19 Oktyabr 2026 13:00
284
SİYASƏT
A- A+
Zəngilan regionun nəqliyyat mərkəzinə çevriləcək  

Zəngilan regionun nəqliyyat mərkəzinə çevriləcək  


Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində elə günlər var ki, onlar milli yaddaşımızda əbədi yaşayır, xalqımızın birliyini, iradəsini, vətən sevgisini və azadlıq əzmini təcəssüm etdirir. 20 Oktyabr – Zəngilan Şəhəri Günü də məhz belə əlamətdar tarixlərdəndir. Bu gün Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizənin, qəhrəman Azərbaycan Ordusunun şücaətinin, xalqımızın sarsılmaz birliyinin və Vətənə bağlılığının rəmzidir.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva qəzetimizə açıqlamasında deyib ki, Zəngilan şəhərinin azad olunması Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtələrindən biri olmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə yeni həyatın başlanğıcını ifadə edir. 20 Oktyabr hər bir azərbaycanlı üçün milli qürurun, tarixi ədalətin və gələcəyə inamın ifadəsidir. Zəngilan zəngin tarixi, əlverişli coğrafi mövqeyi və təbii sərvətləri ilə seçilən qədim yaşayış məskənlərindən biridir. Zəngilan tarixən Azərbaycanın iqtisadi, mədəni və ictimai həyatında özünəməxsus yer tutub. Bu torpaqlarda formalaşan yaşayış məntəqələri, xalqımızın adət-ənənələri, ailə və icma münasibətləri, sənətkarlıq və təsərrüfat ənənələri bölgənin zəngin mədəni irsini təşkil edir. Zəngilanın strateji mövqeyi onun tarix boyu xüsusi əhəmiyyət daşımasına səbəb olub. Rayonun nəqliyyat-kommunikasiya imkanları, sərhədyanı yerləşməsi və təbii ehtiyatları bu ərazini Azərbaycanın regional inkişafı baxımından da mühüm məkana çevirir. “1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ölkəmizin bir sıra əraziləri işğala məruz qaldı. Zəngilan rayonu da bu təcavüzün ağır nəticələrini yaşayan bölgələrdən biri oldu. 1993-cü il oktyabrın 29-da Zəngilan rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Bununla da rayonun dinc əhalisi doğma yurdlarından didərgin düşmək məcburiyyətində qaldı. İnsanlar evlərini, torpaqlarını, təsərrüfatlarını və illərlə formalaşdırdıqları həyatlarını geridə qoyaraq Azərbaycanın müxtəlif bölgələrində məskunlaşdılar. İşğal dövründə Azərbaycanın digər işğal altındakı ərazilərində olduğu kimi, Zəngilanın da yaşayış məntəqələri, infrastruktur obyektləri və mədəni irsi ciddi dağıntılara məruz qalıb”, – deyə o əlavə edib. 

Deputat qeyd edib ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları tarixə Vətən müharibəsi kimi düşüb. Müharibə Azərbaycan xalqının milli birliyini, ordumuzun döyüş qabiliyyətini və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altında olan ərazilərimizin azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlar həyata keçirdi. Döyüş meydanında qazanılan nailiyyətlər Azərbaycanın ərazi bütövlüyünün bərpasına doğru mühüm addımlar oldu. Nəhayət, 2020-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Zəngilan şəhərinin və rayonun bir sıra yaşayış məntəqələrinin azad edildiyini elan etdi. Zəngilanın azad edilməsi hərbi baxımdan da mühüm əhəmiyyət daşıyırdı. Bu uğur Azərbaycanın cənub-qərb istiqamətində mövqelərini gücləndirdi və regionda yeni strateji imkanlar yaratdı.

P.Vəliyeva bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi bərpa və yenidənqurma siyasətinin əsas istiqamətlərindən biri Böyük Qayıdış proqramıdır. Bu proqramın başlıca məqsədi doğma torpaqlarından didərgin düşmüş vətəndaşların təhlükəsiz, layiqli və davamlı yaşayışının təmin edilməsi, şəhər və kəndlərin yenidən qurulması, iqtisadi fəallığın bərpası və müasir infrastrukturun yaradılmasıdır: “İşğaldan azad olunmuş ərazilərdə hazırda yüz minə yaxın əhali yaşayır, işləyir və təhsil alır. Bu günə kimi həmin ərazilərin bərpasına və yenidən qurulmasına iyirmi altı milyard manata yaxın vəsait sərf olunub. Zəngilan bu prosesin mühüm istiqamətlərindən biridir. Burada yaşayış məntəqələrinin bərpası, yolların çəkilməsi, elektrik və su təchizatının qurulması, sosial obyektlərin yaradılması, məşğulluq imkanlarının genişləndirilməsi və müasir şəhərsalma prinsiplərinin tətbiqi istiqamətində işlər aparılır. Zəngilanda yeni yaşayış mühitinin yaradılması müasir şəhərsalma yanaşmaları, ekoloji tarazlığın qorunması və dayanıqlı inkişaf prinsipləri ilə əlaqələndirilir. Məqsəd sakinlərin rahat yaşaması, işləməsi, təhsil alması və sosial xidmətlərdən istifadə etməsi üçün əlverişli şərait formalaşdırmaqdır. Böyük Qayıdışın uğurla həyata keçirilməsi üçün təhlükəsizlik, mina və partlamamış hərbi sursat təhlükəsinin aradan qaldırılması, məşğulluq, səhiyyə, təhsil və kommunal xidmətlərin davamlı təminatı xüsusi əhəmiyyət daşıyır. Zəngilan rayonunun yenidən qurulması ilə bağlı ən diqqətçəkən layihələrdən biri Ağalı kəndinin bərpasıdır. Ağalı kəndi müasir şəhərsalma və kəndsalma yanaşmalarının, rəqəmsal həllərin, ekoloji prinsiplərin və sosial infrastrukturun bir araya gətirildiyi layihə kimi tanınır. “Ağıllı kənd” yanaşması çərçivəsində yaşayış evlərinin, sosial obyektlərin, kommunal sistemlərin və kənd təsərrüfatı imkanlarının müasir tələblərə uyğun qurulmasına diqqət yetirilir”.

