30 Noyabr 2022 19:27
367
CƏMİYYƏT
A- A+

Ombudsman ukraynalı həmkarına bu ölkədə saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı narahatlığını çatdırıb

 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva və Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə müvəkkili Dmitri Lubinets arasında videokonfrans formatında görüş keçirilib.

Ombudsman Aparatından AZƏRTAC-a bildirilib ki, görüş zamanı insan hüquqlarının müdafiəsi sahəsində qurumlar arasında qarşılıqlı əlaqələrin inkişafı istiqamətləri müzakirə edilib. Tərəflər, həmçinin iki ölkə vətəndaşlarının hüquqlarının səmərəli müdafiəsi sahəsində əməkdaşlıq perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Ukraynadakı mövcud müharibə səbəbindən bu ölkənin Azərbaycana gələn vətəndaşlarının hüquqlarının müdafiəsi barədə danışarkən ombudsman qaçqın və məcburi köçkünlərin, miqrantların hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən fəaliyyət, o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin informasiya əldə etmək hüququ ilə bağlı hazırlanmış bukletlər haqqında həmkarına məlumat verib və həmin bukletlərin, eyni zamanda, Ukrayna dilinə də tərcümə edildiyini qeyd edib.

Beynəlxalq hüquq çərçivəsində ölkələrin ərazi bütövlüyünə hörmətin əsas meyar olduğunu vurğulayan S.Əliyeva regionda davamlı sülh, əmin-amanlıq və inkişafın təmin olunması ilə bağlı ombudsman və milli insan hüquqları təsisatlarının əməkdaşlığının vacibliyini qeyd edib. Bu baxımdan qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi ilə bağlı uzun illərin təcrübəsinə malik olan Azərbaycan Ombudsman təsisatının bu istiqamətdə təcrübələrini bölüşməyə hazır olduğu bildirilib.

Görüşdə S.Əliyeva Ukraynada saxlanılan və hazırda barələrində məhkəmə prosesi davam edən Azərbaycan vətəndaşları Misir Qasımlı və Sübhan Quliyevin vəziyyətlərindən narahatlığını bildirərək, onların hüquqlarının təmin olunması ilə bağlı məsələni bir daha həmkarının diqqətinə çatdırıb.

Azərbaycan ombudsmanının bununla əlaqədar əvvəlki müraciətləri nəzərə alınaraq qeyd olunan şəxslərin hüquqlarının təmini vəziyyətinin nəzarətdə saxlanıldığı bildirilib.

Yekunda iki qurum arasında əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi istiqamətində səylərin artırılacağına dair razılıq əldə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video