13 Dekabr 2025 08:25
180
SİYASƏT
A- A+
Heydər Əliyev Fondu Ümummilli Liderin ideyalarını fəaliyyətində rəhbər tutur

Heydər Əliyev Fondu Ümummilli Liderin ideyalarını fəaliyyətində rəhbər tutur


Heydər Əliyev Fondu 21 ildir müstəqil dövlətimizin qurucusu, dünya miqyaslı siyasi və dövlət xadimi Ümummilli Liderin zəngin mənəvi irsini  öz fəaliyyətində layiqincə yaşadır və inkişaf etdirir. Fond Heydər Əliyev irsinin qorunması və təbliği ilə yanaşı, təhsil, səhiyyə, mədəniyyət, idman, sosial müdafiə, ətraf mühitin mühafizəsi, humanitar, eləcə də mədəni irsin bərpası kimi sahələrdə çoxşaxəli layihələr həyata keçirir. Ümummilli Lider Heydər Əliyevin adını daşıyan fond həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə Azərbaycan humanizminin, xeyriyyəçiliyinin və mənəvi dəyərlərə sadiqliyin rəmzinə çevrilib. Fondun beynəlxalq fəaliyyəti dünyanın müxtəlif bölgələrini əhatə edir. Hətta bir çox ölkədə fondun nümayəndəlikləri də fəaliyyət göstərir.

Rolu və xidmətləri böyük bir mərhələni təşkil edən Heydər Əliyev Fondu xalqımızın milli-mədəni və mənəvi dəyərlərinin qorunub saxlanılmasına, onların təbliğinə, gənclərlə işbirliyinə, təhsilin və səhiyyənin inkişafına böyük töhfələr verir. Şəhər və rayonlarda, eləcə də son beş ildə erməni işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda xalqımızın sosial-iqtisadi və mədəni tərəqqisinə yönəlmiş dəyərli tədbirlər həyata keçirir. Azərbaycan mədəniyyətini və tarixini ölkəmizdə, habelə dünyada geniş tanıdır, multikultural mühitin, tolerantlığın və dinlərarası münasibətlərin inkişafına xüsusi önəm verir. Həyatın bütün sahələrində irimiqyaslı layihələr həyata keçirir, insanlara, ehtiyacı olanlara kömək əlini uzadaraq, onlara sevinc bəxş edir.

Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyeva bu gün Azərbaycanla yanaşı, ölkə hüdudlarından uzaqlarda da insanların böyük sevgisini qazanıb. Təsadüfi deyil ki, cəmiyyətdə ənənəvi dəyərlərin qorunub saxlanmasına, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına verdiyi töhfələrə görə Mehriban xanım Əliyeva ali dövlət mükafatlarına layiq görülüb. Bu həm də onu deməyə əsas verir ki, Heydər Əliyev Fondu sağlam həyat tərzini təbliğ etməklə ölkəmizdə və xaricdə ictimai-siyasi həyatın bütün sahələrini əhatə edən müxtəlif tədbirlər reallaşdırır, uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgiləri təşkil olunur, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verir. 

Hər bir xalq öz dili ilə yaşayır. Xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq daha çox həmin xalqın ziyalılarının, alim və pedaqoqlarının fəaliyyəti nəticəsində mümkündür. Bu mənada Heydər Əliyev Fondunun Azərbaycan dilinin 50 dünya dili arasında tanınmış institutlarda tədris olunmasının dəstəkçisi olması ictimaiyyətdə məmnunluq doğurur.

Heydər Əliyev Fondunun Azərbaycanın mədəniyyət tarixində iz buraxacaq layihələrindən biri də Bakıda Müasir İncəsənət Muzeyinin yaradılmasıdır. Muzeydə Azərbaycan mədəniyyətinə öz töhfəsini verən sənətkarlara, mədəniyyət nümayəndələrinə fəaliyyət göstərmək üçün geniş imkanlar yaradılıb. Azərbaycanın adlı-sanlı və gənc, əsasən avanqard üslubda işləyən rəssam və heykəltaraşlarının 800-dən çox işinin toplandığı muzeyə gələnlər xalq rəssamları Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Elmira Şahtaxtinskaya, Tahir Salahov, Ömər Eldarov və Nadir Əbdürrəhmanovun, adları Azərbaycan mədəniyyəti xəzinəsinə daxil olmuş digər rəngkar və heykəltaraşların işləri ilə də tanış ola bilirlər. Qərbi Avropa incəsənəti salonunda isə Ümummilli Lider Heydər Əliyevə, habelə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya hədiyyə olunmuş əsərlər nümayiş etdirilir.

