13 Dekabr 2025 09:35
450
İQTİSADİYYAT
A- A+
2025: göygöllülər üçün abadlıq, quruculuq və festivallar ili

2025: göygöllülər üçün abadlıq, quruculuq və festivallar ili


Həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, cəlb edilən investisiyaların həcminin artması regionların inkişafını da sürətləndirmiş, xüsusən kənd və qəsəbələrin abadlaşdırılmasına təkan vermişdir.

Bu baxımdan Göygöl rayonu da istisna deyil. Cari ilin göstəricilərinə nəzər salanda da aydın olur ki, rayonda ən çox diqqət yetirilən sahə abadlıq və quruculuq işləri olmuşdur və həmin işlər bu gün də səngimir. RİH başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arzu Qocayev deyir ki, 2025-ci il rayon sakinləri üçün yaddaqalan olacaq. Yenidənqurma və abadlıq sahəsində başlanan işlərin çox hissəsi artıq yekunlaşmış, bir çox işə isə start verilmişdir. Öyrəndik ki, şəhərdə görülmüş  abadlıq işləri çərçivəsində Heydər Əliyev  xiyabanında  cari  təmir  işləri  aparılmış,  o cümlədən səki daşları yenilənmiş, yeni  gül  dibçəkləri quraşdırılmış, işıq dirəkləri  yenilənmiş və yeni dekorativ ağaclar əkilmişdir.  Bundan başqa, şəhərin  mərkəzi küçələrindəki evlərin fasadlarında əsaslı təmir işləri görülmüş, su  arxları  və  səkilər  təmir  edilmişdir. Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun kənarında yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin fasad hissələri də təmir olunmuş,  yararsız dam örtükləri dəyişdirilmişdir. Şəhidlər xiyabanında da əsaslı təmir işləri aparılmışdır - səki daşları yenilənmiş, bayraq dirəyi ucaldılmış, yaşıllıqlar salınmış və müasir işıqlandırma sistemi quraşdırılmışdır.

Bunlardan başqa, ekoloji  tarazlığın  qorunub  saxlanması üçün  şəhərdaxili  küçələrə,  park  və  xiyabanlara  ağaclar,  çiçək  və  gül  kolları  əkilmişdir. İl ərzində rayon ərazisində təxminən 6 hektar ərazidə 10 minə yaxın ağac əkilmiş, mövcud  yaşıllıqlara vaxtlı-vaxtlı aqrotexniki qulluq  göstərilmişdir. 

Yollara gəldikdə, Göygöl-Topalhəsənli-Şəhriyar-Zurnabad-Gəncə-Mollacəlilli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Prezidentin sərəncamına əsasən, 2 min nəfər əhalinin yaşadığı yaşayış məntəqələrini birləşdirən yolun əsaslı təmirinə başlanmışdır. Göygöl şəhərində də bir sıra küçə və yollar əsaslı təmir edilmiş,  ümumilikdə  11380  kvadratmetr  yol  və  səkilərə yeni asfalt  örtüyü  salınmışdır. Bundan əlavə, Göygöl şəhərinin küçə, meydan və dalanlarında 2 min kvadratmetr yararsız asfalt örtüyündə təmir-bərpa işləri aparılmışdır. Heydər Əliyev adına mədəniyyət və istirahət parkında isə "AzerGold" QSC-nin təşkilatçılığı ilə interaktiv kitab köşkü quraşdırılaraq  oxucuların istifadəsinə verilmişdir.

Görülən işlər çərçivəsində əhalinin kommunal xidmətlərə olan ehtiyacını təmin etmək üçün kompleks tədbirlər də unudulmamışdır. Ən əsası odur ki, göygöllülər fasiləsiz  olaraq  elektrik  enerjisi,  su,  təbii  qaz və GPON  texnologiyası  üzərindən  yeni, sürətli internetlə təmin edilmişlər. Suvarma sahəsi üzrə isə 8 subartezian quyusu əsaslı təmir olunmuş, "Xanarx" kanalının betonlama işlərinə başlanılmışdır. Quşqara kəndinə gələn qapalı boru su xəttinin 1000 metr hissəsi də yüksəktəzyiqli boru ilə əvəzlənir. Artıq işlərin yarısı yekunlaşmışdır. 

Sakinlərin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması üçün isə yeni tikilmiş elektrik yarımstansiyasına SIP3 kabellə 110 kilovoltluq yeni elektrik xətti çəkiliir. Bundan savayı, Göygöl-Toğanalı avtomobil yolunun kənarındakı 100 beton dayaq metal dayaqla əvəz olunmuş, 35 kilovoltluq Çiçəkli hava elektrik xəttinin 2 kilometr hissəsinin yeraltı kabel xəttinə keçirilməsi işlərinə başlanmışdır.

