19 Noyabr 2025 08:40
2573
Elm və texnika
A- A+
Professorun 90 illik ömür yolu elmi yaradıcılıqla zəngindir

Professorun 90 illik ömür yolu elmi yaradıcılıqla zəngindir


Zaman-zaman qarşımıza elə şəxsiyyətlər çıxır ki, onların ömür yollarına nəzər salanda görürük ki, həyatları təkcə yaşadıqları illərlə deyil, yaratdıqları mənəvi irs, formalaşdırdıqları elmi məktəb və yetişdirdikləri nəsillərlə ölçülür. 

90 illik yubileyini qeyd etdiyimiz professor Şövqi Göyçaylı da məhz belə fədakar, ömrünü elmin inkişafına həsr etmiş ziyalılardandır. Onun elmi pedaqoji fəaliyyəti, Azərbaycan coğrafiya elminin formalaşmasına verdiyi töhfələr yalnız bir alim ömrünün səhifələri deyil, bütöv bir dövrün elmi epoxasıdır.

Noyabrın 18-də Bakı Dövlət Universitetində Coğrafi ekologiya kafedrasının 45 illiyi və professor Şövqi Göyçaylının anadan olmasının 90 illik yubileyi münasibətilə "Coğrafi ekologiya: nəzəriyyə, metodologiya və praktika" mövzusunda elmi konfrans keçirilib. Elm məbədində keçirilən elmi konfrans həm professor Şövqi Göyçaylının zəngin irsinə dərin ehtiramın olduğunu, həm də qocaman professorun yaratdığı elmi irsin bu gün də davam etdiyini təsdiqlədi. Bu yubiley həm bir ömrün müdriklik zirvəsinə, həm də bir elmi məktəbin inkişaf salnaməsinə verilən qiymət idi. 

1935-ci ildə Şəkidə dünyaya gələn, Göyçayda böyüyüb boya-başa çatan, elmi zirvələrə Bakı Dövlət Universitetində ucalan professor Şövqi Göyçaylı Azərbaycanın coğrafi düşüncə məktəbinin ən parlaq simalarından biridir. Ötən əsrin 60-cı illərindən başlayaraq əhali coğrafiyası, məskunlaşma problemləri, təbiət-cəmiyyət münasibətləri, ekologiyanın elmi əsasları davamlı olaraq onun elmi araşdırmalarının mərkəzində olmuşdur. Müəllif və həmmüəllifi olduğu irimiqyaslı xəritələr, ölkənin iqtisadi-coğrafi inkişafını əks etdirən tədqiqatlar, coğrafi ekologiya üzrə hazırladığı elmi-metodik baza Azərbaycanın elm tarixində mühüm mərhələ təşkil edir.

Onilliklər boyu BDU-da kafedraya rəhbərlik edən professor Şovqi Göyçaylı  coğrafi ekologiya kimi müstəqil elmi istiqamətin təməlini qoyanlardan biri, yeni nəslin yetişməsində böyük məktəb yaradan alimlərimizdəndir.

Konfransda çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev  professor Şövqi Göyçaylının formalaşdırdığı tədris konsepsiyası, ekologiya və ətraf mühitin mühafizəsi sahəsində kadr hazırlığına verdiyi töhfələrdən, ölkəmizdə bu sahənin elmi əsaslarla inkişafına möhkəm zəmin yaratdığından bəhs etdi.

Xatırladaq ki, 1981-ci ildən BDU-da "Ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə" kafedrasına rəhbərlik edən alim bu gün həmin kafedranın professorudur (2015-ci ildən bu kafedra Coğrafi ekologiya kafedrası adlanır). Şövqi müəllimin elmi yaradıcılığının əsasını əhali, eləcə də onun məskunlaşmasının nəzəri və tətbiqi problemləri, təbiətlə cəmiyyət arasındakı qarşılıqlı əlaqələrin coğrafi məsələləri, coğrafi ekologiyanın inkişafı və tədrisinin təkmilləşdirilməsi təşkil edir.

Tədbirdə çıxış edən akademik Vasif Babazadə qeyd etdi ki, Azərbaycan elminin inkişafında, təbiətin mühafizəsi və əhali coğrafiyasının elmi əsaslarla tədqiqində Şövqi Göyçaylının rolu əvəzsizdir. O, yalnız öz dövrünü deyil, gələcəyin elmi istiqamətlərini də düşünərək çalışan bir alim, bilik və zəhmətlə ucalmış bir ziyalı, fədakar müəllim, müdrik insan kimi yaddaşlarda qalır. 