Fondun təşkilatçılığı ilə dünyaşöhrətli müğənni Müslüm Maqomayevin, habelə böyük Azərbaycan messenatı Hacı Zeynalabdin Tağıyevin, xalq qəhrəmanı Koroğlunun paytaxtın görməli yerlərində heykəllərinin açılışları olub. Bakının yaxınlığında Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi fəaliyyət göstərir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan bu muzey Azərbaycanın tarixi keçmişini özündə əks etdirməklə yanaşı, həm də ölkəmizə gələn turistlərin diqqətini çəkir. 

Tarixi-mədəni abidələrin bərpası, yeni mədəniyyət ocaqlarının tikilib istifadəyə verilməsi, mədəniyyət işçilərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar isə bu sahənin çiçəklənməsini, yeni-yeni uğurların qazanılmasını şərtləndirən əsas amillərdəndir.

Fondun bu sahədə həyata keçirdiyi layihələr Azərbaycan mədəniyyətinin inkişafına xidmət edir. Bu xüsusda tarixi-mədəni abidələrimizin qorunması və bərpası, yeni mədəniyyət obyektlərinin istifadəyə verilməsini qeyd etmək yerinə düşər. Ötən illərdə Gəncədə Cavad xanın qəbri üzərində məqbərənin ucaldılması, Gəncə qapılarının, "Qu quşları" fəvvarə kompleksinin bərpası, Müasir İncəsənət, "Tullantıdan sənətə", "XX-XXI əsr Azərbaycan rəngkarlığı", Azərbaycan Xalça, Daş salnamə, Dəmirçi Arxeologiya və digər muzeylərin açılması, yeni-yeni mədəniyyət saraylarının, muğam mərkəzlərinin, musiqi məktəblərinin, lap elə bu yaxınlarda Ağdam Müsiqi Mərkəzinin istifadəyə verilməsi Heydər Əliyev Fondunun bu sahədə gördüyü irimiqyaslı işlərin tərkib hissəsidir. Milli mədəniyyətimiz sahəsində fondun təşkilatçılığı ilə keçirilən və ənənə halını alan müxtəlif musiqi layihələrini, o cümlədən Qəbələ, Aşıq, "Muğam aləmi", Mstislav Rostropoviç, Üzeyir Hacıbəyli beynəlxalq festivallarını, muğam televiziya müsabiqələrini, Şuşada keçirilən konsertləri qeyd etmək yerinə düşər.

Bu işlər Azərbaycan xalqının mədəni irsinin qorunmasında və dünya ictimaiyyətinin diqqətinə təqdim olunmasında və təbliğ edilməsində böyük əhəmiyyət daşıyır. Həmin sırada muğamı xüsusilə vurğulamalıyıq. 

Ümummilli Lider Heydər Əliyevin ideyalarının həyata keçirilməsini özünün əsas fəaliyyət proqramı kimi qəbul edən fondun dəstəyi ilə ötən illər ərzində ölkəmizdə müxtəlif sahələrdə, o cümlədən valideyn himayəsindən məhrum uşaqlara kömək, Vətən müharibəsi əlillərinin yaxın və uzaq ölkələrdə müalicəsi, uşaq evlərinin, internat məktəblərinin abadlaşdırılması da daxil edilməklə təhsil, səhiyyə, mədəniyyət sahələrində irimiqyaslı proqramlar həyata keçirilib. Onların arasında əsas istiqamətlərdən biri də gənc nəslin maarifləndirilməsidir. Məhz bu məqsədlə fond bütün imkanlarından istifadə etməklə məktəb tikintisinə daha çox diqqət ayırır.

