02 Dekabr 2025 09:00
4143
Səhiyyə
A- A+
Ağciyərin səssiz qatili

Ağciyərin səssiz qatili


Xroniki Obstruktiv Ağciyər Xəstəliyi (XOAX) artıq təkcə tibbi termin deyil, milyonlarla insanın həyatını alt-üst edən, ailələri sarsıdan, iş qabiliyyətini azaldan və vaxtından əvvəl ölümlərə yol açan qlobal bir təhlükədir. Statistikalar bu təhlükənin miqyasını açıq şəkildə göstərir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada hər 8 saniyədə bir insan XOAX-dan həyatını itirir. Bu gün dünyada 40 yaşdan yuxarı insanların təxminən 10 faizi ağciyər xəstəliyindən əziyyət çəkir. 2050-ci ilə qədər isə xəstələrin sayının 600 milyona çatacağı proqnozlaşdırılır. Dünyada üçüncü əsas ölüm səbəbi kimi qeydə alınan xəstəliklə bağlı vəziyyət xüsusilə siqaret istifadəsinin geniş yayıldığı ölkələrdə daha dramatikdir.

Tədqiqatlar göstərir ki, XOAX illər ərzində gizlicə irəliləyir, ilkin əlamətlər çox zaman "siqaretin təsiri", "yaşın gətirdiyi yorğunluq" kimi qəbul edilir və beləliklə, xəstəlik məkrli şəkildə güclənir. Ağciyər funksiyasını sürətlə azaldan xəstəlik həyat keyfiyyətini təkcə fiziki olaraq deyil, psixoloji olaraq da zəiflədir. Nəfəs darlığı, adi hərəkət zamanı çətinlik, gücsüzlük, bəlğəm, öskürək və yorğunluq - bütün bunlar xəstənin gündəlik həyatını alt-üst edir. Bu mübarizədə ən böyük silah isə yalnız müalicə deyil, eyni zamanda maariflənmə, vaxtında diaqnoz qoyulması və həyat tərzi dəyişiklikləridir.

 

Xəstəliyin əlamətləri: öskürək, təngnəfəslik, yorulma

 

Üç aydan çox davam edən öskürək, səhərlər artan bəlğəm, pilləkən qalxarkən nəfəsin çatmaması, tez-tez yorulma, sinə sıxılması və xırıltı Xroniki Obstruktiv Ağciyər Xəstəliyinin ilk əlamətləri olsa da, çox vaxt ciddi qəbul edilib nəzərə alınmır. Bu simptomlar adi soyuqlama və ya yaşlanmanın nəticəsi kimi qiymətləndirildiyi üçün xəstəlik irəliləyir, ağciyərin elastikliyi azalır və nəfəs yolları geri dönüşü olmayan şəkildə daralır. Nəticədə oksigen terapiyasına, xüsusi nəfəs cihazlarına və həkim nəzarətinə ehtiyac yaranır.

Tütün məmulatları, elektron siqaret və nargilə tənəffüs yollarının daimi zədələnməsinə səbəb olur. Xroniki Obstruktiv Ağciyər xəstələrinin təxminən 80 faizi siqaret çəkənlər və ya uzun müddət passiv tüstüyə məruz qalanlardır. Lakin təhlükə təkcə tütündən ibarət deyil. Mütəxəssislər bildirirlər ki, XOAX-ın yaranmasına səbəb olan faktorlardan bəziləri toplum tərəfindən çox vaxt nəzərə alınmır. Xüsusən böyük şəhərlərdə zərərli qazlar və sənaye tullantıları ağciyərlərin dərin qatlarına qədər gedərək uzunmüddətli iltihab yaradır. Tikinti, mədən, metal, kimya, tekstil, boya sexləri, çörək zavodları kimi yerlərdə toz və kimyəvi maddələrə məruz qalmaq xəstəlik riskini qat-qat artırır. Bu sahələrdə işləyən minlərlə insan heç bir simptom hiss etmədən xəstəliyin toxumalarını illərlə özündə daşıyır. Kənd yerlərində odun, kömür və ya digər yanacaq növlərinin istifadəsi zamanı qapalı mühitdə yaranan tüstü də ağciyərlərdə mikro səviyyədə zədələnmələr yaradır.

Uşaqlıqda tez-tez bronxit, sətəlcəm keçirənlər, aşağı çəki ilə doğulanlar və inkişaf dövründə tənəffüs yolu infeksiyalarına məruz qalanlar risk qrupuna daxildirlər. "Alfa-1 antitripsin çatışmazlığı" adlı nadir genetik pozğunluq siqaret çəkməyən insanlarda belə XOAX-ın yaranmasına səbəb ola bilər. Son illərdə artan allergik rinit, astma, atopik dermatit kimi xəstəliklər də Xroniki Obstruktiv Ağciyər Xəstəliyinin inkişafını sürətləndirə bilər. Sadalanan bütün bu risk faktorları bir araya gələndə XOAX artıq sadəcə ağciyər problemi olmur - o, cəmiyyətin həyat tərzi ilə birbaşa bağlı olan genişmiqyaslı bir sağlamlıq böhranına çevrilir.

 

Erkən mərhələdə aşkarlanarsa...

 

XOAX xroniki bir xəstəlik olsa da, onunla yaşamaq mümkündür. Yetər ki, vaxtında diaqnoz qoyulsun və müalicə düzgün aparılsın. Bu xəstəlikdə ən önəmli addım siqareti tərgitməkdir. Bu addım təkcə xəstəliyin irəliləməsini yavaşlatmır, bəzən ağciyərin zədələnmə sürətini də 50 faizədək azalda bilir.

