08 Oktyabr 2026 09:40
1088
CƏMİYYƏT
A- A+
Naxçıvanın gələcəyinə strateji baxış: böyük hədəflər, yeni imkanlar

Naxçıvanın gələcəyinə strateji baxış: böyük hədəflər, yeni imkanlar


Azərbaycan müasir dövrdə sabit inkişafı, müstəqil siyasəti, güclənən iqtisadi potensialı və sosial rifahın yüksəldilməsi istiqamətində əldə etdiyi nailiyyətlərlə seçilən ölkələrdən biridir. Dövlətçiliyin möhkəmləndirilməsi, milli maraqların qətiyyətlə qorunması, iqtisadiyyatın şaxələndirilməsi və insan kapitalına sərmayə qoyuluşu ölkəmizin tərəqqisini təmin edən başlıca amillərdir. Bu uğurların təməlində Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi, Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir çağırışlara uyğun davam etdirilən inkişaf strategiyası dayanır.

Bu siyasi kurs Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasına, ölkənin beynəlxalq nüfuzunun artırılmasına, hər bir vətəndaşın rifahının yüksəldilməsinə xidmət edir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müasir tarixinin yeni və şanlı səhifələri yazılır.

Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası bu ümumi inkişaf siyasətində xüsusi yer tutur. Qədim dövlətçilik ənənələri, zəngin tarixi-mədəni irsi, strateji coğrafi mövqeyi və iqtisadi potensialı Naxçıvanı ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan bölgəyə çevirir. Muxtar respublikanın təhlükəsizliyinin möhkəmləndirilməsi, sosial-iqtisadi inkişafının sürətləndirilməsi, enerji və nəqliyyat təminatının yaxşılaşdırılması dövlət başçısının daim diqqət yetirdiyi sahələrdəndir.  Son illər Naxçıvanda həyata keçirilən genişmiqyaslı layihələr, qəbul edilən dövlət proqramları və mühüm qərarlar bu qayğının real ifadəsidir. Prezident İlham Əliyevin Naxçıvana səfərləri də yalnız rəsmi xarakter daşımır. Hər səfər yeni layihələrin başlanması, görülən işlərin yerində dəyərləndirilməsi, mövcud ehtiyacların müəyyənləşdirilməsi və muxtar respublikanın gələcək inkişaf hədəflərinin müəyyənləşdirilməsi ilə xatırlanır.

Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvana səfəri muxtar respublikanın inkişaf gündəliyinin mühüm mərhələsi kimi yadda qaldı. Bu səfər təkcə görülmüş işlərlə tanışlıq deyil, Naxçıvanın gələcək inkişaf modelini müəyyənləşdirən layihələrin təqdimatı, yeni təşəbbüslərin başlanğıcı və sosial-iqtisadi hədəflərin dəqiqləşdirilməsi idi.

Səfər çərçivəsində 50 meqavatlıq "Şəms 1" və "Qərbi Üfüq" Günəş-Elektrik stansiyalarında görülən işlərlə tanışlıq oldu, Naxçıvan Sənaye Parkının təməli qoyuldu, elektrik mühərrikli avtobuslara baxış keçirildi və dəmir yolu infrastrukturunun yenilənməsi ilə bağlı məlumat verildi. Naxçıvan Regional DOST Mərkəzinin açılışı, sosial evlər kompleksinin və "Naxçıvan" Mehmanxana Kompleksinin təməlqoyma mərasimləri, Möminə xatun türbəsində bərpa işləri, Əcəmi Naxçıvaninin abidəsinin açılışı səfərin sosial, iqtisadi və mədəni məzmununu tamamladı.

Bu tədbirlər bir-birindən ayrı layihələr deyil. Onlar Naxçıvanda yeni iqtisadi fəallığın, dayanıqlı enerjinin, müasir şəhər həyatının, sosial xidmətlərin əlçatanlığının və tarixi-mədəni irsin qorunmasının vahid inkişaf modelində birləşdirildiyini göstərir. Naxçıvan Sənaye Parkı yeni iş yerlərinin açılması və özəl investisiyaların cəlbi baxımından, bərpaolunan enerji layihələri enerji təhlükəsizliyi və ixrac imkanları baxımından, Naxçıvan Regional DOST Mərkəzi isə vətəndaşlara daha keyfiyyətli sosial xidmətlərin göstərilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Səfərin ardınca avqustun 12-də imzalanan "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" sərəncam bu siyasi iradəni konkret maliyyə və icra mexanizmləri ilə möhkəmləndirdi. Sərəncama əsasən, 2026-2027-ci illərdə enerji, yol, nəqliyyat, təhsil və abadlıq layihələri üçün ümumilikdə 258 milyon manat vəsait nəzərdə tutuldu.

Tivi Su-Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi, 26 yaşayış məntəqəsini birləşdirən 420 kilometrlik avtomobil yollarının əsaslı təmiri, Naxçıvan Dövlət Universitetində min yerlik yataqxana kompleksinin inşası, yeni məktəbəqədər təhsil müəssisələrinin yaradılması, bir sıra yaşayış binaları və istilik qazanxanalarının əsaslı təmiri, şəhərlərarası ictimai nəqliyyat parkının yenilənməsi sərəncamda əksini tapıb. Bu qərarlar Naxçıvanın inkişafına yalnız bu günün ehtiyacları baxımından deyil, gələcək nəsillərin yaşayış və təhsil imkanları prizmasından yanaşıldığını göstərir.