Neçə illərdir fondun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı həyata keçirilir. Layihə çərçivəsində paytaxtda və regionlarda dünya standartlarına cavab verən məktəb binaları inşa edilib, neçə-neçə məktəb cari və ya əsaslı təmir olunaraq müasir avadanlıq, istilik sistemi, zəngin kitabxana, əyani vəsait və kompüter avadanlığı ilə təchiz olunub.  2024-cü tədris ilində Heydər Əliyev Fondu tərəfindən Bakıda və regionlarda əsaslı təmir və bərpa olunan, eləcə də yeni inşa edilən 22 təhsil müəssisəsi - 19 məktəb və 3 məktəbəqədər müəssisə müəllim və şagirdlərin istifadəsinə verilib. Bunların arasında beş il bundan öncə erməni işğalından azad edilən Xankəndidə Qarabağ Univeristetinin açılışını xüsusu qeyd etməliyik. Bundan başqa, tədris ili ərzində inşa və təmir edilən 10 orta məktəbin açılışı olub. "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində indiyədək ölkənin müxtəlif bölgələrində 100 mindən artıq şagirdin təhsil aldığı 500-dən çox məktəb binası inşa olunub və ya yenidən qurulub. 

"Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində ölkə ərazisində onlarca uşaq müəssisəsi əsaslı şəkildə yenidən qurulub, müasir avadanlıqla təchiz olunub, əlavə yardımçı binalar inşa edilib və kommunal şərait yaxşılaşdırılıb. Həmçinin bu proqram çərçivəsində uşaq evlərində tərbiyə almış, yaşı 18-dən yuxarı olan qızlar üçün yaşayış binaları tikilib, uşaq evlərində və internatlarda təhsil alanların asudə vaxtlarının səmərəli təşkili məqsədilə kütləvi tədbirlər, festivallar, müsabiqələr keçirilib. 

"Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə", "Tibb müəssisələrinin yenidən qurulması və inşası" kimi bənzərsiz layihələr, bir çox xeyriyyə aksiyası Ümummilli Liderin bu sahə ilə bağlı ideyalarının reallaşması istiqamətində mühüm töhfələrdir. Fondun təşəbbüsü ilə Bakıda müasir Talassemiya Mərkəzi tikilmiş, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Reabilitasiya Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantologiya Mərkəzi, Psixo-nevroloji Uşaq Mərkəzi, eləcə də digər səhiyyə ocaqları inşa olunub və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. 

Heydər Əliyev Fondu işğaldan azad olunmuş ərazilərimizin bərpası prosesində yaxından iştirak edir, Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, veteranlara böyük diqqət və qayğı göstərir. Müharibədə yaralanan qazilərimiz yüksəktexnologiyalı protezlərlə təmin olunur, zərurət yarandıqda yaralı hərbçilərimizin xaricdə müalicəsi təşkil edilir, onların sosial durumunun yaxşılaşmasına kömək göstərilir. 

Heydər Əliyev Fondunun bu sahədə reallaşdırdığı layihələr Azərbaycanın bütün regionları ilə yanaşı, ölkəmizin hüdudlarından kənarda da uğurla həyata keçirilib.  Fond xarici ölkələrdə təbii fəlakət nəticələrinin aradan qaldırılmasına yardım göstərmiş, məktəblərin inşasını, yenidən qurulmasını və əsaslı təmirini, dünya əhəmiyyətli tarix və mədəniyyət abidələrinin bərpasını təmin etmişdir. 

Azərbaycan Prezidenti İlham Əliyev ötən il çıxışlarının birində Heydər Əliyev Fondunun gördüyü işləri yüksək qiymətləndirərək demişdir: "...Xeyriyyəçilik sahəsində Cənubi Qafqazda ən böyük təsisat Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondu 20 ilə yaxındır ki, yaradılmışdır və bütün bu illər ərzində fondun əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir. ...Fondun xətti ilə aparılan işlər, görülən tədbirlər, irəli sürülmüş təşəbbüslər göz qabağındadır. ...Bu fond sübut etdi ki, əgər istək olarsa, əgər iradə olarsa və əgər xoş niyyət olarsa, istənilən sahədə istənilən məsələ həll oluna bilər".