Professor Məhluqə Yusifova alim haqqında danışarkən dedi ki, o, 200-dən çox əsərin, o cümlədən monoqrafiyaların, dərslik və dərs vəsaitlərinin, eləcə də Azərbaycanın irimiqyaslı iqtisadi və əhali xəritələrinin həmmüəllifi və müəllifidir. 

Bakı Dövlət Universiteti Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı Akif Ağbabalı çıxışında professor Şövqi Göyçaylının keçdiyi ömür yoluna diqqət çəkdi.  Professor Ş.Göyçaylının 90 illik yubileyinin və rəhbərlik etdiyi kafedranın 45 illik fəaliyyətinin eyni tədbirdə qeyd olunması təsadüfi deyil. Bu yubiley bir alimin şərəfli ömür yolunun, həm də Azərbaycan elminin inkişaf tarixində mühüm iz qoymuş bir kafedranın elmi irsinin bayramıdır.

Uzun ömrün sirrini ailə, kollektiv və dövlətin dəstəyində görən professor həm ailəsinin dayağı, həm kollektivinin müəllimi və rəhbəri, həm də dövlətin etimad bəslədiyi elm fədaisidir. Bu gün ölkə rəhbərliyi tərəfindən layiq görüldüyü "Əməkdar müəllim" fəxri adı və "Şöhrət" ordeni onun çoxsahəli fəaliyyətinə verilmiş ən yüksək qiymətdir.

Konfransda çıxış edən BDU-nun Coğrafiya fakültəsinin dekanı Məqsəd Osmanov, ETN-nin Coğrafiya İnstitutunun baş direktoru Zaur İmrani, professorlar Çingiz İsmayılov, Aydın İbrahimov, Bəhram Əliyev və Sevinc Hüseynova yubilyarın həyat və fəaliyyətindən söz açaraq qocaman elm xadiminə uğurlar arzuladılar.


Elşən QƏNİYEV,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda TDT-yə üzv ölkələrin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclası keçirilir  

12:12
05 Dekabr

Türkiyədə mərc oyunlarına görə çoxlu sayda futbolçu və bir neçə klub rəhbəri saxlanılıb  

12:11
05 Dekabr

On bir ayda 87,3 mindən çox uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət ödənilib  

12:10
05 Dekabr

Heydər Əliyev Beynəlxalq Aeroportunda genişmiqyaslı təlim keçirilib  

12:08
05 Dekabr

Əziz Ələkbərov: Sülhün ilk addımı kimi Qərbi Azərbaycandakı mədəni irsin bərpasının gündəmə gətirilməsi vacibdir  

12:06
05 Dekabr

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb

12:04
05 Dekabr

Türkiyənin 33 vilayətində terrorizmdə şübhəli bilinən 230-dan çox şəxs saxlanılıb  

12:03
05 Dekabr

“ASAN xidmət”ə növbəti beynəlxalq etimad

11:53
05 Dekabr

Əhməd İsmayılov: Azərbaycan və Gürcüstan mediası arasında tarixən sıx bağlılıq olub  

11:42
05 Dekabr

Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyi ilə əlaqədar əhaliyə müraciət edib  

11:41
05 Dekabr

Beynəlxalq konfransda azərbaycanlıların qayıdış hüququnun hüquqi və mənəvi əsasları təhlil edilib  

11:40
05 Dekabr

Azərbaycan nefti cüzi ucuzlaşıb

11:39
05 Dekabr

Bakıda Azərbaycan-Gürcüstan Media Forumu keçirilir

11:07
05 Dekabr

Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir - FAKTİKİ HAVA

11:01
05 Dekabr

Dünya bazarında qızıl 14 dollar bahalaşıb

10:47
05 Dekabr

AFFA prezidenti DÇ-2026-nın püşkatma mərasimində iştirak edəcək  

10:23
05 Dekabr

Gəncədə ahıllar tibbi müayinədən keçirilmişlər  

10:12
05 Dekabr

ADAU-da görkəmli alim Validə Tutayuqun 110 illiyi qeyd edilib  

10:11
05 Dekabr

Masallıda növbəti ağacəkmə aksiyası keçirilib

10:10
05 Dekabr

“Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” adlı beynəlxalq konfrans işə başlayıb

10:05
05 Dekabr

Son dövrlərdə Ermənistanda siyasi repressiyalar daha da kəskinləşib 

10:03
05 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!