20 İyun 2026 08:20
170
İQTİSADİYYAT
A- A+
Azərbaycan irimiqyaslı enerji infrastrukturu layihələrini irəli sürən, maliyyələşdirən və icra edən ölkədir

Azərbaycan irimiqyaslı enerji infrastrukturu layihələrini irəli sürən, maliyyələşdirən və icra edən ölkədir


Prezident İlham ƏLİYEV: "Bu, yaradılmış komanda işidir"


Azərbaycanın  müsbət sərmayə siyasəti müxtəlif sahələrə, o cümlədən enerji sektoruna milyardlarla ölçülən vəsait cəlb etməyə imkan yaratmışdır. Bu da öz növbəsində  Xəzəri Qara dəniz və Aralıq dənizi ilə birləşdirən, ölkəmizdə hasil olunan karbohidrogenləri Avropa bazarlarına çıxaran boru kəmərlərinin çəkilməsinə yol açmışdır.

Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə Bakıda  keçirilən İllik Toplantılarının açılış mərasimində çıxış edərkən bu ixrac infrastrukturunun əhəmiyyətini qeyd edərək demişdir: "Azərbaycan Avrasiya ölkələrini birləşdirən, xüsusən də enerji təchizat zəncirlərinin etibarlı olmadığı, o cümlədən enerji təhlükəsizliyinin hər bir ölkənin milli təhlükəsizliyinə çevrilən əsas amillərdən biri hesab edildiyi bir vaxtda onlara lazımi enerjini təchiz edən irimiqyaslı enerji infrastrukturu layihələrini irəli sürən, maliyyələşdirən və icra edən qlobal sahənin mühüm iştirakçısına çevrilib".

Dövlətimizin başçısı bir daha vurğulamışdır ki, bütün bunlar həqiqətən böyük səylər, diplomatiya, siyasi münasibət, qonşularla yaxşı münasibətlər, qonşuların qonşusu ilə əlaqələr, maliyyələşmə, yaxşı nüfuz və güclü iqtisadiyyat tələb etmişdir. Beləliklə, həmin meyarlar toplusu hazırda ölkəmizə mühüm enerji təchizatçılarından birinə çevrilmək imkanı yaratmışdır.

Bu gün Azərbaycan boru kəməri ilə qaz təchizatının coğrafiyası baxımından dünyada birinci yerdədir. 16 ölkəyə təbii qaz nəql edirik. Azərbaycandan qaz alan ölkələr bunlardır: Gürcüstan, Türkiyə, İtaliya, Bolqarıstan, Yunanıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya, Slovakiya, Ukrayna, Suriya, Almaniya və Avstriya.

Gürcüstana qaz Cənubi Qafqaz Boru Kəməri ilə 2006-cı ildən, Türkiyəyə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2007-ci ildən və TANAP-la (Trans-Anadolu Qaz Boru Kəməri) 2018-ci ildən çatdırılır. Avropaya isə qaz 2020-ci ilin son günündən başlayaraq TAP-la (Trans-Adriatik Qaz Boru Kəməri) ixrac olunur. Suriya Türkiyə vasitəsilə Azərbaycan qazını ilk dəfə keçən il alıb.

Cari ilin yanvar-may ayları ərzində ixrac edilən qazın həcmi 10 milyard 381 milyon kubmetrə çatıb. Türkiyə Azərbaycandan qaz alan əsas tərəfdaşlardandır. TAP vasitəsilə ən çox Azərbaycan qazı idxal edən Avropa ölkəsi isə İtaliyadir. Almaniya və Avstriya İtaliya üzərindən nəql edilən qazı almağa başlayan hələlik ən son Avropa ölkələridir. Suriyaya Türkiyə üzərindən gündəlik təxminən 1,2 milyard kubmetr həcmində qaz tədarükünə start verilib. (İxrac göstəriciləri Dövlət Gömrük Komitəsinin hesabatlarında da əksini tapıb). Göründüyü kimi, Azərbaycandan qaz alan ölkələrin  sayı getdikcə artır və artmaqda davam edəcəyi də gözlənilir.

Neft təchizatı daha çox ölkələri əhatə edir. Azərbaycan nefti dünya bazarlarına zəmanəmizin nəhəng mühəndis qurğusu olan, Ulu Öndər Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə çatdırılır. Bu, hasilatçı, tranzit ölkələrə və istehlakçıların hamısına fayda gətirir.

Prezidentimizin dediyi kimi: "Bu, yaradılmış komanda işidir və həqiqətən, layihələrin mürəkkəb icrası, maliyyələşməsi, relyefi, qarşımızda olan müxtəlif siyasi maneələr baxımından unikaldır".

