19 İyun 2026 18:40
168
İQTİSADİYYAT
A- A+
AİİB Azərbaycanda həyata keçirilən layihələrin nəticələrini yüksək qiymətləndirir  

AİİB Azərbaycanda həyata keçirilən layihələrin nəticələrini yüksək qiymətləndirir  


Maliyyə nazirinin birinci müavini Anar Kərimov Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Dövlət sektoru üzrə baş direktoru xanım Syaohon Yanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə AİİB-nin ölkəmizdə həyata keçirdiyi layihələr, eləcə də infrastruktur, nəqliyyat və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Anar Kərimov AİİB ilə formalaşmış tərəfdaşlığın Azərbaycanın dayanıqlı iqtisadi inkişaf prioritetlərinin həyata keçirilməsində mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, bank tərəfindən bu günədək ölkəmizdə enerji, nəqliyyat və bərpaolunan enerji sahələrində həyata keçirilən layihələrə maliyyə dəstəyi ayrılıb.

Eyni zamanda, A.Kərimov Azərbaycan ilə AİİB arasında imzalanmış strateji əməkdaşlıq çərçivəsində hazırlanan Çoxillik İnvestisiya Portfelinin “Azərbaycan 2030: sosial-iqtisadi inkişaf üzrə milli prioritetlər” sənədinə uyğun olaraq infrastruktur sahəsinə investisiyaların daha sistemli və uzunmüddətli əsasda planlaşdırılmasına imkan yaradacağını bildirib.

Öz növbəsində, S.Yan Azərbaycanla əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edərək, bankın ölkəmizdə həyata keçirilən layihələrin nəticələrini yüksək qiymətləndirdiyini bildirib. O, xüsusilə dayanıqlı nəqliyyat infrastrukturu, dəmir yollarının modernləşdirilməsi, şəhər mobilliyi, liman və logistika infrastrukturu, bərpaolunan enerji və yaşıl maliyyə istiqamətlərində əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüş zamanı, həmçinin Bakı Metropoliteninin genişləndirilməsi layihəsinin növbəti mərhələləri, eləcə də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı üzrə görülən işlər və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünyada hər il 200 milyondan çox miqrant işçi öz evinə pul göndərir

19:26
19 İyun

Hindistanda büdcə böhranı yarana bilər

19:17
19 İyun

Gömrük orqanları 1072 hüquqpozma faktı aşkarlayıb, külli miqdarda siqaret və brilyant qaşlar götürülüb

19:07
19 İyun

BMT: Dünyada milyonlarla uşaq yoxsulluq və zorakılıq qurbanıdır  

18:59
19 İyun

TRIPP layihəsi Azərbaycanın regional logistika mərkəzi kimi mövqeyini gücləndirəcək

18:51
19 İyun

Azərbaycan Tacikistan ilə iqtisadi və maliyyə sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır

18:48
19 İyun

Brexit Britaniya iqtisadiyyatına 6 faiz ziyan vurub

18:42
19 İyun

AİİB Azərbaycanda həyata keçirilən layihələrin nəticələrini yüksək qiymətləndirir  

18:40
19 İyun

QDTİB-nin Azərbaycandakı layihələrdə iştirak imkanları dəyərləndirilib

18:39
19 İyun

Xocalıda 34 ildən sonra ilk dəfə barama tədarük edilib

18:37
19 İyun

Nazir müavini: Ölkəmizdə sosial müdafiə sistemi inkişaf etdirilir və müasirləşdirilir  

18:35
19 İyun

Dünyada quraqlığa qarşı unikal həll

18:34
19 İyun

Nazir müavini Ağcabədidə taxıl biçini prosesini izləyib, fermerlərlə görüşüb

18:33
19 İyun

Meksika, Kanada və İsveçrə pley-offa vəsiqə qazanıblar 

18:24
19 İyun

Çin dünyada texnologiya idarəçiliyi sahəsində aparıcı rola sahiblənib  

18:23
19 İyun

Türkiyə NATO-da yeni təhlükəsizlik modeli təklif edir

18:18
19 İyun

Astara sahilində su hövzələrində təhlükəsizlik mövzusunda təlim keçirilib

18:16
19 İyun

ABŞ-İran danışıqları təxirə salındı  

18:12
19 İyun

Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsi artıb, idxal və ixrac göstəricilərində fərqli dinamika qeydə alınıb  

18:06
19 İyun

Gürcüstandan Azərbaycana avtomobil ixracında kəskin azalma qeydə alınıb

17:55
19 İyun

İtaliyanın xarici işlər naziri ABŞ-yə səfərini ləğv edib

17:41
19 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!