13 Dekabr 2025 09:20
130
SİYASƏT
A- A+
ABŞ-dən tarixi qərar

ABŞ-dən tarixi qərar


907-ci düzəlişin tam ləğvi üçün qanun layihəsi təqdim edilib


Prezident İlham Əliyevin avqustun 8-də ABŞ-yə tarixi səfəri zamanı qəbul edilən strateji qərarlardan biri də "Azadlığa Dəstək Aktı"nın 907-ci düzəlişinin ləğv edilməsi ilə bağlı  məsələ oldu. Bu düzəliş 1992-ci ildə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək Aktı"na əlavə edilən Birləşmiş Ştatların birbaşa dövlət yardımını qadağan edən qanunvericilik aktı idi. Yəni bu düzəliş ABŞ-nin Azərbaycana birbaşa hərbi və maliyyə yardımı göstərməsini məhdudlaşdırmışdı.

ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 8-də Ağ Evdə mətbuata bəyanatla çıxışları zamanı ABŞ lideri bir daha bu məsələyə toxunaraq konkret fikrini bildirmişdi: "Biz həmçinin müdafiə sahəsində Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında əməkdaşlığa olan məhdudiyyəti aradan qaldırırıq. Bu həm Sizin və həm də mənim üçün əhəmiyyətli məsələdir. Bir Prezident olaraq mənim ən böyük istəyim dünyada sülhün və sabitliyin bərqərar edilməsidir".

Prezident İlham Əliyev isə öz növbəsində qeyd etmişdir ki, ABŞ Prezidenti Donald Trampın 1992-ci ildə qəbul olunmuş "Azadlığa Dəstək Aktı"nın 907-ci düzəlişinin icrasını dayandırması Azərbaycan iqtisadiyyatına qarşı illərlə tətbiq olunmuş ədalətsiz məhdudiyyətlərin aradan qalxmasına şərait yaratmış olub. Bu qərar iqtisadi əməkdaşlıq imkanlarını genişləndirən mühüm addım idi.

Beləliklə, 33 il sonra Azərbaycan Prezidentinin qətiyyətli xarici siyasəti nəticəsində sözügedən düzəlişin ləğv ediməsi gündəmə gəldi. 

Son məlumatlara görə, ABŞ Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna 907-ci düzəlişi tam ləğv etməyə yönəlmiş qanun layihəsini təqdim edib. Bu barədə məlumat Konqresin saytında yerləşdirilib.

"Rəsmi Bakı Azərbaycanla ABŞ arasında münasibətlərin inkişaf perspektivləri, Azərbaycanın geniş regionda artan rolu nəzərə alınaraq, ABŞ tərəfinin bu düzəlişin tamamilə ləğv edilməsi istiqamətində əməli addımlar atacağına ümidvar olduğunu bəyan edib". Bunu Vaşinqtonda səfərdə olan Azərbaycan parlamentinin, Xarici İşlər Nazirliyinin, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və yəhudi icmasının təmsilçilərindən ibarət nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib. O bildirib ki, əvvəlki ABŞ Administrasiyası sayəsində ikili əlaqələr sıfır dərəcəsinə enmişdi.

"Ancaq 8 avqustdan sonra bunların hamısı dəyişdi. Minsk qrupunun ləğvi, 907-nin dayandırılması, bir neçə gün bundan əvvəl İşçi qrupuna ABŞ-nin həmsədr təyin etməsi, ən yüksək səviyyədə məmurların Azərbaycana gedib, Azərbaycanda Azərbaycan-Amerika münasibətlərini müzakirə etməsi yeni tarixdir. Bu tarixi biz Konqresdə, Senatda hiss edirik. Vaxt var idi, onlar bizimlə şəkil çəkdirmək belə istəmirdilər. Ona görə ki, erməni lobbisi var idi. İndi də var, ancaq Azərbaycan artıq fərqli Azərbaycandır və ABŞ də fərqli ABŞ-dir. İndi görüşlərin sayı gündən-günə artır. İndi senatorlar, konqresmənlər Azərbaycana gəlmək istəyirlər və gəlirlər", - deyə Səməd Seyidov bildirib.

