16 Oktyabr 2026 08:10
798
Səhiyyə
A- A+
Balakəndə "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində 574 sakin ödənişsiz tibbi müayinədən keçib

Balakəndə "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində 574 sakin ödənişsiz tibbi müayinədən keçib


"Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində növbəti səyyar tibbi aksiya Balakən rayonunda keçirilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşəbbüsü və təşkilatçılığı, Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin dəstəyi ilə həyata keçirilən aksiya zamanı rayon sakinlərinə ödənişsiz tibbi xidmətlər göstərilib. Balakən Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan müayinələrdə beş müxtəlif istiqamət üzrə ixtisaslaşmış həkimlər iştirak ediblər.

İki gün davam edən aksiya ərzində ümumilikdə 574 nəfərə 2065 tibbi xidmət göstərilib. Müayinələr zamanı səhhətində hər hansı problem aşkarlanan sakinlərə müvafiq tövsiyələr verilib, onların sonrakı müalicəsinin istiqamətləri müəyyənləşdirilib. Aksiyanın təşkilində AHİK könüllüləri də fəallıq göstəriblər.

"Həmkardan həmkara qayğı ilə" layihəsinin məqsədi ucqar bölgələrdə yaşayan insanların tibbi xidmətlərə çıxış imkanlarını genişləndirmək, sağlamlıqlarının qorunmasına dəstək olmaq və dövlətin sosial siyasətinin həyata keçirilməsinə töhfə verməkdir.

2025-ci ilin aprel ayında icrasına başlanılan layihə çərçivəsində indiyədək ümumilikdə 3560 vətəndaş ödənişsiz tibbi müayinələrdən keçib.


Nərminə ƏSGƏROVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən həftə zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb

15:33
19 Oktyabr

Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub  

15:32
19 Oktyabr

Azərbaycana avtomobil axını səngiyib  

15:20
19 Oktyabr

Kino Agentliyi: “44” bədii filmini kinoteatrda icazəsiz lentə alanlar məsuliyyətə cəlb olunacaqlar  

15:07
19 Oktyabr

Makronun idarəçiliyi iflasa uğrayıb   

15:07
19 Oktyabr

Parisdə aksiyalarla əlaqədar 557 nəfər saxlanılıb

15:01
19 Oktyabr

Fransanın növbəti qərəzi: Paris uğursuzluğuna bəhanə axtarır

14:39
19 Oktyabr

Zelenski bir gecədə 10-dan çox energetika infrastrukturu obyektinin zədələndiyini bildirib  

14:17
19 Oktyabr

Paşinyanı sülhə məcbur edən “Dəmir yumruq” olub  

14:04
19 Oktyabr

Təl-Əviv-Vyana reysi bomba təhlükəsi səbəbindən Sofiyada təcili eniş edib  

13:31
19 Oktyabr

Şirvanda Müstəqilliyin Bərpası Günü qeyd olunub  

13:30
19 Oktyabr

Azərbaycan səfiri etimadnaməsini Malayziya Kralına təqdim edib  

13:26
19 Oktyabr

Sabah hava necə olacaq? Proqnoz

13:25
19 Oktyabr

Azərbaycan Ümumdünya Qadın Parlamentarilər Forumunda təmsil olunub  

13:24
19 Oktyabr

“Qara qızıl”ın dəyəri yüksəlib

13:22
19 Oktyabr

Azərbaycanın xam neft ixracında Avropa ölkələri ilk üçlükdədir  

13:20
19 Oktyabr

İsmayıllıda zəlzələ olub

13:19
19 Oktyabr

Xəzər dənizində zəlzələ qeydə alınıb

13:17
19 Oktyabr

Həftəsonu 86 cinayətin açılması təmin olunub

13:17
19 Oktyabr

Qandakı anticisimlər bəzi xəstəlikləri erkən aşkarlamağa imkan verir  

13:01
19 Oktyabr

Zəngilan regionun nəqliyyat mərkəzinə çevriləcək  

13:00
19 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!