"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı", Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı, muxtar respublikada dağ-mədən sənayesinin inkişafı, alternativ və bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və digər mühüm qərarlar Naxçıvanın iqtisadi dayanıqlılığını və sakinlərin rifahını artırmağa xidmət edir.

Bu baxımdan, Naxçıvanın uzun illər mövcud olmuş logistik məhdudiyyətlərdən çıxaraq beynəlxalq nəqliyyat qovşağına çevrilməsi perspektivi xüsusi əhəmiyyət daşıyır. Zəngəzur dəhlizinin Naxçıvan ərazisindən keçən 194,2 kilometrlik hissəsi üzrə işlərin başlanması muxtar respublikanın Azərbaycanın əsas hissəsi, Türkiyə və daha geniş regionla nəqliyyat əlaqələrinin yeni mərhələyə keçməsi baxımından mühüm imkanlar yaradır. Bu perspektiv Naxçıvanın yalnız tranzit əhəmiyyətini artırmır, eyni zamanda ticarət, logistika, sənaye və xidmət sektorlarının inkişafı üçün yeni imkanlar formalaşdırır.


Gələcək Naxçıvanın siması yalnız nəqliyyat və iqtisadi layihələrlə deyil, müasir və rahat şəhər mühiti ilə də müəyyənləşəcək. Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Plan məskunlaşma sahəsinin genişləndirilməsini, əhalinin artımına uyğun yaşayış fondunun formalaşdırılmasını, yaşıllıq zonalarının artırılmasını, velosiped zolaqlarının yaradılmasını, təhsil, səhiyyə və digər sosial obyektlərin əlçatanlığının yüksəldilməsini nəzərdə tutur.


Bu yanaşma şəhərsalmanın yalnız yeni binaların inşasından ibarət olmadığını, əsas məqsədin insan üçün rahat, təhlükəsiz və keyfiyyətli həyat mühitinin yaradılması olduğunu göstərir. Deməli, Naxçıvanın gələcək inkişaf modelində iqtisadi artımla yanaşı, şəhər həyatının keyfiyyəti də mühüm göstərici kimi çıxış edir.

Naxçıvanın gələcəyi enerji, sənaye, kənd təsərrüfatı, logistika və turizm imkanlarının qarşılıqlı inkişafı ilə bağlıdır. Eyni zamanda su təminatının yaxşılaşdırılması və iş yerlərinin genişləndirilməsi qarşıdakı dövrün mühüm vəzifələri sırasında qalır.

Bu gün Naxçıvanda həyata keçirilən layihələr göstərir ki, muxtar respublika yalnız tarixi və mədəni irsi ilə deyil, müasir inkişaf imkanları ilə də Azərbaycanın strateji bölgələrindən biridir. Prezident İlham Əliyevin diqqət və qayğısı, qəbul edilən qərarlar və ardıcıl icra mexanizmləri Naxçıvanı sosial rifahın, "yaşıl enerji"nin, müasir şəhərsalmanın və beynəlxalq nəqliyyat imkanlarının qovuşduğu yeni inkişaf mərhələsinə aparır.

Beləliklə, muxtar respublikanın gələcək inkişafı ilə bağlı statistik göstəricilər Naxçıvanın gələcəyinin təsadüfi deyil, dəqiq hədəflər, maliyyə imkanları və mərhələli icra mexanizmləri əsasında qurulduğunu göstərir. 


Rəmzi İBRAHİMOV,

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının əməkdaşı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Müasir Azərbaycan şəhərləri: dövlət siyasətindən vətəndaş rifahına doğru

09:40
09 Oktyabr

Bakının memarlıq simasında yeni mərhələ

09:30
09 Oktyabr

Vətəni sevməyin nümunəsi

09:20
09 Oktyabr

Hadrut döyüşləri Zəfərimizin parlaq səhifəsidir

09:10
09 Oktyabr

ZƏFƏR gündəliyi

09:00
09 Oktyabr

İnvestisiya qoyuluşunun etibarlı ünvanı - Azərbaycan

08:50
09 Oktyabr

Orta dəhlizin inkişafı Mərkəzi Asiya ölkələrinin Avropa ilə iqtisadi əlaqələrini genişləndirir 

08:45
09 Oktyabr

Ölkəmizin regional və beynəlxalq mövqeyi daha da güclənib

08:40
09 Oktyabr

Azərbaycan-Türkmənistan əlaqələri sürətlə inkişaf edir

08:30
09 Oktyabr

Yeni mərhələdə yeni hədəflər

08:20
09 Oktyabr

TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının onlayn iclası keçirilib

08:10
09 Oktyabr

Güclü lider, sarsılmaz etimad

08:00
09 Oktyabr

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib  

22:02
08 Oktyabr

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb  

21:43
08 Oktyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO  

21:33
08 Oktyabr

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında strateji tərəfdaşlığın yeni mühüm mərhələsi

21:21
08 Oktyabr

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib  

21:07
08 Oktyabr

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir  

20:31
08 Oktyabr

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB    

20:31
08 Oktyabr

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb  

20:24
08 Oktyabr

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir  

19:53
08 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!