20 İyun 2026 08:30
170
İQTİSADİYYAT
A- A+
Qarabağın və Şərqi Zəngəzurun azad olunması və yenidən doğuşundan nə qədər danışılsa da, azdır

Qarabağın və Şərqi Zəngəzurun azad olunması və yenidən doğuşundan nə qədər danışılsa da, azdır


İİB Qrupunun prezidenti: "Qarabağ və Şərqi Zəngəzurda ...baş verən inkişaf olduqca təsiredicidir"


Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işləri həm də strateji siyasi əhəmiyyətə malikdir. Proses çərçivəsində dağıdılmış infrastrukturun bərpası, yeni yaşayış məntəqələrinin salınması, yol-nəqliyyat şəbəkələrinin yenilənməsi və sosial xidmətlərin sıfırdan təşkili Azərbaycanın təkcə hərb yox, quruculuq meydanında da öz sözünü deməyə qadir olduğunu göstərir.

30 ilə yaxın davam edən işğal zamanı ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb viranə qalmış Qarabağ və Şərqi Zəngəzur bu gün dirçəliş dövrünü yaşayır. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması, orada layiqli şəkildə yaşaması üçün genişmiqyaslı tədbirlər görülür. Artıq Böyük qayıdış uğurla reallaşmaqdadır. Bir ilə yaxındır ki, regionda sülh şəraitində yaşamaq imkanı yaranıb və bunun müsbət nəticələri tədricən özünü göstərməkdədir. Bununla belə xalqın hafizəsində dərin iz buraxmış acı hadisələri unutmamaq da tarixi yaddaş baxımından çox əhəmiyyətlidir. Ermənistanın işğal dövründə şəhər və kəndlərimizə, eləcə də dini-mədəni irsimizə vurduğu ziyan, o cümlədən məscidlərin dağıdılması və onların təhqir edilməsi kimi faktlar xalqımızın şüurunda silinməz izlər buraxıb. Xocalı faciəsi isə dövrün ən ağır və ən ağrılı səhifələrindən biri olaraq qalır.

Bütün bu acı xatirələr keçmişdə qalmaqla yanaşı, bu günün reallıqları qarşısında yeni bir mərhələ olan sülh və quruculuq dövrünün başlanğıcını daha da aydın  göstərir. Dağıdılmış infrastrukturun yenidən qurulması, müasir şəhər və kəndlərin salınması, nəqliyyat və kommunikasiya xətlərinin bərpası prosesin əsas istiqamətlərindəndir. Eləcə də iqtisadi fəallığın artırılması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz şəkildə qayıdışının təmin edilməsi də prioritet məsələlər sırasındadır. Bu addımlar regionun dayanıqlı inkişafına və uzunmüddətli sabitliyinə xidmət edir. Nəqliyyat və logistika infrastrukturunun yaradılması da ilkin vəzifələrdəndir. Füzuli, Zəngilan və Laçında yeni beynəlxalq hava limanlarının tikilib istifadəyə verilməsi regionun ölkədaxili və beynəlxalq əlaqələrini gücləndirən mühüm amilə çevrilib. Paralel olaraq avtomobil və dəmir yolu xətlərinin çəkilişi Qarabağı və Şərqi Zəngəzuru Azərbaycanın digər iqtisadi zonaları ilə birləşdirərək inteqrasiyanı sürətləndirir. 

Aqrar sahənin dirçəldilməsi istiqamətində də sistemli tədbirlər görülür. Münbit torpaqlarda yeni suvarma sistemlərinin qurulması, enerji təminatının yaxşılaşdırılması və kənd təsərrüfatı parklarının yaradılması bölgənin iqtisadi potensialını artırır. Xüsusilə heyvandarlıq, üzümçülük, taxılçılıq və bostan məhsulları istehsalı üçün əlverişli şərait formalaşır. Bu isə həm daxili bazarın təminatına, həm də gələcək ixrac imkanlarının genişlənməsinə zəmin yaradır. Şəhərlərin yenidən qurulması, "ağıllı kənd" və  digər yaşayış məhəllələrinin salınması, infrastruktur layihələrinin icrası, istehsal və digər iqtisadi obyektlərin yaradılması keçmiş məcburi köçkünlərin Qarabağ və Şərqi Zəngəzura qayıdışına və əzəli torpaqlarımızda layiqli yaşayışına hesablanıb.

Bu genişmiqyaslı tikinti-quruculuq və bərpa işləri azad olunmuş ərazilərin sürətli şəkildə dirçəldilməsinə və burada dayanıqlı məskunlaşmanın təmin edilməsinə xidmət edir. Görülən işlərin miqyası və ardıcıllığı dövlətin bu sahəyə göstərdiyi strateji önəmi aydın şəkildə nümayiş etdirir. Hər iki iqtisadi rayonda aparılan tikinti-quruculuq işlərinin nəticəsidir ki, həm Şərqi Zəngəzura, həm də Qarabağa Böyük qayıdış möhtəşəmdir. Proqrama uyğun olaraq, 2022-ci il oktyabrın 19-da Zəngilanın Ağalı kəndinə başlanan ilk köç prosesi hazırda azad olunmuş digər ərazilərdə uğurla davam edir. 30 ildən artıq məcburi köçkünlük həyatı yaşayan soydaşlarımız böyük sevinc və qürur hissi ilə doğma yurd-yuvalarında məskunlaşırlar.

