19 Oktyabr 2026 13:24
244
SİYASƏT
A- A+
Azərbaycan Ümumdünya Qadın Parlamentarilər Forumunda təmsil olunub  

Azərbaycan Ümumdünya Qadın Parlamentarilər Forumunda təmsil olunub  


Azərbaycan Monqolustanın Prezidenti Uxnaaqiyn Xurelsuxun himayəsi ilə keçirilən Ümumdünya Qadın Parlamentarilər Forumunda təmsil olunub. “Təmsilçilikdən qərar qəbuletmə prosesində təsir imkanlarına doğru” mövzusuna həsr olunan forumda 32 ölkədən, eləcə də 9 parlament şəbəkəsi və beynəlxalq təşkilatdan nümayəndələr olmaqla, ümumilikdə 150-yə yaxın parlamentari bir araya gəlib.

AZƏRTAC xəbər verir ki, Ümumdünya Qadın Parlamentarilər Forumunda ölkəmizi Milli Məclisin deputatı Pərvanə Vəliyeva təmsil edib. O, “Gender bərabərliyinin təmin edilməsində hüquqi mühit, dəyişikliklər və islahatlar” mövzusunda panel sessiyasında, həmçinin forumun ikinci günündə keçirilən “Qadınların bütün sahələrdə təsir imkanlarının artırılmasında vətəndaşların, vətəndaş cəmiyyətinin və özəl sektorun rolu” mövzusunda panel sessiyasında təqdimatla çıxış edib. Çıxışı zamanı deputat Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının, xüsusilə QHT-lərin qadınların hüquqlarının müdafiəsi və imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətlərdən danışıb. Eyni zamanda, qadın sahibkarlığının dəstəklənməsi və qadınların iqtisadi fəaliyyətinə dəstək məqsədilə həyata keçirilən mühüm islahatları diqqətə çatdırıb.

Səfər çərçivəsində deputat Monqolustan–Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Songobai Zamira və monqolustanlı həmkarları ilə görüşüb.

Ümumilikdə forum qadınların iqtisadi, sosial, ictimai və siyasi həyatda iştirakının uzunmüddətli perspektivdə artırılması, onların qərar qəbuletmə proseslərində rolunun gücləndirilməsi və ölkələr arasında təcrübə mübadiləsinin genişləndirilməsi baxımından mühüm platforma kimi qiymətləndirilib.

Müzakirələr zamanı qadınların yalnız ənənəvi sahələrdə deyil, süni intellekt, rəqəmsal transformasiya və hibrid təhdidlərə qarşı mübarizə kimi yeni və strateji istiqamətlərdə də rolunun artırılmasının vacibliyi vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zelenski bir gecədə 10-dan çox energetika infrastrukturu obyektinin zədələndiyini bildirib  

14:17
19 Oktyabr

Təl-Əviv-Vyana reysi bomba təhlükəsi səbəbindən Sofiyada təcili eniş edib  

13:31
19 Oktyabr

Şirvanda Müstəqilliyin Bərpası Günü qeyd olunub  

13:30
19 Oktyabr

Azərbaycan səfiri etimadnaməsini Malayziya Kralına təqdim edib  

13:26
19 Oktyabr

Sabah hava necə olacaq? Proqnoz

13:25
19 Oktyabr

Azərbaycan Ümumdünya Qadın Parlamentarilər Forumunda təmsil olunub  

13:24
19 Oktyabr

“Qara qızıl”ın dəyəri yüksəlib

13:22
19 Oktyabr

Azərbaycanın xam neft ixracında Avropa ölkələri ilk üçlükdədir  

13:20
19 Oktyabr

İsmayıllıda zəlzələ olub

13:19
19 Oktyabr

Xəzər dənizində zəlzələ qeydə alınıb

13:17
19 Oktyabr

Həftəsonu 86 cinayətin açılması təmin olunub

13:17
19 Oktyabr

Qandakı anticisimlər bəzi xəstəlikləri erkən aşkarlamağa imkan verir  

13:01
19 Oktyabr

Zəngilan regionun nəqliyyat mərkəzinə çevriləcək  

13:00
19 Oktyabr

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib 

12:59
19 Oktyabr

Şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb  

12:58
19 Oktyabr

A.M.Bayramovun Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilməsi haqqında  

12:19
19 Oktyabr

T.Y.Musayevin Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilməsi haqqında  

12:14
19 Oktyabr

T.Y.Musayevin Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilməsi haqqında  

12:13
19 Oktyabr

Səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında  

12:12
19 Oktyabr

Alimlər xərçənglə mübarizədə immun hüceyrələrinin gücünü artırmağın yolunu tapıblar  

12:10
19 Oktyabr

Üç rübdə ixrac edilən xam neft və neft məhsullarının dəyəri 13 faiz artıb  

11:32
19 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!