aİ Rusiyanın dondurulmuş aktivlərinin geri qaytarılmamasına dair qərar qəbul edib  

10:01
13 Dekabr

"Ötən günlərimi qaytaraydılar..."

09:55
13 Dekabr

Bilmək istəyirəm

09:53
13 Dekabr

Masallıda "Məkr və məhəbbət"

09:50
13 Dekabr

Şirvanda payız-qış mövsümünə hazırlıq müzakirə olunub

09:47
13 Dekabr

Qarabağın qurucularına sertifikatlar təqdim edilmişdir

09:40
13 Dekabr

XİN: Çernomorsk limanına hücum nəticəsində türk şirkətinə məxsus gəmi zərər görüb  

09:38
13 Dekabr

2025: göygöllülər üçün abadlıq, quruculuq və festivallar ili

09:35
13 Dekabr

Goranboylular Ulu Öndərə ehtiramlarını elliklə ifadə etdilər

09:30
13 Dekabr

"Sən elə bir zirvəsən!"

09:25
13 Dekabr

ABŞ-dən tarixi qərar

09:20
13 Dekabr

D-8: Regionla əməkdaşlıq üçün gənclərin işgüzar platforması

09:15
13 Dekabr

Dövlət siyasətinin təntənəsi

09:10
13 Dekabr

Azərbaycanın qlobal humanitar diplomatiyasının növbəti uğurları

09:05
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!