Heydər Əliyev Fondu 2020-ci ilin sentyabrında başlanan və tarixi zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində həm daxili, həm beynəlxalq arenada Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıraraq xalqımıza haqq işində dəstək olmaq üçün mümkün olanı edib. Fondun əməkdaşları hazırda erməni işğalından azad olunmuş bölgələrdə tikinti-quruculuq, bərpa işlərinə səfərbər olublar. Fond tərəfindən tarixi və dini abidələrin, məscidlərin bərpası ilə bağlı layihələr həyata keçirilir. İndiyədək bu layihələrin bir qismi tam icra olunub. 2021-ci ildə Şuşada dahi Azərbaycan şairi və ictimai xadim Vaqifin muzey-məqbərə kompleksinin yenidən qurulması cəmi bir neçə aya başa çatdırılıb. Abidənin hər detalında tarixi görkəmi qorunub saxlanılıb. Fondun dəstəyi ilə Vaqifin büstü və görkəmli Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin heykəli, Xan qızı Natəvanın büstü bərpa edilib. Üzeyir bəy Hacıbəylinin Şuşadakı ev-muzeyi, mühüm tarixi memarlıq abidəsi olan Mehmandarovların malikanə kompleksi, "Şirin su" hamamı Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Azərbaycanın tanınmış tarzəni Sadıqcanın Şuşadakı evinin bərpasını da fond həyata keçirib. İşğaldan azad olunmuş ərazilərdə bu istiqamətdə reallaşan layihələrin bir qismi də məscidlərin bərpası ilə əlaqəlidir. Şuşa məscidləri, həmçinin Ağdam Cümə və Zəngilan məscidləri Heydər Əliyev Fondu tərəfindən yüksək səviyyədə təmir olunaraq ziyarətçilərin ixtiyarına verilib.

Xocalı soyqırımının tanıdılmasında, mədəniyyətimizin, tariximizin, təbiətimizin, dövlətçilik ənənələrimizin xaricdə təbliği işinin düzgün qurulmasında da fond böyük işlər görmüşdür. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə istər respublikamızda, istərsə də yaxın və uzaq xarici olkələrdə  hər il həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində silsilə tədbirlər reallaşdırılır. 

Xalqa xidmətləri, milli dövlət quruculuğu və Azərbaycan gəncliyinin sağlam, savadlı, geniş dünyagörüşə malik şəxslər kimi formalaşmasında misilsiz fəaliyyətləri ilə əbədiyaşarlıq qazanmış türk dünyasının böyük oğlu Heydər Əliyevin anım günü hər il olduğu kimi, bu il də adını şərəflə daşıdığı fondun təşkilatçılığı ilə Bakıdan tutmuş respublikamızın ən ucqar kənd, qəsəbə və rayonlarında, habelə dünyanın bir çox ölkəsində səfirliklər, diaspor və qeyri-hökumət təşkilatları tərəfindən böyük ehtiramla qeyd edilir. 


Rəhman SALMANLI, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti cüzi bahalaşıb

10:48
13 Dekabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

10:47
13 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:47
13 Dekabr

İraqın keçmiş prezidenti BMT-nin qaçqınlar üzrə ali komissarı seçilib  

10:43
13 Dekabr

Polad Bülbüloğlu: Heydər Əliyevin adı və obrazı həmişə mənimlə olacaq  

10:42
13 Dekabr

Mixail Qusman: Heydər Əliyev xalqın etibar etdiyi lider idi  

10:41
13 Dekabr

Londonda Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib  

10:09
13 Dekabr

Aİ Rusiyanın dondurulmuş aktivlərinin geri qaytarılmamasına dair qərar qəbul edib  

10:01
13 Dekabr

"Ötən günlərimi qaytaraydılar..."

09:55
13 Dekabr

Bilmək istəyirəm

09:53
13 Dekabr

Masallıda "Məkr və məhəbbət"

09:50
13 Dekabr

Şirvanda payız-qış mövsümünə hazırlıq müzakirə olunub

09:47
13 Dekabr

Qarabağın qurucularına sertifikatlar təqdim edilmişdir

09:40
13 Dekabr

XİN: Çernomorsk limanına hücum nəticəsində türk şirkətinə məxsus gəmi zərər görüb  

09:38
13 Dekabr

2025: göygöllülər üçün abadlıq, quruculuq və festivallar ili

09:35
13 Dekabr

Goranboylular Ulu Öndərə ehtiramlarını elliklə ifadə etdilər

09:30
13 Dekabr

"Sən elə bir zirvəsən!"

09:25
13 Dekabr

ABŞ-dən tarixi qərar

09:20
13 Dekabr

D-8: Regionla əməkdaşlıq üçün gənclərin işgüzar platforması

09:15
13 Dekabr

Dövlət siyasətinin təntənəsi

09:10
13 Dekabr

Azərbaycanın qlobal humanitar diplomatiyasının növbəti uğurları

09:05
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!