Mütəxəssislərin fikrincə, xəstəliyin müalicəsində üç əsas istiqamət var. Bunlardan ilki yaşam tərzi dəyişiklikliyidir. Aktiv/passiv siqaret tüstüsündən uzaq durmaq, hava çirkliliyinin yüksək olduğu günlərdə çölə çıxmamaq, tozlu və kimyəvi mühitlərdə xüsusi maskalar taxmaq, rütubətli, soyuq havalarda uzun müddət açıq havada qalmamaq, nizamlı şəkildə nəfəs məşqləri etmək və mütəmadi fiziki aktivlik sizi xəstəliyin ağırlaşmalarından əhəmiyyətli dərəcədə qoruyur. Pulmonoloqlar bildirirlər ki, fiziki aktivlik bu xəstələr üçün adi bir idman proqramından daha artıqdır. O, ağciyərin zədələnməmiş hissəsinin güclənməsi üçün vacibdir. Gündəlik kiçik yürüşlər belə nəfəs darlığını azalda bilir.

Araşdırmalar göstərir ki, qidalanma Xroniki Obstruktiv Ağciyər xəstələrinin vəziyyətinə birbaşa təsir edir. Həddindən artıq çəki nəfəs darlığını artırır, az çəki isə əzələ kütləsini zəiflədir və xəstəliyin gedişatını ağırlaşdırır. Ona görə də zülalla zəngin, təzə meyvə-tərəvəzlərlə balanslaşdırılmış, duzu məhdudlaşdırılmış pəhriz tövsiyə olunur. Bol maye qəbulu bəlğəmin daha rahat xaric olmasına şərait yaradır.

XOAX erkən mərhələdə aşkarlanarsa, xəstənin həyat keyfiyyəti kəskin şəkildə yaxşılaşa bilər. Bunun üçün ən etibarlı test ağciyər funksiyasını ölçən spirometriyadır. Mütəxəssislərin fikrincə, qrip və pnevmoniya peyvəndləri XOAX hücumlarını və xəstəxanaya yerləşdirilmə risklərini əhəmiyyətli dərəcədə azaldır. Hər bir hücum ağciyər funksiyasını bir daha bərpa edilməyəcək şəkildə zəiflədir. Bu səbəbdən profilaktika ən güclü müalicə hesab olunur. Xəstəliyin ən qorxulu tərəfi onun gec aşkarlanmasıdır. Əgər insanlar öskürəyi, bəlğəmi və nəfəs darlığını yaşlanmanın və ya siqaretin adi təsiri kimi qiymətləndirməsələr, xəstəliyin qarşısı daha erkən mərhələdə alına bilər.

Bu gün Xroniki Obstruktiv Ağciyər Xəstəliyi ilə mübarizədə əsas məsuliyyət həm fərdin, həm də cəmiyyətin üzərinə düşür. Siqaretin tərgidilməsi, havanın təmiz saxlanılması, peşə təhlükəsizliyinin təmin edilməsi, vaxtında aparılan müayinələr və maarifləndirici fəaliyyətlər yüz minlərlə insanın həyatını dəyişdirə bilər.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zelenski: Ukrayna 2026-2027-ci illər üçün Rusiyanın planlarını ehtiva edən sənədləri əldə edib  

01:28
03 Mart

"Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:49
03 Mart

Gəncə şəhərində yerləşən Cümə məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında

00:49
03 Mart

"Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:48
03 Mart

"Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə

00:47
03 Mart

"Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 359-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:46
03 Mart

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında

00:45
03 Mart

“Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 

00:43
03 Mart

Azərbaycan qazaxıstanlıların İrandan evakuasiyasına kömək edir

23:44
02 Mart

Avropa çempionatı: Azərbaycan seçmə mərhələdə Şimali Makedoniyaya uduzub  

22:41
02 Mart

Ramin Məmmədov: Türkiyə-Azərbaycan birliyi dünyada strateji güc kimi tanınır

22:23
02 Mart

Türkiyənin hakim partiyası: İrana zərbələr beynəlxalq hüququn normalarına ziddir  

21:01
02 Mart

Azərbaycan və İordaniya XİN başçılarının telefon danışığında Yaxın Şərqdə artan gərginlik əsas mövzu olub  

20:49
02 Mart

Ukrayna ordusu bir sıra yaşayış məntəqələrini azad edib  

20:41
02 Mart

Nazir: Ankara enerji bazarlarında sabitliyin qorunmasına çalışır

20:31
02 Mart

Azərbaycanın kosmik sənayesi ilk dəfə Barselonada keçirilən sərgidə təmsil olunur  

19:53
02 Mart

İrandan təxliyə: 100-dən çox xarici vətəndaş Azərbaycan sərhədindən keçib 

19:08
02 Mart

“Əmək bazarı” İşçi qrupu aktiv əmək bazarı proqramlarının genişləndirilməsini araşdırıb  

19:06
02 Mart

Pit Heqset: Hazırda İran ərazisində Amerika ordusu yoxdur

18:43
02 Mart

Zelenski: Rusiya Ukraynaya qarşı yeni hücum dalğası hazırlayır

18:37
02 Mart

Dmitri Peskov: Moskva İran ətrafındakı gərginlikdən məyusdur

18:28
02 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!