20 İyun 2026 08:10
134
İQTİSADİYYAT
A- A+
Strateji sahəyə xüsusi diqqət

Strateji sahəyə xüsusi diqqət


Müasir dünyanın qlobal problemlərindən biri də ərzaq təhlükəsizliyidir. Rusiya-Ukrayna müharibəsi göstərdi ki, təchizat zəncirində baş verən ani qırılma milyonlarla insanın bu problemlə üz-üzə qalmasına səbəb ola bilər. Odur ki, hər bir dövlət çalışır ki, ərzaq sarıdan idxaldan asılı olmasın. Bunun qarşısının alınmasının yeganə yolu isə daxili istehsalı artırmaqdır.

Ölkəmizdə aqrar sektorun inkişafı həm də ona görə vacibdir ki, əhalinin əhəmiyyətli bir hissəsi regionlarda yaşayır. Deməli, aqrar sektorun inkişafı ərzaq təhlükəsizliyi ilə yanaşı, həm də ciddi sosial məsələdir. Yəni ölkə əhalisinin əhəmiyyətli bir hissəsinin dolanışığı bu sahə ilə bağlıdır.

İllər öncə ölkəmizdə kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün ciddi aqrar islahatlara start verilmişdir. Bu sahədə müəyyən uğurlar  qazanılmış, o cümlədən bir çox məhsulların istehsalı artmış, daxili tələbat ödənilməklə yanaşı, aqrar sektorun ixrac potensialı artmışdır. Məsələn, bu gün daxili bazar tərəvəz, bostan məhsulları, meyvə və giləmeyvə ilə yerli istehsal hesabına 107 faiz təmin olunur, üstəlik, 214 min ton xarici bazara məhsul çıxarılır. Bununla yanaşı, qoz-fındıq, yumurta istehsalında da idxaldan heç bir asılılığımız yoxdur.

Ancaq əsas ərzaq məhsulu olan buğda istehsalında vəziyyət fərqlidir. Bu sahədə yerli istehsal daxili bazarın ümumi tələbatının 55 faizini ödəyə bilir. Yerli istehsal 1 milyon 573 min ton, idxal isə 1 milyon 267 min tondur. Əbəs deyil ki,  Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bu sahədə istehsalın artırılmasının vacibliyini xüsusi olaraq vurğulamışdır.

Yeri gəlmişkən onu da qeyd edək ki, Prezident İlham Əliyev aqrar sektorda inkişafın dinamikasını təmin etmək məqsədilə "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nı təsdiq etmişdir. İndi müvafiq dövlət qurumları prezident tərəfindən qarşıya qoyulan hədəflərə çatmaq və adıçəkilən proqramda irəli sürülən vəzifələri icra etmək üçün müvafiq tədbirlər görürlər. 

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə bu istiqamətdə görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, ötən il kənd təsərrüfatı üçün özünəməxsus - həm iqlim təsirləri, həm də məhsul istehsalı və məhsuldarlıq baxımından fərqli dövr oldu. Bir sıra məhsullar üzrə məhsuldarlıqda rekord həcmlər, bəzi məhsullar üzrə isə azalma qeydə alındı. Ümumilikdə kənd təsərrüfatı istehsalı ümumdaxili məhsulun 5,9 faizini təşkil etdi. Qeyri-neft ümumdaxili məhsulunda isə 8,3 faiz paya malik oldu. Məhsul istehsalının dəyəri 14,2 milyard manata çatdı. Həmin vəsait isə bitkiçilik və heyvandarlıq arasında ikinci sahənin azacıq üstünlüyü ilə təxminən yarıbayarı idi. Ümumi istehsalda artım 1 faizə yaxın, o cümlədən heyvandarlıqda 0,3, bitkiçilikdə 1,5 faiz oldu. Nazirin sözlərinə görə, son illər aqrar sektorda artımın  olmasına baxmayaraq, dinamika aşağı doğru gedirdi və bu, özlüyündə ekstensiv artımın artıq öz resursunun limitlərinə çatdığını göstərirdi.

Lakin ötən il ixrac baxımından aqrar sektor üçün uğurlu oldu. Rekord həcmdə - 1,5 milyard dollarlıq məhsul ixracı həyata keçirildi. Bunun 1,1 milyard dollarlığı kənd təsərrüfatı məhsullarının, 0,4 milyardlığı isə aqrar məhsullardan emal olunmuş yekun məhsulların payına düşür. İxracatda başqa bir müsbət dinamika isə odur ki, ölkəmiz həm ixrac coğrafiyasını, həm də ixrac məhsullarının çeşidini genişləndirməyə nail olmuşdur. Ancaq nazirin sözlərinə görə, hələ də görüləcək işlər çoxdur.