Məhz bu kontekstdə Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun (İİB) Bakıda keçirilən 2026-cı il üzrə 51-ci İllik Toplantılarının açılış mərasimindəki çıxışında vurğulayıb:  "Ərazilərimizi azad etdikdən dərhal sonra genişmiqyaslı bərpa və yenidənqurma proqramına başladıq. Bu gün artıq Qarabağda və Şərqi Zəngəzurda təxminən 90 min insan yaşayır, çalışır və təhsil alır. Müxtəlif infrastruktur və yaşayış layihələrinin həyata keçirilməsi üçün dövlət büdcəsindən 15 milyard ABŞ dollarından  artıq vəsait ayrılıb. Bütün maliyyə mənbələri nəzərə alındıqda isə azad edilmiş ərazilərə yönəldilən ümumi investisiyaların həcmi 17 milyard ABŞ dollarına yaxındır".

Əslində,  proses təkcə milli resurslar hesabına deyil, həm də beynəlxalq maliyyə institutlarının dəstəyi ilə daha sürətli və dayanıqlı şəkildə irəliləyir. Bu mənada İİB Qrupu da azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma prosesinə mühüm maliyyə dəstəyi göstərən beynəlxalq tərəfdaşlardandır. Bankın həmin  istiqamətdə ayırdığı investisiyalar regionda infrastrukturun yenidən qurulmasına, sosial-iqtisadi layihələrin icrasına və dayanıqlı inkişafın sürətləndirilməsinə xidmət edir. Bu əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi prosesində beynəlxalq maliyyə institutlarının rolunu daha da gücləndirir və Böyük qayıdış proqramının uğurla həyata keçirilməsinə əlavə imkanlar yaradır. Bankın dəstəyi regionun yenidən dirçəldilməsi prosesinə həm maliyyə, həm də texniki baxımdan əlavə güc verir və dayanıqlı inkişaf məqsədlərinə uyğun layihələrin reallaşdırılmasına töhfə verir. Təsadüfi deyil ki, İİB Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir  bankın 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunan tədbirdə bildirib: "Qarabağda və Şərqi Zəngəzurda  gedən bərpa və yenidənqurma işlərini yerində görmək üçün bölgəyə iki dəfə səfər etmişəm. Baş verən inkişaf olduqca təsiredicidir. İlk maliyyələşdirdiyimiz layihələrdən biri su və irriqasiya sistemi ilə bağlı idi. Hazırda isə 430 milyon dollardan çox böyük bir layihə üzərində çalışırıq. Bu layihə kanalların bərpasını və su itkisinin qarşısının alınmasını nəzərdə tutur".

Göründüyü kimi, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işləri regionun sürətli dirçəlişini təmin edir. Böyük qayıdış proqramı çərçivəsində infrastrukturun yenilənməsi, əhalinin doğma yurdlarına qayıdışı və dayanıqlı inkişafın formalaşdırılması istiqamətində mühüm nəticələr əldə olunmaqdadır. 


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya çempionatı: Braziliya Haiti millisini məğlub edib

08:57
20 İyun

Avropa Parlamenti qanunsuz miqrantlarla bağlı qaydaları sərtləşdirib

08:50
20 İyun

Bilmək istəyirəm

08:45
20 İyun

O, peşəkar musiqidə azsaylı zirvələrdəndir

08:40
20 İyun

Daşların harmoniyası: füsunkarlığı ilə hamını heyran edən musiqi məbədi

08:35
20 İyun

Mərakeş dünya çempionatında Şotlandiyanı məğlub edib

08:33
20 İyun

Qarabağın və Şərqi Zəngəzurun azad olunması və yenidən doğuşundan nə qədər danışılsa da, azdır

08:30
20 İyun

Bir ömrün sınağı

08:25
20 İyun

Azərbaycan irimiqyaslı enerji infrastrukturu layihələrini irəli sürən, maliyyələşdirən və icra edən ölkədir

08:20
20 İyun

Dünya çempionatı: ABŞ millisi qalib gəlib

08:19
20 İyun

Azərbaycanın sabitlik nümunəsi  

08:18
20 İyun

"Balanslı xarici siyasət tərəfdaş ölkələrin Azərbaycana olan etimadını daha da artırıb"

08:15
20 İyun

Strateji sahəyə xüsusi diqqət

08:10
20 İyun

Elektron Hökumət İnformasiya Sisteminin tətbiqi genişləndirilir

08:05
20 İyun

Azərbaycanın dünyaya təqdim olunan inkişaf modeli

08:00
20 İyun

"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:25
20 İyun

Azərbaycan Respublikasının Portuqaliya Respublikasında (Lissabon şəhərində) Səfirliyinin təsis edilməsi haqqında

01:24
20 İyun

Azərbaycan Respublikasının Portuqaliya Respublikasında (Lissabon şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında

01:24
20 İyun

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiq edilməsi haqqında

01:23
20 İyun

"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 5 iyun tarixli 416-VIIQD nömrəli Qanununun tətbiqi və "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 fevral tarixli 331 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

01:23
20 İyun

Azərbaycan Respublikası Prezidentinin "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın təsdiq edilməsi barədə" 2017-ci il 23 fevral tarixli 1256 nömrəli və "Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın təsdiq edilməsi barədə" 2017-ci il 3 may tarixli 1361 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

01:22
20 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!