Milli Məclisdə görüş
Oktyabrın 26-da Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa İdman Jurnalistləri İttifaqı İcraiyyə Komitəsinin üzvləri ilə görüşmüşdür.
Spiker qonaqları səmimi salamlayaraq bu cür görüşlərin əhəmiyyətini vurğuladı. Qeyd edildi ki, bugünlərdə Azərbaycan öz dövlət müstəqilliyinin 20 illiyini qeyd edir. Bu dövrdə həyatın bütün sahələrində olduğu kimi, idmanda da xeyli nailiyyətlər əldə edilmişdir.
1997-ci ildə indiki ölkə Prezidenti cənab İlham Əliyev Milli Olimpiya Komitəsinə sədr seçildikdən sonra bu sahədə ciddi dönüş yaranmışdır. Ölkədə yeni-yeni idman qurğuları, Olimpiya kompleksləri inşa edilmiş, Azərbaycanın idman siyasətinin əsas hədəfləri müəyyənləşdirilmişdir. Bu gün ölkə idmançıları mötəbər beynəlxalq turnirlərdə, olimpiadalarda uğurla çıxış edirlər. Azərbaycan beynəlxalq səviyyəli idman tədbirlərinin keçirilməsinə ev sahibliyi edir.
Biz Avropa idman jurnalistlərinin, o cümlədən bu sahədə mütəxəssisləşmiş dünya jurnalistlərinin Bakıya səfərlərini müsbət qiymətləndirir, ölkəmizin idmandakı uğurlarının geniş ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətli hesab edirik.
Tədbirdə iştirak edən Dünya İdman Jurnalistləri İttifaqının rəhbəri Cannin Merko və Avropa İdman Jurnalistləri İttifaqının İcraiyyə Komitəsinin prezidenti Yannis Daras Azərbaycanda gördükləri inkişafdan məmnun qaldıqlarını söylədilər. Bildirildi ki, ölkəmizin qısa zaman kəsiyində idman sahəsində əldə etdiyi nailiyyətlər təcrübə mübadiləsi baxımından çox əhəmiyyətlidir. Bu nailiyyətlərlə yerində tanış olmaq, Azərbaycanda keçirilən idman tədbirlərini müşahidə etmək jurnalistlər üçün çox önəmlidir.
Qonaqlar Avropa İdman Jurnalistləri İttifaqı İcraiyyə Komitəsinin toplantısının Bakıda keçirilməsini və gələcəkdə dünya jurnalistləri üçün belə bir konqresin ölkəmizdə təşkilini əhəmiyyətli hesab etdilər. Bildirildi ki, bu, idman sahəsində ixtisaslaşmış jurnalistlərin ölkəmizə olan böyük marağından xəbər verir.
Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılov və digər rəsmi şəxslər iştirak edirdilər.
Milli Məclisin mətbuat xidməti
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Komitə sədri: Müxtəlif nəşrlərin çapına dəstək olmaqla mədəniyyətimizi təbliğ edirik ...
29 Aprel
İnsan hərəkətlərini imitasiya edən robot təqdim olunub
29 Aprel
Azərbaycanda ilk dəfə Milli Xalça Festivali keçiriləcək
29 Aprel
Prokurorluq Robert Koçaryanın əmlakının müsadirə olunmasını tələb edib
29 Aprel
İraqın şimalında daha 15 terrorçu zərərsizləşdirilib
29 Aprel
Qırğızıstan Azərbaycandan elektrik enerjisi idxal etməyi planlaşdırır
29 Aprel
Türkiyə səhm bazarı tarixi maksimuma yüksəlib
29 Aprel
Oğuz sakininin kreativ əl işi - dağ ətəyində kiçik “ayı mağarası” - FOTO
29 Aprel
Rusiyalılar may bayramlarında əsasən Türkiyə və Azərbaycana səfər edəcəklər
29 Aprel
Fövqəladə hallar zamanı Azərbaycan və Türkiyənin müvafiq qurumlarının aviasiya qüvvələrinin birgə fə...
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!