09 Oktyabr 2026 18:27
1043
Səhiyyə
A- A+
Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Səhiyyə naziri Teymur Musayev Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident-əlaqələndiricisi Dmitro Şlapaçenko ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə BMT arasında əməkdaşlığın, o cümlədən səhiyyə sahəsində həyata keçirilən birgə layihə və təşəbbüslərin əhəmiyyəti vurğulanıb.

Səhiyyə naziri Teymur Musayev BMT və onun ixtisaslaşdırılmış qurumları ilə Azərbaycan arasında səhiyyə sahəsində səmərəli əməkdaşlığın mövcud olduğunu qeyd edib. Nazir əhalinin sağlamlığının qorunması, səhiyyə xidmətlərinin keyfiyyətinin və əlçatanlığının artırılması, xəstəliklərin profilaktikası və səhiyyə sisteminin davamlılığının gücləndirilməsi istiqamətində beynəlxalq tərəfdaşlarla əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb.

Teymur Musayev BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin, xüsusilə sağlamlığın və rifahın təmin edilməsinə yönəlmiş məqsədlərin Azərbaycanda həyata keçirilməsi istiqamətində görülən işlərdən bəhs edib, səhiyyə sahəsində rəqəmsal transformasiya, müasir yanaşmaların tətbiqi, tibbi xidmətlərin inkişafı və insan kapitalının gücləndirilməsi istiqamətlərində həyata keçirilən tədbirləri qeyd edib.

Öz növbəsində Dmitro Şlapaçenko BMT-nin Azərbaycanda səhiyyə sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə və mövcud tərəfdaşlığın daha da gücləndirilməsinə hazır olduğunu bildirib. O, Azərbaycan Səhiyyə Nazirliyi ilə BMT qurumları arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Görüş zamanı səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, BMT-nin müvafiq qurumları ilə birgə layihələrin həyata keçirilməsi, əhalinin sağlamlığının qorunmasına yönəlmiş təşəbbüslər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən həftə zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb

15:33
19 Oktyabr

Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub  

15:32
19 Oktyabr

Azərbaycana avtomobil axını səngiyib  

15:20
19 Oktyabr

Kino Agentliyi: “44” bədii filmini kinoteatrda icazəsiz lentə alanlar məsuliyyətə cəlb olunacaqlar  

15:07
19 Oktyabr

Makronun idarəçiliyi iflasa uğrayıb   

15:07
19 Oktyabr

Parisdə aksiyalarla əlaqədar 557 nəfər saxlanılıb

15:01
19 Oktyabr

Fransanın növbəti qərəzi: Paris uğursuzluğuna bəhanə axtarır

14:39
19 Oktyabr

Zelenski bir gecədə 10-dan çox energetika infrastrukturu obyektinin zədələndiyini bildirib  

14:17
19 Oktyabr

Paşinyanı sülhə məcbur edən “Dəmir yumruq” olub  

14:04
19 Oktyabr

Təl-Əviv-Vyana reysi bomba təhlükəsi səbəbindən Sofiyada təcili eniş edib  

13:31
19 Oktyabr

Şirvanda Müstəqilliyin Bərpası Günü qeyd olunub  

13:30
19 Oktyabr

Azərbaycan səfiri etimadnaməsini Malayziya Kralına təqdim edib  

13:26
19 Oktyabr

Sabah hava necə olacaq? Proqnoz

13:25
19 Oktyabr

Azərbaycan Ümumdünya Qadın Parlamentarilər Forumunda təmsil olunub  

13:24
19 Oktyabr

“Qara qızıl”ın dəyəri yüksəlib

13:22
19 Oktyabr

Azərbaycanın xam neft ixracında Avropa ölkələri ilk üçlükdədir  

13:20
19 Oktyabr

İsmayıllıda zəlzələ olub

13:19
19 Oktyabr

Xəzər dənizində zəlzələ qeydə alınıb

13:17
19 Oktyabr

Həftəsonu 86 cinayətin açılması təmin olunub

13:17
19 Oktyabr

Qandakı anticisimlər bəzi xəstəlikləri erkən aşkarlamağa imkan verir  

13:01
19 Oktyabr

Zəngilan regionun nəqliyyat mərkəzinə çevriləcək  

13:00
19 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!