Məlum olduğu kimi, ən məhsuldar torpaqlarımız və əhəmiyyətli dərəcədə su ehtiyatlarımız illərlə düşmən işğalı altında olub. İndi bu torpaqlardan istifadə etmək imkanı yaranıb. Məcnun Məmmədov bu istiqamətdə görülən işlər barədə demişdir: "Sonrakı müddəti isə ikinci mərhələ olaraq qeyd etmək istəyirəm. Belə ki, kəndlərdə yaşayan, geriyə qayıdan əhaliyə 2025-ci ildən etibarən torpaqların təhkim olunması prosesinə başlanıldı. Biz artıq 14 kənddə prosesə başlamışıq. Həmin kəndlərdən doqquzunda işlər başa çatdırılıb və fermerlərlə, əhali ilə müvafiq müqavilələr bağlanılıb. Nümunə kimi bildirim ki, ilk pilot layihəmiz Zəngilanın Ağalı kəndində oldu. Zəngilanın Məmmədbəyli, Xocalının Xanyurdu və Ballıca, Laçının Zabux kəndlərində həyata keçirilib. Xocavəndin Qırmızı Bazar qəsəbəsində hazırda həyata keçirilir. Digər kəndlərdə də əhali köçdükcə kəndətrafı torpaqların parselləndirilərək əkinə hazır vəziyyətə gətirilməsi və fermerlərə təhkim olunması nəzərdə tutulur".

Dövlətimizin başçısının kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə qaldırdığı məsələlər göstərdi ki, bu sahədə ciddi dönüş yaradılmalıdır. Əldə olunan müəyyən uğurlara görə arxayınlaşmaq olmaz. Əsas məsələ bu sahədə olan nöqsanları, problemləri aradan qaldırmaqla, daha çox məhsul istehsalına nail olmaqdır.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya çempionatı: Braziliya Haiti millisini məğlub edib

08:57
20 İyun

Avropa Parlamenti qanunsuz miqrantlarla bağlı qaydaları sərtləşdirib

08:50
20 İyun

Bilmək istəyirəm

08:45
20 İyun

O, peşəkar musiqidə azsaylı zirvələrdəndir

08:40
20 İyun

Daşların harmoniyası: füsunkarlığı ilə hamını heyran edən musiqi məbədi

08:35
20 İyun

Mərakeş dünya çempionatında Şotlandiyanı məğlub edib

08:33
20 İyun

Qarabağın və Şərqi Zəngəzurun azad olunması və yenidən doğuşundan nə qədər danışılsa da, azdır

08:30
20 İyun

Bir ömrün sınağı

08:25
20 İyun

Azərbaycan irimiqyaslı enerji infrastrukturu layihələrini irəli sürən, maliyyələşdirən və icra edən ölkədir

08:20
20 İyun

Dünya çempionatı: ABŞ millisi qalib gəlib

08:19
20 İyun

Azərbaycanın sabitlik nümunəsi  

08:18
20 İyun

"Balanslı xarici siyasət tərəfdaş ölkələrin Azərbaycana olan etimadını daha da artırıb"

08:15
20 İyun

Strateji sahəyə xüsusi diqqət

08:10
20 İyun

Elektron Hökumət İnformasiya Sisteminin tətbiqi genişləndirilir

08:05
20 İyun

Azərbaycanın dünyaya təqdim olunan inkişaf modeli

08:00
20 İyun

"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:25
20 İyun

Azərbaycan Respublikasının Portuqaliya Respublikasında (Lissabon şəhərində) Səfirliyinin təsis edilməsi haqqında

01:24
20 İyun

Azərbaycan Respublikasının Portuqaliya Respublikasında (Lissabon şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında

01:24
20 İyun

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiq edilməsi haqqında

01:23
20 İyun

"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 5 iyun tarixli 416-VIIQD nömrəli Qanununun tətbiqi və "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 fevral tarixli 331 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

01:23
20 İyun

Azərbaycan Respublikası Prezidentinin "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın təsdiq edilməsi barədə" 2017-ci il 23 fevral tarixli 1256 nömrəli və "Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın təsdiq edilməsi barədə" 2017-ci il 3 may tarixli 1361 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

01:22
20 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!