02 Mart 2022 00:41
2314
İQTİSADİYYAT
A- A+
Qarabağda və Şərqi Zəngəzurda evlər əvvəlkilərdən də geniş və yaraşıqlı olacaq

Qarabağda və Şərqi Zəngəzurda evlər əvvəlkilərdən də geniş və yaraşıqlı olacaq

 

Doğma yurda dönən insanlar “ağıllı kənd”lərdə, müasir şəhərlərdə yaşayacaqlar

 

Düşmən tapdağından azad edilmiş ərazilərimiz getdikcə daha geniş tikinti meydanına çevrilir. İnşaat işləri Qarabağın və Şərqi Zəngəzurun çoxsaylı kənd, şəhər və rayon mərkəzlərini, iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir. Hər yerdə nəqliyyat, energetika, kənd təsərrüfatı və digər sektorları inkişaf etdirmək üçün ən müasir infrastruktur yaradılır.

Bütün bu genişmiqyaslı işlər sırasında yeni məhəllələrin salınması, çoxmənzilli binaların, fərdi yaşayış evlərinin tikintisi xüsusi önəm daşıyır. Bununla da Prezident İlham Əliyevin söylədiyi “Məcburi köçkünlər yaxşı bilirlər ki, onların öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq” kimi fikirləri dönə-dönə öz təsdiqini tapır.

Bu il fevralın 13-də Ağdama səfəri zamanı dövlət başçısı ənənəsinə sadiq qalaraq bir sıra istehsal və sosialyönümlü obyektlərin, o cümlədən yeni yaşayış kompleksinin təməlini qoydu.

Burada ümumi sahəsi 1,55 hektar olan ərazidə ilkin mərhələdə 209 mənzildən ibarət 6 yaşayış binası inşa ediləcək. Mənzillərin ümumi yaşayış sahəsi 21 min 921 kvadratmetr olacaq. Kompleksin tikintisinin 2023-cü ilin dekabrında yekunlaşması gözlənilir.

Xatırladaq ki, Prezident İlham Əliyev Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının təməlini keçən il mayın 28-də qoyub. Həmin yaşayış binasında mənzillər 1, 2, 3, 4 və 5 otaqlı olacaq. Binanın fasadında isə Ağdamın yerli ağ daşından və Avropa memarlıq elementlərindən istifadə ediləcək.

Qoy düşmən baxıb xar olsun! Onun “Qafqazın Xirosiması”na çevirdiyi Ağdamda yenə də ağ evlər ucalır. Təkcə Ağdamda deyil, Qarabağın və Şərqi Zəngəzurun hər tərəfində yurd yerlərimiz abadlaşır, canlanır, öz sakinlərinin yolunu gözləyir.

Məsələn, Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “ağıllı kənd” pilot layihəsi həyata keçirilir. Bu layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir.

Keçən il aprelin 26-da təməli qoyulan kəndin salınması dövlət başçısının nəzarətindədir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 20-də rayona səfər çərçivəsində də “ağıllı kənd”də islərin gedişi ilə tanış olublar. Hazırda layihənin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti aparılır. İnnovativ inşaat materiallarından tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi sürətlə davam etdirilir. Bütün bunlar o deməkdir ki, öz doğma yurdlarına qayıdacaq sakinlər üçün hərtərəfli şərait yaradılır.

Füzuli rayonunun Dövlətyarlı kəndində də “ağıllı kənd” layihəsi həyata keçirilir. “Yaşıl enerji”nin, “ağıllı idarəetmə” sisteminin tətbiq olunacağı “ağıllı kənd”də ilkin mərhələdə əsasən 3, 4 və 5 otaqlı olmaqla 450 evin inşası nəzərdə tutulub. Burada həmçinin sosial infrastruktur qurulacaq. Kəndin ətrafında isə “ağıllı kənd təsərrüfatı” sahəsi olacaq. Beləliklə, sakinlərin məşğulluğu da həllini tapacaq. Dövlətyarlıda həmçinin “ağıllı turizm” və hotel infrastrukturunun yaradılması nəzərdə tutulub.

Füzuli şəhərində isə çoxmənzilli yaşayış məhəlləsi salınır. 17,8 hektar ərazini əhatə edəcək yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcək. İlk mərhələdə 1, 2, 3 və 4 otaqlı mənzillərdən ibarət 65 mənzilli, 4-5 mərtəbəli yaşayış binaları inşa ediləcək. Məhəllədə çoxfunksiyalı binalar da olacaq. Ümumilikdə, burada 2860 nəfərin yaşaması planlaşdırılır.

Məhəllənin inşasında ənənəviliklə müasirlik vəhdət təşkil edəcək. Bu kompleks eyni zamanda şəhərin gələcək memarlıq simasının müəyyənləşməsinə təkan verəcək.

Keçən ilin oktyabrında Cəbrayıl şəhərində də ilk çoxmənzilli yaşayış məhəlləsinin təməli qoyulub. 10,5 hektar ərazini əhatə edən bu məhəllə də mərhələ-mərhələ inşa ediləcək. İlk mərhələdə 5 bina tikiləcək və buraya 200-ə yaxın ailə köçürüləcək. Məhəllədə 4, 5 və 6 mərtəbəli yaşayış evləri və digər təyinatlı binalar olacaq. Ümumiyyətlə, şəhərin mərkəzində tikiləcək binaların fasad və eyvanlarına tarixilik qorunmaqla, müasir görkəm veriləcək.

Qeyd edək ki, Cəbrayıl rayonunda işğaldan əvvəl 52 min sakin yaşayıb. İndi cəbrayıllıların sayı 82 minə çatıb.

Azərbaycanın mədəniyyət paytaxtı, cənnətməkan Şuşanın sakinləri də öz yurdları üçün çox darıxıblar. Doğma şəhər də onları qarşılamağa hazırlaşır. Bərpa olunan tarixi abidələri, abadlaşan məhəllələri, yeni sosial infrastrukturu və təbii ki, yeni evləri ilə...

Şəhərin baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülüb. Şuşada uzunluğu 36,2 kilometr olan mövcud yollarla yanaşı, həm də 17,6 kilometr yeni yolun çəkilməsi nəzərdə tutulur. Baş planda həmçinin şəhərin ictimai dayanacaqlarının da yerləri müəyyən edilib. Onlar elə qoyulacaq ki, şəhərin küçələrinə giriş-çıxışa maneə olmasın. Şəhərin relyefinə uyğun olaraq yaşıllıqları genişləndirmək və landşaftı qoruyub saxlamaq məqsədilə yaşıl dəhlizlərin inşası da nəzərdə tutulur.

Şuşada ümumi sahəsi 47 min kvadratmetrə yaxın yeni yaşayış massivi 6 məhəllədən ibarət olacaq. Məhəllələr üzrə əhali sayı 2020 nəfər nəzərdə tutulur. Beləliklə, yaşayış massivində 25 binanın olacağı planlaşdırılır. 1-ci məhəllədə 3, 4 və 5 mərtəbəli binalar da Şuşaya xas memarlıq üslubu ilə tikiləcək.

Xatırladaq ki, baş plan keçən il avqustun 29-da Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təqdim olunub, birinci məhəllənin təməli də həmin gün qoyulub.

Bir sözlə, doğma yurdlarına dönən insanlar “ağıllı kənd”lərdə, müasir şəhərlərdə yaşayacaqlar.

 

Flora SADIQLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!