Deputat diqqətə çatdırıb ki, 2026-cı il 1 oktyabr tarixinə qədər Zəngilan şəhərində 84 ailə (339 nəfər), Ağalı kəndində 234 ailə (1017 nəfər), Məmmədbəyli kəndində 179 ailə (903 nəfər) məskunlaşıb. Yeni köçürülən ailələr müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin edilirlər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışacaqlar. “Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktordur. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən genişgövdəli ağır yük təyyarələrini qəbul edir. Hava limanı ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verir. Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Zəngilan rayonunun coğrafi mövqeyi, beynəlxalq nəqliyyat infrastrukturu, dəmir yolu və avtomobil yollarının inkişafı, eləcə də İran və Ermənistanla sərhəd ərazilərində həyata keçirilən layihələr rayonun gələcəkdə mühüm beynəlxalq nəqliyyat-logistika qovşağına çevrilməsi üçün əsas yaradır. Zəngilanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat istiqamətlərinin əlaqələndirilməsində mühüm rol oynaya biləcək”, – deyə o bildirib. 

P.Vəliyeva vurğulayıb ki, Zəngilan təkcə Azərbaycanın deyil, bütövlükdə regionun nəqliyyat mərkəzinə çevriləcək. Bu şəhərdə dəmir yolu tikintisinin davam etdirilməsi Zəngilanın Zəngəzur dəhlizi vasitəsilə Naxçıvanla əlaqələndirilməsini nəzərdə tutur. Horadiz-Ağbənd dəmir yolu Zəngəzur dəhlizi layihəsinin mühüm infrastruktur hissələrindən biridir. Layihə Azərbaycan ərazisində yeni dəmir yolu bağlantısının yaradılmasını və beynəlxalq yükdaşımalar üçün nəqliyyat imkanlarının genişləndirilməsini nəzərdə tutur.


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zelenski bir gecədə 10-dan çox energetika infrastrukturu obyektinin zədələndiyini bildirib  

14:17
19 Oktyabr

Təl-Əviv-Vyana reysi bomba təhlükəsi səbəbindən Sofiyada təcili eniş edib  

13:31
19 Oktyabr

Şirvanda Müstəqilliyin Bərpası Günü qeyd olunub  

13:30
19 Oktyabr

Azərbaycan səfiri etimadnaməsini Malayziya Kralına təqdim edib  

13:26
19 Oktyabr

Sabah hava necə olacaq? Proqnoz

13:25
19 Oktyabr

Azərbaycan Ümumdünya Qadın Parlamentarilər Forumunda təmsil olunub  

13:24
19 Oktyabr

“Qara qızıl”ın dəyəri yüksəlib

13:22
19 Oktyabr

Azərbaycanın xam neft ixracında Avropa ölkələri ilk üçlükdədir  

13:20
19 Oktyabr

İsmayıllıda zəlzələ olub

13:19
19 Oktyabr

Xəzər dənizində zəlzələ qeydə alınıb

13:17
19 Oktyabr

Həftəsonu 86 cinayətin açılması təmin olunub

13:17
19 Oktyabr

Qandakı anticisimlər bəzi xəstəlikləri erkən aşkarlamağa imkan verir  

13:01
19 Oktyabr

Zəngilan regionun nəqliyyat mərkəzinə çevriləcək  

13:00
19 Oktyabr

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib 

12:59
19 Oktyabr

Şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb  

12:58
19 Oktyabr

A.M.Bayramovun Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilməsi haqqında  

12:19
19 Oktyabr

T.Y.Musayevin Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilməsi haqqında  

12:14
19 Oktyabr

T.Y.Musayevin Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilməsi haqqında  

12:13
19 Oktyabr

Səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında  

12:12
19 Oktyabr

Alimlər xərçənglə mübarizədə immun hüceyrələrinin gücünü artırmağın yolunu tapıblar  

12:10
19 Oktyabr

Üç rübdə ixrac edilən xam neft və neft məhsullarının dəyəri 13 faiz artıb  

11:32
19 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!