29 Aprel 2024 16:27
281
İQTİSADİYYAT
A- A+

Türkiyə səhm bazarı tarixi maksimuma yüksəlib  

 

Türkiyənin 100 ən iri şirkətinin vəziyyətini nəzərə alan “Borsa Istanbul 100” indeksi bazar ertəsi, aprelin 29-da yeni tarixi maksimumuna – 10 000 bəndə çatıb.

AZƏRTAC xəbər verir ki, bunu İstanbul Fond Birjasının yerli vaxtla saat 13.00-a olan vəziyyətə görə məlumatları təsdiqləyir.

Türkiyənin etalon indeksi – “Borsa Istanbul 100” cümə günü son ticarət sessiyasının bağlanışı ilə müqayisədə 0,77 faiz artıb.

Bununla yanaşı, bank sektoru indeksi 0,75 faiz, holdinqlərin indeksi isə 0,90 faiz yüksəlib.

Türkiyə iqtisadiyyatının ən gəlirli sahələrindən biri 1,78 faiz bahalaşan tekstil şirkətlərinin aksiyaları olub.

İndeksin azaldığının müşahidə edildiyi yeganə sahə idman olub.

“Borsa Istanbul 100” indeksi son il ərzində bütövlükdə 108 faiz artıb ki, bu da iqtisadiyyatın artım indikatorunu və investorlar tərəfindən Türkiyəyə etibarın yüksəlməsini göstərir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video