09 İyun 2026 17:04
405
DÜNYA
A- A+
Ötən il dünyada nüvə silahlarına rekord məbləğdə vəsait xərclənib  

Ötən il dünyada nüvə silahlarına rekord məbləğdə vəsait xərclənib  


Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniyanın hesabatına əsasən, 2025-ci ildə dünyada nüvə silahlarına rekord məbləğdə 118,8 milyard ABŞ dolları vəsait xərclənib. Bu, əvvəlki illə müqayisədə 19 faiz (16,8 milyard ABŞ  dolları) artım deməkdir.

Anadolu Agentliyi xəbər verir ki, ABŞ 69,2 milyard dollar (təkbaşına digər 8 ölkənin cəmindən çox) xərcləyib. Çin 13,5, Böyük Britaniya 12,6, Rusiya 9,5 milyard ABŞ dolları xərcləyib. Fransa 7,7, Hindistan 2,8, Pakistan 1,5, İsrail 1,2 milyard ABŞ dolları və Şimali Koreya 656 milyon ABŞ dolları xərcləyib.

Hesabatda nüvə silahına qoyulan investisiyaların bəşəri ehtiyaclardan yayındırıldığı vurğulanır. Belə ki, 1 dəqiqəlik nüvə xərci ilə 3478 nəfər təmiz su ilə təmin oluna bilərdi. 1 günlük xərc 2 milyon insanı aclıqdan xilas edə bilərdi. 1 illik xərc ilə 6 milyondan çox evə günəş enerjisi quraşdırmaq olardı. Təkcə ABŞ-nin bu sahəyə ayırdığı pulla BMT-nin illik büdcəsini 19 dəfə qarşılamaq mümkündür.

ICAN rəsmiləri bildirirlər ki, həyat bahalığının artdığı bir dövrdə ölkələrin “yalançı təhlükəsizlik vədi” üçün milyardlar xərcləməsi qəbuledilməzdir, çünki nüvə silahları fəlakət törətmədən heç vaxt istifadə edilə bilməz.




Təhminə VERDİYEVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir  

11:10
13 İyun

Milli Qurtuluşla başlanan şərəfli tarix: güclü və qalib Azərbaycan

11:08
13 İyun

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir  

11:07
13 İyun

AZAL Naxçıvana uçuşları bərpa edib

11:06
13 İyun

Azərbaycan məktəblərində “Son zəng” sədaları  

10:59
13 İyun

Dünyanın ən təhlükəli 7 vulkanı  

10:52
13 İyun

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb

10:38
13 İyun

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

10:36
13 İyun

Əməkdaşlığın möhkəmlənməsinə xidmət edən siyasi sənəd

10:20
13 İyun

Ulu Öndərin xilaskarlıq missiyası və müstəqil dövlət quruculuğu

10:18
13 İyun

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB  

10:02
13 İyun

Bilmək istəyirəm

09:17
13 İyun

2026-cı il Dünya Kuboku haqqında nəyi bilməliyik

09:15
13 İyun

Azərbaycan regionda iqtisadi inteqrasiyanın və təhlükəsizliyin əsas təminatçısıdır

09:10
13 İyun

Azərbaycan-Türkiyə müttəfiqliyinin yeni dövrü

09:05
13 İyun

Müttəfiqliyin Şuşa Zirvəsi

09:00
13 İyun

Kənd təsərrüfatının inkişafında yeni mərhələ

08:57
13 İyun

Ulu Öndərin arzuladığı Azərbaycan 

08:55
13 İyun

Dövlətçiliyimizin 15 İyundan başlayan yüksəliş yolu 

08:53
13 İyun

Müasir tariximizin qürur səhifəsi

08:50
13 İyun

33 il öncə təməli qoyulmuş Zəfər və inkişaf

08:47
13 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!