01 Dekabr 2025 15:57
3885
Səhiyyə
A- A+
Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş konfrans keçirilib 

Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş konfrans keçirilib 


Dekabrın 1-də Səhiyyə Nazirliyinin dəstəyi ilə Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən 1 Dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalovun sözlərinə görə, QİÇS təhlükəli ölümlə nəticələnə bilən pandemik infeksion xəstəlikdir. Hazırda dünyada 38-39 milyon insan İİV-lə yaşayır. Dünyada elə bir ölkə yoxdur ki, orada İİV virusu olmasın.

Nazir müavini bildirib ki, xəstəliyin aşkarlandığı 40 il ərzində onun diaqnostikası, müalicəsi və profilaktikasında böyük nailiyyətlər əldə olunub: "Əgər əvvəllər QİÇS-in effektiv müalicəsi yox idisə, diaqnostikası bahalı və uzun müddət tələb edən prosedur idisə, o zamanlar QİÇS-dən əziyyət çəkən, o cümlədən İİV aşkarlanan xəstə sanki təxirə salınmış ölüm hökmünə məhkum olunurdusa, bu gün həmin virusun sürətli aşkarlanmasının ucuz müayinə üsulları mövcuddur. Bunun əsasında qurulmuş skrininq müayinələr aparılır, bundan başqa, QİÇS-in effektiv müalicə üsulu var. Müasir müalicə üsulları, dərmanlarla İİV olan şəxslərdə həmin virusun orqanizmdə səviyyəsini çox aşağı səviyyəyə endirmək mümkündür. Nəticədə bu virus həmin şəxsdə hətta müayinə üsulları ilə tapılmır. Həmçinin başqa insan üçün yoluxduruculuq qabiliyyəti olmur. Bu, böyük bir nailiyyətdir. Lakin hələlik QİÇS-in sağalma ilə nəticələnən müalicəsi yoxdur".

"Ölkədə İİV/QİÇS-lə bağlı cari vəziyyət və qarşıda duran hədəflər" barədə təqdimatla çıxış edən Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov bildirib ki, İİV/QİÇS-ə qarşı aparılan mübarizə tədbirlərinə baxmayaraq, onun dünyada, xüsusən də Şərqi Avropa və Mərkəzi Asiya regionunda yayılması davam etməkdədir. Azərbaycanda həmin infeksiya əsasən yoluxmaya yüksək risk qrupu təşkil edən şəxslər arasında yayılıb. Ölkəmiz Şərqi Avropa və Mərkəzi Asiya regionunda xəstəliyin yayılma göstəricilərinə görə aşağı olan ölkələrdəndir.

"Bu ilin ötən dövrü ərzində İİV-ə yeni yoluxma hallarının sayı 1130 nəfər təşkil edib ki, onlardan 1109 nəfəri (98 faizi) Azərbaycan vətəndaşları olub. İİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarının 74,3 faizini kişilər, 25,7 faizini isə qadınlar təşkil edib. Həmin dövr ərzində 71 nəfər QİÇS mərhələsinə keçib, 20 nəfər isə İİV infeksiyasından dünyasını dəyişib.

Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2025-ci ilin noyabr ayının sonuna kimi Respublika QİÇS-lə Mübarizə Mərkəzində 11 min 413 Azərbaycan vətəndaşı rəsmi qeydiyyatdadır. Onlardan 71,6 faizini kişilər, 28,4 faizini qadınlar təşkil edir. Ümumilikdə həmin dövr ərzində İİV infeksiyasından dünyasını dəyişənlərin sayı isə 1540 nəfər olub. Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən qeydiyyata götürülən ölkə vətəndaşlarından 28,2 faizində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 60,3 faizində heteroseksual, 6,3 faizində homoseksual kontakt nəticəsində olub, 1,3 faizində anadan uşağa keçib, 3,9 faizində isə yoluxma yolu müəyyən edilməyib", - deyə F.Məmmədov qeyd edib.

TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva hazırda İİV/QİÇS-lə bağlı ən böyük problemin stiqma və diskriminasiya olduğunu diqqətə çatdırıb: "Müalicə istiqamətində biz hələ də bu problemləri yaşayırıq. Stiqma və diskriminasiya ilə mübarizədə maariflənmənin rolu çox böyükdür. Maarifləndirmə dedikdə daha çox əhalini nəzərdə tuturuq. Əsas məsələ odur ki, tibb müəssisələrində tibb işçiləri, hətta həkimlər arasında İİV/QİÇS-lə bağlı ciddi maarifləndirməyə ehtiyac var. Bu istiqamətdə QİÇS-lə Mübarizə Mərkəzi ilə əməkdaşlıq edirik. Biz TƏBİB olaraq tibb müəssisələrində infeksion nəzarətin qurulması istiqamətində son beş il ərzində çox böyük işlər görmüşük. İnfeksion nəzarət sisteminin qurulması təkcə İİV deyil, digər infeksion xəstəliklərin də yayılmasının qarşısının alınmasında çox böyük bir sistemdir".

Tədbirdə çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin üzvləri, deputatlar - Soltan Məmmədov, Müşfiq Məmmədli və Pərvanə Vəliyeva səhiyyə sahəsinə ayrılan büdcə, QİÇS-lə bağlı qanunvericilik, xəstəliklə mübarizədə aparılan düzgün strategiyadan bəhs edib, beynəlxalq təcrübə və tövsiyələrə əsaslanan tədbirlərin, görülən işlərin öz müsbət nəticəsini verdiyini diqqətə çatdırıblar. Bildirilib ki, region ölkələrinə bir nümunə olan Azərbaycanda QİÇS-lə bağlı epidemioloji vəziyyət başqa ölkələrdən fərqli olaraq daha yaxşıdır.

Daha sonra Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova İİV infeksiyası ilə bağlı mobil tətbiqin təqdimatını edib. AIDS-lə Mübarizə İctimai Birliyinin sədri Nofəl Şərifovun "Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatlarının İİV/QİÇS-lə mübarizədə rolu" mövzusunda məruzəsi dinlənilib.

Tədbir mövzular ətrafında müzakirələrlə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına səfər edib  

10:27
25 Yanvar

Liviya Enerji və İqtisadiyyat Sammiti çərçivəsində xarici şirkətlərlə müqavilələr imzalanıb  

23:11
24 Yanvar

İraq Suriya ilə sərhəd boyunca beton divarın tikintisini yekunlaşdırır  

22:08
24 Yanvar

Laçının sağlamlıq keşikçiləri: doğma yurda qayıdışla başlayan məsuliyyətli xidmət  

20:00
24 Yanvar

Zelenski Əbu-Dabi danışıqlarını konstruktiv adlandırıb  

19:23
24 Yanvar

Misli Premyer Liqası: "Kəpəz" "Qarabağ"ı məğlub edib

18:56
24 Yanvar

“Həm evimiz var, həm işimiz” - Kəlbəcər sakininin qayıdış sevinci 

18:47
24 Yanvar

NATO Baş katibinin müavini: Azərbaycanla qarşılıqlı faydalı olan sahələrdə əməkdaşlığı davam etdirməyi planlaşdırırıq

18:09
24 Yanvar

Ötən il DOST mərkəzlərində 887 min vətəndaşa xidmət göstərilib  

17:57
24 Yanvar

Danimarkanın Baş naziri Trampın NATO-nun Əfqanıstan missiyası barədə sözlərini pisləyib  

17:32
24 Yanvar

Misli Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib

16:10
24 Yanvar

Ali Məhkəmə Plenumunun 2025-ci ilin yekunlarına həsr olunmuş iclası keçirilib

16:01
24 Yanvar

İraq İŞİD-dən olan əcnəbi məhbusları ölkələrinə təhvil verməyə başlayır

15:53
24 Yanvar

Braziliya Çin vətəndaşları üçün vizanı ləğv edir

15:39
24 Yanvar

Əbu-Dabidə Rusiya, ABŞ və Ukraynanın iştirakı ilə danışıqlar davam edir

14:52
24 Yanvar

Astanada Konstitusiya islahatları komissiyasının ilk iclası keçirilir

13:49
24 Yanvar

Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə arabir duman olacaq

13:09
24 Yanvar

Hərbi attaşe: Azərbaycan və Türkiyə şəhidləri cəsarət və fədakarlıq mücəssəməsidir

12:01
24 Yanvar

Baş Dövlət Yol Polisi İdarəsi xəbərdarlıq edib: Yolların buz bağlama ehtimalı var!

10:56
24 Yanvar

Nazir: Zəngəzur dəhlizi Orta Dəhlizin buraxılış qabiliyyətini artıracaq

10:38
24 Yanvar

Kiyevə çoxkombinasiyalı hava hücumu edilib, ölən və xəsarət alanlar var

10:36
24 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!