04 İyun 2026 09:50
3037
Oxucu məktubları
A- A+
Əsrlərin şahidi, tarixin yadigarı "Günbəzli hamam"

Əsrlərin şahidi, tarixin yadigarı "Günbəzli hamam"


Quba zəngin və rəngarəng təbiəti ilə yanaşı, çoxsaylı qədim tarixi abidələri ilə də tanınır. Rayonda yerləşən Orta əsrlərə aid qalalar, məscidlər və hamamlar bölgənin qədim tarixindən xəbər verir. Bu abidələr Qubanın müxtəlif dövrlərdə mühüm mədəni və siyasi mərkəz olduğunu göstərir.

 Xüsusilə Çuxur hamamı kimi tikililər Şərq memarlığının incə xüsusiyyətlərini günümüzə qədər qoruyub saxlamışdır. XVIII-XIX əsrlərə aid tarixi Çuxur hamamı nadir tarixi-memarlıq abidələrindəndir. Bu tikili yerli əhali arasında "Çuxur hamam", "Günbəzli hamam", "Bəkir hamamı" və "Məşədi Əlimərdan hamamı" kimi müxtəlif adlarla tanınıb. Şərq memarlığının incə nümunələrindən hesab olunan hamam özünəməxsus plan quruluşu və günbəzli forması ilə  seçilir. 

Bu hamamın şöhrətini ölkəmizə gələn yazıçılar və səyyahlar öz memuarlarında xüsusi maraqla vurğulamışlar. Məşhur fransız yazıçısı Aleksandr Düma Qafqaza səfəri zamanı hamamı ziyarət etmiş və burada qeydlər aparmışdır. İslam mədəniyyətinin bir hissəsi - təmizlik barədə söz açan Düma Günbəzli hamamın quruluş və arxitekturasını Qərbin əzəmətli binalarından üstün saymışdır.

XX əsrin əvvəllərində bu hamam Qubanın faciəli günlərinə şahidlik etmişdir. Deyilənlərə görə, 1918-ci ildə Qubada baş verən faciəli hadisələr zamanı bəzi insanların hamamda boğularaq öldürüldüyü bildirilir. Onlar günahsız insanların başlarını kəsərək qanlarını axıtmaqdan belə çəkinməmişlər.  

Sovet dönəmində uzun illər  hamam öz əsas funksiyasını qoruyaraq 1985-ci ilə qədər fəaliyyət göstərmişdi. Lakin kanalizasiya sistemində yaranan problemlər səbəbindən onun istifadəsi dayandırılmışdı. Həmin dövrdə hamam yararsız hala düşmüşdü. 

Bundan sonra 1986-1987-ci illərdə abidədə ilk bərpa işlərinə başlanılmışdır. Daha geniş bərpa işləri isə 2015-ci ildə aparılmış və hamam 26 mart 2018-ci ildə yenidən istifadəyə verilmişdir. Layihə ABŞ Səfirlərinin Mədəni İrsin Qorunması Fondu ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşlığı çərçivəsində reallaşdırılmışdır. 

Hazırda bu tarixi tikili dövlət tərəfindən qorunan mədəni irs nümunələrindən biri kimi xüsusi mühafizə altındadır. 


Abutalib TURABOV,

Quba rayon sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Premyer Liqa: “İmişli” “Şəfa”ya minimal hesabla qalib gəlib

22:26
29 Avqust

Medianın İnkişafı Agentliyi bəyanat yayıb

20:53
29 Avqust

Premyer Liqa: “Qəbələ” - “Şamaxı” oyununda hesab açılmayıb

20:30
29 Avqust

Ukrayna səfiri Qara dənizdə gəmilərə hücumlarla əlaqədar Türkiyə XİN-ə çağırılıb

19:47
29 Avqust

Xocalının Ballıca kəndində toy – Əmrah və Arzu ailə həyatına doğma yurdda başlayırlar

18:59
29 Avqust

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

17:51
29 Avqust

SABAH qəzeti: Bakı ilə Daşkəndin ittifaqı Avrasiyanın Türk dünyasına yönəlmiş arxitekturası üçün əhəmiyyətlidir

17:21
29 Avqust

AZAL: Bakı-Naxçıvan-Bakı reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb

16:03
29 Avqust

Azərbaycan idmançısı Gözəl Zutova kəmər güləşi üzrə dünya çempionu olub

15:53
29 Avqust

Növbəti 3 gündə hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

15:32
29 Avqust

Çempionlar Liqası: “Sabah”ın əsas mərhələdəki oyunlarının təqvimi açıqlanıb

15:14
29 Avqust

Professor: Xərçəng hüceyrələrinə və bakteriyalara təsir edən bitki növü müəyyən edilib

14:27
29 Avqust

Rusiyanın hava zərbəsi nəticəsində Buça rayonunda 27 nəfər həlak olub

13:25
29 Avqust

Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə bağlı bəyanat yayıb

13:06
29 Avqust

Bakıya və rayonlara yağış yağacaq, külək güclənəcək

12:45
29 Avqust

Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyevə

12:06
29 Avqust

Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin xatirəsi yad edilib

12:04
29 Avqust

Polis 1,3 kiloqram narkotik vasitə aşkarlayıb

11:31
29 Avqust

Kral Harald Akershus qalasındakı gizli sarkofaqda dəfn ediləcək

11:30
29 Avqust

Bilmək istəyirəm

10:40
29 Avqust

Şuşanın ilk Bülbülü

10:30
29 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!