Toğanalıdan söz düşmüşkən onu da qeyd edək ki, kənd ərazisində "Heaven Resort & Hotel" hoteli istifadəyə verilmişdir. Eyni vaxtda 150 qonaq qəbul etmək imkanı olan 48 nömrədən ibarət bu turizm obyektində hər cür şərait yaradılmışdır.  Hotel unikal təbiət mənzərəsi və təmiz atmosferi ilə qonaqların diqqətini cəlb edir. Müəssisənin bir üstünlüyü də Göygöl Milli Parkına yaxın olmasıdır. Turizm mərkəzində 21 nəfər daimi iş yeri ilə təmin olunmuşdur.

Söz ki turizmdən düşdü, avqust ayında rayonun Yeni Zod kəndi ərazisində keçirilən IV Milli Yaylaq Festivalını xatırlatmamaq insafsızlıq olardı. Festivalın davam etdiyi 3 gün ərzində 285 minə yaxın turist "Xan yurdu", "Cıdır meydanı", "Yaylaq bazarı", "Sənətkarlıq guşəsi", "Dədə Qorqud ocağı", "Pəhləvan meydanı", "Aşıq Ələsgər ocağı", "Yaylaq süfrəsi" və digər tematik sahələrlə tanış olmuşdur.

Elə həmin ay Keşkü kəndi ərazisində keçirilən II Moruq Festivalına isə 61 mindən çox qonaq qatılmışdır. Festival çərçivəsində təşkil edilən moruq və digər kənd təsərrüfatı məhsullarından ibarət yarmarka, sənətkarların əl işləri, folklor və idman tədbirləri, rəqs və mahnı proqramları, kamp ərazisi, eləcə də maraqlı müsabiqələr tədbiri daha rəngarəng etmişdir.

Oktyabrda keçirilən "Göygöl Brendi-Konyak Günü" də yaddaqalan olmuşdur. 2500-dən çox qonağın iştirak etdiyi tədbirin açılış hissəsində Almaniya, İsveç, Latviya, Avstriya, İsveçrənin Azərbaycandakı səfirləri və digər rəsmi qonaqlar iştirak etmişlər. Tədbirdə müxtəlif konyak və üzüm məhsullarının təqdimatı, dequstasiyası və satış yarmarkalarının təşkili, içki istehsalı üzrə ustad dərsləri və brend üzrə peşəkar yarışlar keçirilmiş, tədbir iştirakçıları üçün zövqlü musiqi proqramları, klassik musiqi axşamları, milli mətbəx guşələri, əl işləri sərgiləri təşkil olunmuşdur.


Sabir ƏLİYEV,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqı ilə MERCOSUR arasında azad ticarət sazişi imzalanıb  

23:41
17 Yanvar

Müasir İncəsənət Muzeyində "Qeyzer" adlı müasir incəsənət sərgisinin açılışı olub  

23:03
17 Yanvar

Ukrayna Rusiyanın hava hücumundan müdafiə vasitələrini və dron anbarını vurub  

20:16
17 Yanvar

Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə görüşüb  

19:46
17 Yanvar

Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

19:33
17 Yanvar

Serdar Ünsal: Azərbaycan xalqı müstəqilliyin əldə olunmasında iradə nümayiş etdirib  

19:25
17 Yanvar

ABŞ konqresmenləri Danimarka və Qrenlandiyaya dəstək verdiklərini bəyan ediblər  

19:03
17 Yanvar

Sabah Səudiyyə Ərəbistanında çoxmillətli hərbi təlimlərə start verilir  

18:51
17 Yanvar

Alman mediası Azərbaycan qazının Almaniya və Avstriya bazarına ixracına geniş yer verib  

18:27
17 Yanvar

Pediatr: Antibiotiklərin səbəbsiz istifadəsi uşağın immun sisteminə mənfi təsir göstərir  

18:13
17 Yanvar

Vitali Kliçko: Kiyevdə 6000 evin istilik problemi həll edilib  

17:49
17 Yanvar

CAR mətbuatında “Azərbaycan 20 Yanvar faciəsinin 36-cı ildönümünü qeyd edir” adlı məqalə dərc edilib  

17:43
17 Yanvar

Suriyanın Əl-Məşrəfa kəndi qaçaqmalçılıq mərkəzindən turizm məkanına çevrilib  

17:01
17 Yanvar

ABŞ Prezidenti Türkiyə Prezidentini Qəzza Sülh Şurasında təsisçi üzv olmağa dəvət edib  

16:23
17 Yanvar

Afrikanın cənubunda daşqınlar nəticəsində 200-dən çox insan ölüb  

15:49
17 Yanvar

Suriya ordusu Hələbin şərqindəki Deyr Hafir şəhərini nəzarətə alıb  

15:11
17 Yanvar

Nizami rayonunda hüquqi yardım aksiyası keçirilib

14:45
17 Yanvar

Səudiyyə Ərəbistanının nüfuzlu “əl-Cəzirə” qəzetində 20 Yanvar faciəsi barədə məqalə dərc olunub  

14:38
17 Yanvar

WUF13 tədbiri üzrə media nümayəndələrinin akkreditasiyasına start verilib  

14:31
17 Yanvar

Mütəxəssis: Qarın yağması taxıl əkinləri üçün çox əhəmiyyətlidir  

13:42
17 Yanvar

Bakıda sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacaq - PROQNOZ  

13:25
17 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!