19 Oktyabr 2026 15:20
223
İQTİSADİYYAT
A- A+
Azərbaycana avtomobil axını səngiyib  

Azərbaycana avtomobil axını səngiyib  


2026-cı ilin ilk doqquz ayında Azərbaycana avtomobil idxalı həm say, həm də dəyər baxımından kəskin azalıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar-sentyabr aylarında ölkəyə 57 min 275 avtomobil gətirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,8 faiz azdır. İdxal olunan avtomobillərin ümumi dəyəri də 1,605 milyard dollardan 1,132 milyard dollara enib.

Azalma xüsusilə hibrid və elektrik avtomobillərinin idxalında diqqət çəkib. Xarici mənbədən enerji doldurulan hibrid avtomobillərin sayı 63,5 faiz, elektrik avtomobillərinin sayı isə 56,4 faiz azalıb. Adi hibrid avtomobillərin idxalında da 58,8 faizlik geriləmə qeydə alınıb.

Minik avtomobillərinin idxalı 34,9 faiz azalaraq 50 min 898 ədəd təşkil edib. Yük avtomobillərinin idxalında 10,7 faiz, avtobus və digər sərnişindaşıyan nəqliyyat vasitələrində isə 19,2 faiz azalma baş verib. Bunun əksinə olaraq, xüsusi təyinatlı nəqliyyat vasitələrinin idxalı 26,2 faiz artaraq 467 ədədə çatıb.

Beləliklə, ilin ilk doqquz ayında avtomobil bazarına xaricdən daxil olan nəqliyyat vasitələrinin sayı nəzərəçarpacaq dərəcədə azalıb. Xüsusilə hibrid və elektrik avtomobillərindəki geriləmə idxalın ümumi mənzərəsində seçilən əsas məqamlardan biri olub.

 “Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizinin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub  

16:13
19 Oktyabr

Beynəlxalq Sumo Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib  

16:12
19 Oktyabr

Mərkəzi Asiya ölkələri və ABŞ Səmərqənd görüşünün yekunlarına dair Birgə Bəyanat qəbul edib  

15:56
19 Oktyabr

Parlament sədrləri beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyətini vurğulayıblar  

15:46
19 Oktyabr

Ötən həftə zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb

15:33
19 Oktyabr

Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub  

15:32
19 Oktyabr

Azərbaycana avtomobil axını səngiyib  

15:20
19 Oktyabr

Kino Agentliyi: “44” bədii filmini kinoteatrda icazəsiz lentə alanlar məsuliyyətə cəlb olunacaqlar  

15:07
19 Oktyabr

Makronun idarəçiliyi iflasa uğrayıb   

15:07
19 Oktyabr

Parisdə aksiyalarla əlaqədar 557 nəfər saxlanılıb

15:01
19 Oktyabr

Fransanın növbəti qərəzi: Paris uğursuzluğuna bəhanə axtarır

14:39
19 Oktyabr

Zelenski bir gecədə 10-dan çox energetika infrastrukturu obyektinin zədələndiyini bildirib  

14:17
19 Oktyabr

Paşinyanı sülhə məcbur edən “Dəmir yumruq” olub  

14:04
19 Oktyabr

Təl-Əviv-Vyana reysi bomba təhlükəsi səbəbindən Sofiyada təcili eniş edib  

13:31
19 Oktyabr

Şirvanda Müstəqilliyin Bərpası Günü qeyd olunub  

13:30
19 Oktyabr

Azərbaycan səfiri etimadnaməsini Malayziya Kralına təqdim edib  

13:26
19 Oktyabr

Sabah hava necə olacaq? Proqnoz

13:25
19 Oktyabr

Azərbaycan Ümumdünya Qadın Parlamentarilər Forumunda təmsil olunub  

13:24
19 Oktyabr

“Qara qızıl”ın dəyəri yüksəlib

13:22
19 Oktyabr

Azərbaycanın xam neft ixracında Avropa ölkələri ilk üçlükdədir  

13:20
19 Oktyabr

İsmayıllıda zəlzələ olub

13:19
19 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!