Azərbaycanın "yaşıl enerji" gündəliyi də artıq bütün dünyaya bəllidir. Ölkəmizin  bərpaolunan enerji mənbələrinin potensialı bu sahədə də sanballı layihələrin gerçəkləşməsinə  imkan verir. Belə ki, "yaşıl enerji" mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavat təşkil edir. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası Prezident İlham Əliyev tərəfindən "yaşıl enerji" zonaları elan edilib. Çünki bu regionlar da bərpaolunan enerji mənbələri ilə zəngindir. Qarabağ və Şərqi Zəngəzurda həmin resursların texniki potensialı 10 qiqavat, Naxçıvanda isə 5 qiqavat həcmində qiymətləndirilir.

Məlum olduğu kimi, 2030-cu ilədək Azərbaycanın enerji balansında bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması nəzərdə tutulub. Lakin hazırkı inkişaf dinamikası göstərir ki, bu rəqəm 34-38 faizə qədər yüksələ bilər.

Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimindəki çıxışında bərpaolunan enerjinin də böyük potensiala malik sahələrdən biri olduğunu qeyd etmişdir: "Artıq beynəlxalq və yerli şirkətlərlə imzalanmış müqavilələr 2032-ci ilədək ölkəmizə 8 qiqavat həcmində günəş və külək enerjisi istehsal gücü qazandıracaq. Bu, minimum göstəricidir. Söhbət niyyət protokollarından deyil, artıq imzalanmış konkret müqavilələrdən gedir və bu rəqəm gələcəkdə daha da artacaq". 

Yaxın gələcəkdə Azərbaycandan Avropaya "yaşıl enerji" dəhlizi də uzanacaq. Belə ki, hələ 2022-ci il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb. Qazaxıstan və Özbəkistan da qərara gəliblər ki, Azərbaycan üzərindən bu dəhlizə özlərinin istehsal etdikləri bərpaolunun enerjini qoşsunlar. Bununla ölkəmiz "yaşıl enerji"nin həm də tranzitini həyata keçirəcək.

Bir neçə gün əvvəlki toplantıda dövlətimizin başçısının dediyi kimi: "Hazırda biz ötürücü xətlərin yaradılması və enerji ixracı istiqamətində çalışırıq, çünki qeyd etdiyim kimi, bu qədər enerjiyə ehtiyacımız olmayacaq. Buna görə də enerjiyə ehtiyacı olan bazarlara, ilk növbədə, Avropaya enerji ötürülməsini təmin edəcək infrastruktur üzərində işləyirik. Hamıya məlumdur ki, Avropanın uzun illər ərzində elektrik enerjisinə böyük ehtiyacı olacaq".


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya çempionatı: Braziliya Haiti millisini məğlub edib

08:57
20 İyun

Avropa Parlamenti qanunsuz miqrantlarla bağlı qaydaları sərtləşdirib

08:50
20 İyun

Bilmək istəyirəm

08:45
20 İyun

O, peşəkar musiqidə azsaylı zirvələrdəndir

08:40
20 İyun

Daşların harmoniyası: füsunkarlığı ilə hamını heyran edən musiqi məbədi

08:35
20 İyun

Mərakeş dünya çempionatında Şotlandiyanı məğlub edib

08:33
20 İyun

Qarabağın və Şərqi Zəngəzurun azad olunması və yenidən doğuşundan nə qədər danışılsa da, azdır

08:30
20 İyun

Bir ömrün sınağı

08:25
20 İyun

Azərbaycan irimiqyaslı enerji infrastrukturu layihələrini irəli sürən, maliyyələşdirən və icra edən ölkədir

08:20
20 İyun

Dünya çempionatı: ABŞ millisi qalib gəlib

08:19
20 İyun

Azərbaycanın sabitlik nümunəsi  

08:18
20 İyun

"Balanslı xarici siyasət tərəfdaş ölkələrin Azərbaycana olan etimadını daha da artırıb"

08:15
20 İyun

Strateji sahəyə xüsusi diqqət

08:10
20 İyun

Elektron Hökumət İnformasiya Sisteminin tətbiqi genişləndirilir

08:05
20 İyun

Azərbaycanın dünyaya təqdim olunan inkişaf modeli

08:00
20 İyun

"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:25
20 İyun

Azərbaycan Respublikasının Portuqaliya Respublikasında (Lissabon şəhərində) Səfirliyinin təsis edilməsi haqqında

01:24
20 İyun

Azərbaycan Respublikasının Portuqaliya Respublikasında (Lissabon şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında

01:24
20 İyun

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiq edilməsi haqqında

01:23
20 İyun

"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 5 iyun tarixli 416-VIIQD nömrəli Qanununun tətbiqi və "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 fevral tarixli 331 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

01:23
20 İyun

Azərbaycan Respublikası Prezidentinin "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın təsdiq edilməsi barədə" 2017-ci il 23 fevral tarixli 1256 nömrəli və "Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın təsdiq edilməsi barədə" 2017-ci il 3 may tarixli 1361 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

01:22
20 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!