Deputat qeyd edib ki, Azərbaycan güclüdür və haqq, ədalət yolunun ən yüksək səviyyədə təbliğatçısıdır: "Bu gün biz bunun şahidi oluruq və hesab edirəm ki, bu istiqamətdə əlaqələr inkişaf edəcək və biz daha çox nailiyyət görəcəyik. Biz istəyirik ki, ABŞ Konqresi və Senat 907-ci düzəlişi müzakirə edərək birdəfəlik aradan qaldırsın. Biz istəyirik ki, Azərbaycanla bağlı hələ də hər hansı təşəbbüsləri irəli sürüb, ümumi sülh məsələlərini zəhərləmək istiqamətində çalışan erməni lobbisi artıq başa düşsün ki, onlar bizə qarşı yox, ABŞ-nin maraqlarına qarşı işləyirlər. Bunu artıq Amerikanın ən yüksək səviyyəsində başa düşürlər".

Beləliklə, tezliklə bu düzəlişin ləğvi Azərbaycana əlverişli imkanlar yaradacaq. Ekspertlər hesab edirlər ki, bu addım ABŞ-nin Azərbaycana birbaşa dövlət yardımlarının həcmini artıracaq. İqtisadçı deputat Vüqar Bayramov deyib ki, 2024-cü ildə Azərbaycan ABŞ-dən cəmi 20 milyon dollar yardım alıb. Həmin il Ermənistan 92 milyon dollar, Gürcüstan isə 180 milyon dollarlıq Vaşinqton yardımından faydalana biliblər. Göründüyü kimi, ABŞ ötən il Azərbaycan ilə müqayisədə Ermənistana 4,6 dəfə, Gürcüstana isə 9 dəfə çox yardım ayrıb. 2024-cü ildə Ukrayna ABŞ-dən ən çox yardım alan dövlət olub. Rusiya ilə müharibə aparan ölkəyə il ərzində 16,4 milyard dollar ayrılıb. Efiopiya, İordaniya, Somali və Konqo daha çox yardım alan ilk beşliyi tamamlayıblar.


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti cüzi bahalaşıb

10:48
13 Dekabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

10:47
13 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:47
13 Dekabr

İraqın keçmiş prezidenti BMT-nin qaçqınlar üzrə ali komissarı seçilib  

10:43
13 Dekabr

Polad Bülbüloğlu: Heydər Əliyevin adı və obrazı həmişə mənimlə olacaq  

10:42
13 Dekabr

Mixail Qusman: Heydər Əliyev xalqın etibar etdiyi lider idi  

10:41
13 Dekabr

Londonda Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib  

10:09
13 Dekabr

Aİ Rusiyanın dondurulmuş aktivlərinin geri qaytarılmamasına dair qərar qəbul edib  

10:01
13 Dekabr

"Ötən günlərimi qaytaraydılar..."

09:55
13 Dekabr

Bilmək istəyirəm

09:53
13 Dekabr

Masallıda "Məkr və məhəbbət"

09:50
13 Dekabr

Şirvanda payız-qış mövsümünə hazırlıq müzakirə olunub

09:47
13 Dekabr

Qarabağın qurucularına sertifikatlar təqdim edilmişdir

09:40
13 Dekabr

XİN: Çernomorsk limanına hücum nəticəsində türk şirkətinə məxsus gəmi zərər görüb  

09:38
13 Dekabr

2025: göygöllülər üçün abadlıq, quruculuq və festivallar ili

09:35
13 Dekabr

Goranboylular Ulu Öndərə ehtiramlarını elliklə ifadə etdilər

09:30
13 Dekabr

"Sən elə bir zirvəsən!"

09:25
13 Dekabr

ABŞ-dən tarixi qərar

09:20
13 Dekabr

D-8: Regionla əməkdaşlıq üçün gənclərin işgüzar platforması

09:15
13 Dekabr

Dövlət siyasətinin təntənəsi

09:10
13 Dekabr

Azərbaycanın qlobal humanitar diplomatiyasının növbəti uğurları

09:05
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!