04 Dekabr 2025 08:30
241
İQTİSADİYYAT
A- A+
STEL virtual enerji ötürmə layihəsidir

STEL virtual enerji ötürmə layihəsidir


Səngəçal Terminalının Elektrikləşdirilməsi (STEL) işğaldan azad olunmuş Cəbrayıl rayonunda tikilən "Şəfəq" Günəş-Elektrik Stansiyası ilə "virtual enerji ötürmə mexanizmi" adlanan yeni kommersiya modeli vasitəsilə sıx əlaqəli bir layihədir. Bu mexanizmə əsasən, Səngəçal terminalı "Azərenerji" ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulacaq. 

Bunun üçün terminalın ərazisinin həm daxilində, həm də ondan kənarda yeni obyektlər, o cümlədən 220/110 kV-luq elektrik yarımstansiyası inşa ediləcək. BP şirkəti Səngəçal terminalının operatoru kimi məmnuniyyətlə bildirir ki, STEL layihəsi üzrə tikinti işləri təhlükəsiz və qrafikə uyğun şəkildə irəliləyir. 2028-ci ilin sonunadək terminalın tam elektrikləşdirilməsini təmin etmək üçün indiyədək layihə üzrə üç əsas müqavilə imzalanıb.

Bunlardan biri Mühəndis-layihələndirmə, təchizat və tikinti (EPC) müqaviləsidir. Təxminən 43 milyon dollar dəyərində olan bu müqavilə "Azərenerji"yə verilib. Müqavilənin iş həcminə üç əsas fəaliyyət istiqaməti daxildir: yeni yarımstansiyanın tikintisi, yeraltı kabellərin quraşdırılması və hava elektrik ötürücü xətlərinin çəkilməsi və quraşdırılması. Bu müqavilə çərçivəsində bütün sahələr üzrə inşaat-hazırlıq işləri yekunlaşmaq üzrədir və növbəti mərhələdə avadanlıqların quraşdırılması və kabellərin çəkilməsi işlərinə başlanılması nəzərdə tutulur. 

 Tikinti və quraşdırma müqaviləsinin dəyəri isə 19 milyon dollardır. Bu müqavilə "Azfen" MMC-yə verilib. Müqavilə üzrə iş həcmi transformatorların, sinxron kompensatorların, cərəyan məhdudlaşdırıcı reaktorların və yeni 110 kV-luq açıq paylayıcı qurğunun quraşdırılması da daxil olmaqla Səngəçal terminalında əsas elektrik infrastruktur işlərini əhatə edir. Müqavilə çərçivəsində terminalda tikinti işləri 2025-ci ilin avqust ayında başlanıb və əsas avadanlıqların quraşdırılması üçün bünövrə işləri daxil olmaqla bir neçə istiqamət üzrə irəliləməkdədir.

 7 milyon funt sterlinq dəyərində olan Mühəndis-layihələndirmə və təchizat müqaviləsi SOCAR KBR-a verilib. Bu şirkət müqavilə üzrə müfəssəl layihələndirmə, avadanlıqların tədarükü və təchizat prosesinin idarə edilməsi xidmətlərini göstərəcək. İş həcminə həmçinin tikinti, istismar sınaqları və əməliyyatlara hazırlıq fəaliyyətlərinin planlaşdırılması üzrə dəstək də daxildir. Müqavilə çərçivəsində layihə fəaliyyətləri davam edir və hazırda əsas diqqət müfəssəl mühəndis-layihələndirmə və avadanlıqların tədarükünün sürətləndirilməsi işlərinə yönəldilib.

Xatırladaq ki, STEL layihəsi Səngəçal terminalının operatoru olan BP tərəfindən həyata keçirilir və idarə olunur. Terminalın investorları isə BP, SOCAR, TPAO, LUKOYL, "Cənub Qaz Dəhlizi", NİKO, MOL, İNPEKS, "EksonMobil", İTOÇU, ONGC Videş, "Eni", MVM, və "TotalEnergies" şirkətləridir.

BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə, Yaxın Şərq və Şimali Afrikada layihələr üzrə vitse-prezidenti Mətt Kirkham deyir: "STEL layihəsi çərçivəsində bütün istiqamətlərdə işlərin gedişatından məmnunuq. Layihənin plana uyğun irəliləməsi komandaların yüksək nəticələr əldə etmək və layihəni təhlükəsiz və səmərəli şəkildə icra etmək əzminin göstəricisidir. Bu, çoxsaylı podratçı şirkətlər və müxtəlif komandalar arasında sıx koordinasiya və əməkdaşlıq tələb edən mürəkkəb və bir neçə illik bir layihədir və mən burada iştirak edən hər bir kəsin peşəkarlığı və əzmi ilə fəxr edirəm. Növbəti mərhələlərdə əsas diqqətimiz yenə də təhlükəsizlik, yüksək keyfiyyət və güclü icraya yönələcək ki, bu da terminalın uzunmüddətli əməliyyat mükəmməlliyini dəstəkləyən dayanıqlı enerji infrastrukturunun yaradılmasına imkan verəcək". 

Hazırda terminal öz enerji ehtiyacını qarşılamaq üçün yeddi qaz turbinindən istifadə edir. Elektrikləşdirilmədən sonra turbinlər mərhələli şəkildə demontaj olunacaq. Bu, istifadə olunmayan yanacaq qaz həcmlərinin ixraca yönəldilməsinə imkan verəcək.

Layihə üzrə tikinti işlərinin iki mərhələdə başa çatacağı nəzərdə tutulur. Birinci mərhələnin 2027-ci ilin ortalarında, ikinci mərhələnin isə 2028-ci ilin sonunadək yekunlaşacağı gözlənilir. Hazırkı proqnozlara və planlara əsasən, "Şəfəq" və STEL layihələri birlikdə Səngəçal terminalının gələcək istismar dövründə terminal əməliyyatlarından yaranan emissiyaların təxminən 50 faiz azaldılmasına imkan yaradacaq.

 

Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyədə mərc oyunlarına görə çoxlu sayda futbolçu və bir neçə klub rəhbəri saxlanılıb  

12:11
05 Dekabr

On bir ayda 87,3 mindən çox uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət ödənilib  

12:10
05 Dekabr

Heydər Əliyev Beynəlxalq Aeroportunda genişmiqyaslı təlim keçirilib  

12:08
05 Dekabr

Əziz Ələkbərov: Sülhün ilk addımı kimi Qərbi Azərbaycandakı mədəni irsin bərpasının gündəmə gətirilməsi vacibdir  

12:06
05 Dekabr

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb

12:04
05 Dekabr

Türkiyənin 33 vilayətində terrorizmdə şübhəli bilinən 230-dan çox şəxs saxlanılıb  

12:03
05 Dekabr

“ASAN xidmət”ə növbəti beynəlxalq etimad

11:53
05 Dekabr

Əhməd İsmayılov: Azərbaycan və Gürcüstan mediası arasında tarixən sıx bağlılıq olub  

11:42
05 Dekabr

Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyi ilə əlaqədar əhaliyə müraciət edib  

11:41
05 Dekabr

Beynəlxalq konfransda azərbaycanlıların qayıdış hüququnun hüquqi və mənəvi əsasları təhlil edilib  

11:40
05 Dekabr

Azərbaycan nefti cüzi ucuzlaşıb

11:39
05 Dekabr

Bakıda Azərbaycan-Gürcüstan Media Forumu keçirilir

11:07
05 Dekabr

Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir - FAKTİKİ HAVA

11:01
05 Dekabr

Dünya bazarında qızıl 14 dollar bahalaşıb

10:47
05 Dekabr

AFFA prezidenti DÇ-2026-nın püşkatma mərasimində iştirak edəcək  

10:23
05 Dekabr

Gəncədə ahıllar tibbi müayinədən keçirilmişlər  

10:12
05 Dekabr

ADAU-da görkəmli alim Validə Tutayuqun 110 illiyi qeyd edilib  

10:11
05 Dekabr

Masallıda növbəti ağacəkmə aksiyası keçirilib

10:10
05 Dekabr

“Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” adlı beynəlxalq konfrans işə başlayıb

10:05
05 Dekabr

Son dövrlərdə Ermənistanda siyasi repressiyalar daha da kəskinləşib 

10:03
05 Dekabr

İcma sədri: Ermənistan tərəfi cinayətlərə görə hüquqi məsuliyyət daşımaq istəmir  

10:01
05 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!